image_pdfimage_print

Azərbaycanda araşdırma şirkətləri dedikdə mənim ilk ağlıma gələn 3 şirkət var: Era, Buissnes İnsight və SİAR. Digər şirkətlər məni bağışlasın… sadəcə Top of Mind olaraq məndə nəticə budur…

Hər biri ilə bu və ya digər formada tanışıq, hər biri mənim Marketinqdə hörmət etdiyim adamlar tərəfindən işlədilir (idarəedilir). AMMA və LAKİN mən bugün bu şirkətləri qınayıram. Dostlar marketoloqun gözü əlbətdə ki, araşdırmadır və bu durumda biz, marketoloqlar başsız atlı kimi olmaq istəmirik.

Araşdırma olmadan heç bir sistemli, intelektual marketinqdən söhbət gedə bilməz. Bunu bügün Azərbaycanda olan bir çox marketoloq başa düşür, lakin realda buna riayyət etmir. Bilirsiz dostlar məncə burda əsas günahkar araşdırma şirkətləridir. Mən aşağıda bu fikir əsaslandırmağa çalışacam.

Araşdırma şirkətləri – araşdırmanı yaxşı PR etmir.

Mən əminəm ki, biznesin uğurlu olması üçün ilk şərtlərdən biridə (məncə birincisi) biznesi idarəedən şəxsin işə olan sevgisidir. Hətta belə bir deyim var ki, “Siz biznesi yalnız pul qazanmaq üçün açmısınızsa… pul qazanma ehtimalınız çox aşağıdır”. Bügün bizim araşdırma şirkətlərimiz məncə, özləri araşdırmanı sevmirlər. Bu 3 şirkət nəyin ki, bir yerdə güclərini birləşdirib sektorda yenilik etmək istəyir, hətta elementar reklam fealiyyəti aparmır. Siz bu 3 şirkətin internet səhfələrində olun… “yumşaq” desək aktual xəbərlər yoxdur. Heç bu şirkətlərin apardıqları sektoru dəstəkləyici layihələr barədə press-reliz oxumusuz?! Mən “az” oxumuşam. Bəlkə bu mənim problemimdir… amma mən bunun əvəzində çalışdığım digər ölkələrdə olan araşdırma şirkətlərinin press-relizlərini tez-tez oxuyuram.

Sizə bir fakt deyim, öz aramızda qalsın… Məndə bügün Ukraynada, Gürcustanda, Kazakstanda, Türkmənistanda, Rusiyada və Türkiyyədə 2012-ci ilin reklam bazarı haqqında tam dolğunda olması (bəziləri çox dolğundur) aparılan araşdırmaların nəticələri var. Mən bilirəm ki, məsələn Türkiyyədə 2012-ci ildə Billbord qiymətləri neçə faiz qalxıb və ölkədə Billbordun sayı necə dəyişib… və ya mən bilirəm ki, 2012-ci ildə Kazaxstanda Çimkənt bölgəsində demoqrafik vəziyyət necədir və onların media-tərcihləri nədir… bu məlumatlar mənə ödənişsiz gəlir. Bəs Azərbaycanda vəziyyət necədir? Kim bunu bilir? Kim bunu araşdırıb bizə vermək haqqında düşünür?! Deməyin ki, bunun nə faydası var, bu araşdırma şirkətinin ən yaxşı PR elementidir. Mən araşdırma şirkətinin PR-ız çalışmasına qınayıram!

Araşdırma şirkətləri – özlərini təkmilləşdirmir.

Mən tanıdığım araşdırma şirkətlərinin rəhbərliklərinin, layihə menecerlərinin hansısa EMBA proqramında oxuduğunu, hansısa xüsusi ixtisaslaşmış araşdırma təliminə getdiyini, xaricdən müvəqqəti olaraq işçi cəlb etdiyini eşitməmişəm… demək istəmirəm. Sadəcə bunu eşitsəydin çox sevinərdim… AMMA hələ sevinməyə səbəb görmürəm.

Sizdən xahiş edirəm, mənə deməyin bazar hazır deyil və ya bazarda buna dəyər verən yoxdur. Dostlar biz dəyər vermirik… Siz öz əməllərinizlə bunun dəyərli olduğunu sübüt edin. Beşi dəyər verməsədə… biri dəyər verəcək!

