image_pdfimage_print

Bügün qlobal bazarlarda çox maraqlı bir kateqoriya formalaşır – üzərində heç bir leybl olmayan məhsullar kateqoriyası. Səbəb çox sadədir istehlakçılar brendlərin “şişirdilmiş” qiymətlərini qəbul etmir və bunun yerinə həqiqi dəyərlər əldə edirlər (etməyə çalışırlar). Bir növ Louis Vuittonlara… alternativ brendsiz brendlər kateqoriyası kimi bunu izah etmək olar. Mən ilk əvvəl Azərbaycanda bu tip məhsullardan (kateqoriyanın “pionerlərindən”), daha sonra isə eyni şeyi dünyada ən yaxşı edən şirkət barədə danışacam.

Dostlar Sizcə Azərbaycanda hamı tərəfindən qəbul edilmiş lakin üzərində heç bir brendinq elementi olmayan məhsul və ya xidmətlər hansılardır?

Mən bu sualla şərti cavab vermək üçün düzgün olduğuna inandığım 3 misal çəkəcəm (milli brendlərdən), digərlərini Siz özünüz xatırlayacaqsınız… məndəndə yaxşı. Başlayaq?!

Misal № 1. Göyçay Narı. Azərbaycanda Göyçay narının keyfiyyətinə və məhşurluğuna bir çox milyonluq büdcələri olan “brendlər” həsəd apara bilər. Buna baxmayaraq bu brendinqsiz brend demək olar ki, bu sahəyə heç bir investitsiya qoymamışdır və yeganə etdiyi… sadəcə keyfiyyətli məhsulu münasib qiymətə təklif etməkdir. Azərbaycan “yaxşı nar” sözünün sinonimi – Göyçaydır! Əlbətdə bügün Göyçay narının qiyməti adi nardan daha bahadır… lakin bu bir daha sübut edir ki, bu brendinqsiz brendlərin bir nümunəsidir.

Misal № 2. Masallı mebeli. Azərbaycan reqionlarında mebel deyildiyi zaman ilk ağla gələn yer Masallı olur. Təsadüfi deyil, ətraf rayonların sakinlərinin demək olar ki, hamısı mebel almaq üçün bu brendinqsiz brend olan şəhərə gedir. Burada həqiqətəndə Azərbaycanda ən güclü mebel ustaları çalışır və bəzi kəndlər var ki, demək olar ki hamı mebellə məşğul olur. Bu dediklərim qətiyyən Embawood brendinə aid deyil, lakin qeyd etmək vacibdir ki, post-sovet ölkələrinin ən böyük mebel istehsalçısının bu şəhərdə olması əsas şərtlərdəndir. Masallı mebeli brendinqsiz brendlərdəndir!

Misal № 3. Şəki pitisi. Həqiqətəndə piti deyildiyi zaman ilk ağla gələn məhz Şəki olur və şəhərdə (Bakıda) çox saylı Şəki Pitisi təklif edən yerlər var. Mən Şəki pitisi (ümumiyyətlə heç bir yağlı yemək yeyə bilmirəm) yeməyi sevməsəmdə sevənlərin ürəyində bu bir brendinqsiz brenddir. Şəki pitiyə heç bir marketinq xərci qoymadan əsl brendə çevirmişdir (burada gözəl kiçik biznes imkanları var). Maraqlısı budur ki, çox böyük marketinq xərci ilə yaradılan qida brendlərin heç biri bu tip brendlərlə müqayisədə inam yarada bilmir. Beləliklə Şəki pitisi – brendinqsiz brendlərimizdəndir.

Mən burada digər belə brendlərimiz barədə məlumat verməyi Sizin özünüzə saxlayaraq, dünyada bu yeni kateqoriyada brendinqsiz brend qurmuş bir Yapon şirkəti barədə məlumat vermək istəyirəm.

Brendinqsiz brend kateqoriyasını formalaşdıran dedikdə ilk ağla gələn Muji olur. Yapon şirkəti olan Muji dünyanın ən dinamik inkişaf edən pərakəndəçilərdən biridir. Muji sözü Mujirushi Ryohin ifadəsinin qısaldılmış versiyasıdır və bizim dilə hərfi tərcümədə brend olmayan keyfiyyətli məhsul mənasını verir. Pərakəndəçi şəbəkədə təklif edilən bütün məhsullar dizayndan, dəbdə olan rənglərdən deyil, adi stabil rəng tonlarında olur. Eyni zamanda Muji-ə olan məhsulların hər biri yalnız baza ehtiyyacların ödənilməsi üçün nəzərdə tutulmuşdur.

Muji mağazalar şəbəkəsində satılan heç bir məhsulda leybl yoxdur. Bütün məhsullar son dərəcə sadə, mağaza vitrinləri əsas mesajı verilməsi üçün maksimum hazırlanmışdır. Mağazada satılan məhsullarda ən çox istifadə edilən rəng bej rəngidir. Əgər Siz Muji-ən mebel alırsınızsa bu mebel sırf funksional ehtiyyacların ödənilməsi üçündür.

Muji dizaynı demək olar ki, bütün məhsullarda hiss edilir. Təsadüfi deyil ki, şirkət ildə 2 dəfə özünün əsas bazarlarında dizaynerlər üçün müsahibələr keçirilir. Hədəf aydindır – insanların baza ehtiyyaclarını ödəyəcək funksional məhsullar hazırlamaq.

Mağazada sakit musiqi səsi gəlir və bütün mağazada sakitçilik hökm sürür. Hər şey müştərilərin baza ehtiyyacları üçündür, bizim bildiyimiz heç bir brendinq elementi təbii hiss edilmir. Brendinqsiz brend qurulur!

Buna baxmayaraq Muji brendinin emosional dəyərləri heçdə şərti Prada-an gəri qalmır. Sən Muji-yə girmisənsə… deməli sənin özünə xas bir həyat tərsin var, bilirsiz dostlar bu brendinqdə çox önəmlidir! Brend özünü ifadəni istehlakçıya hiss etdirə bilirsə bu brendinqin ən üst səviyyəsidir.

Dostlar tezliklə qlobal səviyyədə brendinqsiz brendlər liderliklərini artıracaq kimi mənə gəlir…

Qanadlanrıran brend

Sadə brendlər

BRENDİNQ və 6-cı hissiyat

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close