image_pdfimage_print

Mənim tanıyanlar bir-az yaddaşımın zəif olduğunu bilirlər… dostlar bunu qəbul edir gülüb keçir… qeyri-dostlar isə… yenə qəbul edir… lakin ürəklərində özünüz bilirsiz nə düşünür. Mən səmimi qəlbdən Sizin mənim dostum olduğunuza inanıram (bizim bloqu ancaq dostlar oxuyur) və başıma gələn bügün ki, hadisəni danışmaq istəyirəm.

Diqqətli oxucular bilirlər ki, mənim ezamiyyətlərdə olanda başıma çox “maraqlı” hadisələr gəlir. Məsələn?!

  • Məsələn Amsterdam. Burada mən səhv olaraq başqa şəhərdə, başqa muzey axtarırmışam… əsas odur ki, axırı yaxşı qurtardı… maraqlı olsa oxuyarsız.
  • Məsələn Almaniyada başıma gələnidə bilirsiz. Elektriçka ilə bir şəhər əvəzinə başqa yerə getmişdim… dəhşət budur ki, bütün şəhərlər bir-birinə oxşamır. Hər şəhərdə Rathaus var, hər şəhərdə Haupbahnhof var və hər şəhərdə Kaufhof var… neysə maraqlı olsa oxuyarsız.
  • Məsələn Rusiyada olan söhbəti bilirsiz düzdür? Təyyarədə gedirəm və xəbərim yoxdur artıq havadayam… bu biyabırçılıq edi… neysə bunu oxumarsız, yaxşı?
  • Məsələn Paris gedəndə Luvrda itməyimi bilirsiz? Bunu xoşbəxtçilikdən danışmamışam… hələlik danışmamışam)). Növbəti yazılarda olacaq…))
  • Məsələn… inanın belə əhvalatların sayını maksimum azaltsamda… heç cürə alınmır… bügün başıma gələn isə…

Deməli Almaniyada Pflanzen Kolle deyilən bir mağaza şəbəkəsi var. Bunların məhsulları çox maraqlıdır və düşündüm ki, bəzi dekorativ elementlərdən almaq istədim. Mağazaya girdim və satıcıdan mənə kömək etməyi xahiş etdim… oda sağ olsun 10 dəqiqədən sonra 3 dənə satıcı qızla məni “müşahət” etməyə başladılar. Almaq istədiyim mallar (aldığım yox aaa, istədiyim) çox spesifik edidi buna görə bütün supermarket bildi ki, bir nefər xarici bu malları istəyir. Neysə… çox detalları danışmayım,  düz 1 saat 15 dəqiqə bunlarla seçim etdik… axırda sağ-salamat məni kassaya yola saldılar.

Məsələ burda başladı… deməli mənim pulum yadımdan çıxıb Oteldə qalıb… bu bir yana cibimdə olan kredit kartımın şifrəsi isə cib telefonumda yoxdur. Mən bütün kodları cib telefonunun yaddaşına yazıram, təbii ki yadımda qalmağı “yumşaq” desək mümkün deyil. Bu dəfə kredit kartımın nömrəsi isə Azərbaycan nömrəsinə yazılıb… nə başınızı ağrıdım… bir mallara baxıram bir cibimə baxıram…

Çox düşünmədən dedim ki, məndə cəmi 95 Evro pul var. Aldığım malların qiyməti 132 Evro etdiyinə görə bəzi malları geriyə qaytarmalıyam. Təbii ki, gülər üz alman satıcı qız özünü elə göstərdi ki, eləbil mənim təklifim çox adi haldır və başladıq… malları bir daha seçməyə. Tərslikdə pulumun olmadığını mən ən son anda hiss etmişəm və bütün mallar səliqəli şəkildə paketlənib. Qız bilmirəm hirsindən gülürdü… ya nesə anekdot yadına düşmüşdü… amma məsələyə pozitiv yanaşırdı))

Neysə biz malları bir-biri paketdən açırıq və tezə çek çıxdı. Mənim isə gözüm ala bilmədiyim mallardan qalıb… və bu anda əlimi kürtkanın cibinə salıram ki… Sizcə nə?!

Bəli – bəli – bəli… mənim “yadımdan” çıxardığım pullar hamısı kurtkanın cibindədir… Təbii “ƏSL” centlimen kimi bunu demədim. Niyə demədim bilirsiz? Sizə səmimi deyim alman qızın “yorulmuş” sifəti indidə gözümdən getmir. Əgər mən desəydim ki:  “pulum “vse-taki” vaaar!!!” Satıcı qız mənə bir-az hirslənəcəkdi… mən isə bunu istəmədim.

Amma indi aldıqlarıma baxıram, Sizə deyim ki, elə yaxşı oldu. Mən elə almaq istədiklərimi almışam digər şeylər heç mənə çoxda lazım deyildi. Deməli… burdan belə bir neticə çıxır:

Əgər Siz uğurlu alış etmək istəyirsinizsə hemeşə pulunuzu yadınızdan çıxarıb evdən qoyun!!! (nəticələrə görə müəllif məsuliyyət daşımır!!!)

Hərdən olur belə şeylər düzdür?

Xaricdə Gördüklərim…

Azərbaycanı sevirəm

şərhlər

şərhlər

4 Comments

  1. Bu yaddaşsızlıq problemini necə həll edək?

  2. Maraqli hadisedir, bes maraqlidir Siz oradan ne alacaqdiz? Men bu hallara cantamda her zaman rezerv pul saxlayiram. Ilkin muellim Size rekomandasiya edirem:-):-)

  3. Əgər Siz uğurlu alış etmək istəyirsinizsə hemeşə pulunuzu yadınızdan çıxarıb evdən qoyun!!!
    Cox xosuma geldi. Ezberleyeceyem))) bir de ki, men eger bir geyim ya nese isteyirem alim. ama ureyim isteyeni tapmiram her yeri gezirem . bezzen gunlerle axtariram axir aliram. bir nece vaxtdan cox pesman oluram. ya xarab olur ya da basqa bir sebeb. men bilmek isteyirem niye bele olur?

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close