Biz (yəni Siz) niyə hansısa patentləşdirilmiş araşdırma metodoloqiyasını almırıq (almırsız)… alırsız?! Onda yuxarıda olanı oxuyun… bunun PR-nı edin. Xahiş edirəm edin. Sektoru Siz inkişaf etdirməlisiz, böyük üçlük (Era, Siar, Buissnes İnsihgt). Siz bügün bu sektora pul xərcləməlisiniz ki, sektorda Sizə “mükafat” versin. Məncə artıqlaması ilə verməyə hazırdır… sadəcə istəyin! Gələcək özü gəlməyəcək.

Araşdırma şirkətləri özləri araşdırma etmir

Əslində gülməli göründüyü qədərdə kədərlidir. Əgər bügün Azərbaycanda marketinq araşdırmaları bazarından şikayət edən varsa, bunun ən birinci səbəbi istehlakçıları başa düşməməkdir. İstehlakçı dedikdə söhbət bizlərdən gedir… son istehlakçıdan söhbət getmir və ya araşdırma şirkətinin son müştərisi bizik. Araşdırma şirkətləri araşdıra bilmir ki, şirkətlərə necə araşdırmalar lazımdır.  Bu məsələni dahada çətinləşdirir. Elementar B2B seqmentasiya prinsipləri, hər bir seqmentə uyğun təkliflər, araşdırma şirkətlərinin mövqeylənməsi… YOX səviyyəsindədir. Bəlkə bir-az müştəriyə yaxın olasız?!

Sizcə şirkətlərdə olan marketinq menecerlərinə 10 suallıq bir sorğu göndərmək və bu sorğunun əsasında daha düzgün təklif hazırlamaq çətindir?! Bəlkə araşdırma şirkətləri elə bilir ki, bizi tanıyırlar… çox gözəl (və ya çox piiis), onda marketoloqda elə bilir ki, oda öz müştərisini tanıyır!

Məsələdən çıxış yolları

Mən sektorun inkişafı üçün aşağıdakı işlərin edilməsini vacib hesab edirəm:

  1. Araşdırma şirkətləri öz aralarında söhbət edib, elementar (yəni post-sovet ölkələri) xarici ölkələrinin bençmarkinqi etməlidir.
  2. Marketoloqlarla görüşlər etmək, bazara necə araşdırma lazımdır suallına cavab tapmaq lazımdır.
  3. İkinci bənddən əldə edilən nəticələr əsasında hər şirkər özünə xas şəkildə təkliflər hazırlamalı və təkliflərdə sınanmış araşdırme metodlarından istifadə etməlidir.
  4. PR, PR bir daha PR.

 Düşünməyə dəyər… araşdırma edən dostlarımıza hörmətlə!

Bugün Fokus-qrupda…

Belə araşdırmalar lazımdır – Qadınlar nə istəyir?!

Araşdırma Brifi necə yazılır?

şərhlər

şərhlər

9 Comments

  1. Bir iki dene de men deyim,

    1. Arasdirma sirketlerinin ellerindeki "tool"lar limitli saydadi ve bunu artirmaq istemirler.
    2. Innovasiyalarin arasdirma sirketlerine ele bil ki aidiyyati yoxdur.
    3. En esasi arasdirma metodlari demek olar ki butun bu sahe sirketlerinde eynidir.
    4. Azerbaycan bazarina tam yeni arasdirma sirketi girecek bu yaxinda ve umid varam ki daha ugurlu olacaq.

    • 100% raziyam… bazari dostlarimiz cox boshaldib!

    • Bu saat en entrepreneur baxis bele "bos" sahede yeni ve duzgun mexanizmi olan sirket acmaqdir

    • Islam Rizayev Bizim bazara beynəlxalq şirkətlər marağı kənardan göstərirlər. vaxt aşırı bəzi şirkətlər daxil olublar. ən sonuncu TNS. TNS bazara daxil oldu və çox təəsüflər olsun ki, bazara yenilik gətirə bilmədi və sonda bazardan kənarlaşdı. Adi statistik analiz (klaster, benchmark, conjoint və s) ən azı 3000 dir. Buna isə bizim sahibkarlar (həmçinin marketoloqlar) başa düşmürlər. Onlar elə blirlər ki, xərc ancaq sahə və anket çapı üçündür. Bu məsələni marketoloqlara izah etməkdən yorulub, toollardan heç birini təklif etməməyin daha sərfəli olduğu qərarəna gəldik.

