image_pdfimage_print

Çox zaman belə bir fikirlər eşidirəm, kitabda yazılan nəzəriyyədir, biznesdə isə praktika vacibdir. Və ya filankəsin treninqində yalnız nəzəriyyə verilir, bizə isə real biznes keyslər, praktika lazımdır…  Bu fikirlərə münasibətimi bildirim.

İlk əvvəl Sözün axırında deyəcəyimi əvvəldə deyim ki, hər şey aydın olsun. Dostlar Biznesdə nəzəriyyə başqasının əldə etdiyi təcrübədir. Başqa sözlə desək əgər kimsə Sizə öz təcrübəsindən danışırsa… əslində bunun özüdə nəzəriyyədir. Mən altda çox yayılmış tezislərə cavablar verəcəm.

Tezis № 1. Nəzəriyyəçilərin danışdığı reallıq deyil, praktikada bu belə olmur.

Cavab: Dostlar biznesdə nəzəriyyə sırf praktikadan götürülür. Düşünün brend idarəetməyə dair nəzəriyyə yazmaq üçün ən azı 10 brendin təcrübədə etdiyini dəqiq öyrənmək lazımdır (məsələn Çüdo Peçka) və təbii ki, çıxan bütün nəticələr həmin brendlərin atdığı addımlara, əldə etdikləri nəticələrə əsaslanır. Başqa sözlə desək biznesdə nəzəriyyəçi olmaq üçün dərin praktik olmaq şərtdir. Belə olmasa… nəzəriyyəçi 20 dənə kitab yazmış, lakin ömründə bir dənədə olsun real şirkətdə işləməyən “alimlərimizə” bənzəyir.

Tezis № 2. Kitabda yazılan reallıqda icrası mümkün deyil.

Cavab: Kitabda yazılan bütün məlumatlar real biznesdən götürülür. Təbii olaraq Sizdə bilirsiniz ki, biznesə təsir edən 10-la, 100-lə amillər var. Bu amillərin hər biri konkret addımın atılmasına təsir edir. Biznesin (Marketinq ) gözəlliyi ondadır ki, burada şablon yoxdur. İstənilən ən parlaq biznes ideyanı birə-bir tətbiqi mümkün deyil. Çünki biz müxtəlif amillərlərin içərisində çalışırıq və təbii olaraq bizim biznes vakumlu bir yerdə deyil. Bu baxımdan biznes ədəbiyyatların oxunma tərzi var. Bu üsulla oxunmayan kitablar nəticəsiz olur. Mən Sizə qısacada olsa düzgün kitab oxunma prinsipini deyim.

  • Kitabda oxuduğunuz materiallardan özünüz üçün tətbiq ediləcək ideyaları yazın. Bu ideyaları biznesdə edə biləcəyiniz olmalıdır;
  • Bu ideya Sizə hansı şərtlərlə kömək edə bilər? Bu sualla cavab verin. Nə olsa Siz bu ideyanə öz biznesinizdə tətbiq edə bilərsiniz, və ya bunun üçün nəyin necə olmalıdır.
  • İdeyanın emal edilmiş versiyasını tapın. Çalışın ki, bu ideya sırf Sizin biznesinizə necə uyğunlaşdığını görəsiniz. Unutmayın heç bir ideya birə-bir uyğulandığı halda uğurlu ola bilməz. Kopyalamaq heç vaxt uğur gətirmir. Biz hər şeyi adaptasiya etməyi bacarmalıyıq.

Tezis № 3. Nəzəriyyə boş şeydir, hər şey işləyərək öyrənilir.

Cavab: Dostlar əgər Siz öz ixtisasınız üzrə digərlərinin təcrübəsini bilməsəniz heç vaxt həqiqi peşəkar ola bilməyəcəksiniz. Siz mütləq digər sektorlarfa olan şirkətıər hansı addımları atır, məsələn Unilever hansı brend idarəetmə elementlərində istifadə edir, P&G nə edir və ya Media Markt hansı pərakəndə standartlarını tətbiq edir. Nəzəriyyəsiz güclü işçi olmaq mümkün deyil. Hesab edirəm ki, nəzəriyyə (digərlərin praktikası) Sizin praktik biliklərini artırmalıdır. Siz hətta nəyisə çox gözəl edə bilərsiniz… lakin buna baxmayaraq nəzəriyyə olmadıqda gələcək dumanlıdır.

Bu baxımdan hesab edirəm ki, həqiqi menecer olmaq üçün kitablar, treninqlər çox vacibdir.

MARKETİNQ TƏLİMİ – TEZLİKLƏ

Oxumaq gözəldir…

Güclü menecer necə olur?!

şərhlər

şərhlər

6 Comments

  1. Gozel yazidir , illerdir demek istediklerimi yazi seklinde gormek xos oldu :)

  2. Sizin təlimdən yadımda qalıb: 60% praktika, 30% networking, 10% nəzəriyyə.

  3. Dahilerden birinin gozel sozü var:Elm serkerde,praktika ise esgerlerdir. Mence nezeri bilikler de en az praktika qeder onemlidir. Praktika dediyimiz, oxuduqlarımızın reallaşdarılmasıdır. Başda bilik yoxsa,biz neyin praktikasımı oyrene bilerik ki? )

  4. Men sizinle raziyam! sukani bele saxlayin.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close