  2. İlkin muellim, Sizin arashdirma sektoruna verdiyiniz tohve davam edir. Yanashmanizi ancaq ve ancaq alqishlamaq lazim… Bir istehlakchinin Arashtirma shirketini teshviq etmesi ən gozel numune ve mukkemmel gostericidir. Esline baxanda yazinizda ve İslam bəyin kommenti yenilik deyil, sadece gercheklikdir. Nece dushunursunuz Arashdirma shirketleri sizin kommentlerinizi dushunmeyibmi? Ve ya yazdiqlarinizi etmek istemirlermi? Dushunmek lazim…. Problemi yalniz bir shirketde gormursunuzse (mence de dogru yanashmadir), sektorda axtarmaq lazim. Qaldirdiginiz məsələ əsil müzakirə movzusudur. Hormetle, RB

  3. Ilkin Manafov Məqalə üçün minnətdarlığımı bildirirəm. Açıqladığın mövzu həqiqətən də aktualdır. Problem həqiqətən var və öz inkişafımız üçün əsas problem yaradan özümüzük (araşdrmacılar). Bu məsələ həll olunandır. Problemi həll etmək üçün isə tək bizim səylərimiz və işimizi sevmək deyil. Hər üç şirkətin idarəetməsində olan personalı tanıyıram və onları araşdırmanı sevən insan kimi tanıyıram. Ancaq inkişaf üçün bu bəs etmir. İşimizə nə dərəcədə vurğun olsaq da, inkişaf üçün investisiya lazımdır. Özü də kifayət qədər ciddi. İnvestisiya isə gəlir gətirməyi (ən azı batmamağı) sevir. Bir sıra Beynəlxalq layihələri gətirmək planı var, ancaq hər kəs nədənsə bunun ancaq araşdırma şirkətlərinin "boynunun borcu olduğunu" söyləyirlər. Düşünürəm ki, bu durumda şirkətlərin sahibləri və marketoloqlarında the böyük "günah var". İndiki zamanədə inkişaf üçün proqram təminatı, həmin proqram təminatında çalışa biləcək personal. Nə o var, nə də o birisi. Digər ölkələrdə (ən azınan Rusiya və Türkiyə), analiz xərcləri sahə və digər xərcəlrindən kifayət qədər yüksəkdir. Səbəbi isə proqram təminatının baha olmasıdır. Düşünürəm FMR TV də bu məsələyə yer ayırmalısınız və biz də öz mətbəximizi Sizə görsədək. Onda həqiqətən də vəziyyətin nə üçün belə olduğunu hər birimiz tam təfilatı ilə anlata bilərik.

  4. Əla və uzunmüddətli toxunulmayan mövzuya toxunub İlkin müəllim, sağolsun. Mənim fikrim:
    1.Bu kimi problemləri araşdırma şirkətləri 1-ci növbədə özləri araşdırmalıdır. (isveç alimləri araşdırıblar ki, dünyada ən çox araşdırma aparan İsveç alimləridir.)
    2. İnanmıram ki, bu 3-lü şirkət bu problemi görür… cavabı var…inkişaf edən bir şirkətdə bir nöqtədən sonra artıq əsaslandırmalar başlayır. Həll olunmamış bir işə həftələrnən düşünülüb yaxşı bir cavab tapılır, yetər ki, bu işin üzərindən keçilsin.
    3. İşə götürmə.. Bunu dəqiq problem olduğunu bilmirəm, ama bura məncə daha təcrübəli, bilikli və HƏVƏSKAR, təkrar edirəm bu işə həvəskar insanlar cəlb olunmalıdır…
    Ümid edirəm, yazdıqlarım başa düşülmüş və düzgün qarşılanmışdır.

  5. Şirkətlərimiz özləri də araşdırma şirkətləri ilə sıx əlaqədə olmalıdır, onların işini asanlaşdırmaq üçün

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close