image_pdfimage_print

Planetimizdə olan əsas diktator, tarixə damğasını vurmuş (yaxşı və pis mənada) rəhbərlərin apardıqları siyasətləri təhlil etdiyimiz zaman demək olar ki, hamısının birləşdirən bir məntiq aydın şəkildə seçilir. Vacib deyil bu Stalindir, Hitlerdi, Çan Kayşidir, Saddam Yuseyndir, Fidel Kastrodur və ya başqasıdır. Vahid metod (metod dedim 3İ yadima düşdü). Mən bugün bu metoddan danışacam.

Maraqlısı budur ki, bu metod istənilən millət üçün eyni güclü işləyir və məncə qlobal marketinq özü belə bu sistemin üzərində qurulmuşdur. Metodun izahatına keçməzdən əvvəl Sizin üçün maraqlı olacağına inandığım bir statistika vermək istəyirəm.

Alman tarixinin A. Hitler dövrünün araşdırması ilə məşğul olan alimlərdən birinin dediyinə görə 2-ci dünya müharibəsi dövründə yaşayan alman əhəlisinin 90% çoxu özünün ən xoşbəxt anlarının məhz 30-40-ci illər olduğunu demişdir. Digər dövrlərdə isə bu əhali həyatlarında nəyinsə çatışmadığını əsas gətirərək sözü gedən dövrlərə hər zaman qayıtmaq istədiklərini dilə gətirirmişlər. Dostlar, maraqlı məsələ burasındadır ki 30-40-ci illərin Almaniyasında imkansızlıq, aclıq baş alıb gedirdi. Necə olur ki, həmin dövrdə yaşamış adamlar o zamanı öz həyatlarının ən xoşbəxt illəri hesab edirdilər?! Məntiq yenədə sadədir – A. Hitlər diktatorların istifadə etdiyi marketinqi bilirdi. Bundan sonra əsl alman keyfiyyəti yarandı.

Bu metodu görə istənilən kütlənin idarəedilməsi üçün 4 əsas prinsip vardır. Bu prinsiplərin yerinə yetirilməsi ilə rahatlıq insanları idarəetmək mümkündür. Beləliklə başlayaq.

Prinsip №1. Vahid düşmənin tapılması. Kütlənin düzgün idarəedilməsi üçün mütləq qorxu amilindən istifadə etmək lazımdır. Bunun üçün hamının düşmən kimi qəbul etdiyi bir obyektə ciddi ehtiyyac vardır. Bu obyektə nifrət aşılanmalı və bu obyektin hər zaman təhlukəli olduğu göstərilməlidir. Məsələn Sovetlər birliyində bu “düşmən” kapitalist ideyaloqiyası, kapitalizm edi. Xalqa sistemli şəkildə izah edilirdi ki, Amerika bizim düşmənimizdir və əgər biz hansısa vaxt sakit dayansaq Amerika bizə hücüm edə bilər.

Prinsip №2. Kollektivlik məntiqinin aşılanması. Fərdi inkişaf təhlükəli ola bilərdi, buna görədə hər bir şey kollektiv şəkildə edilirdi. İnsanlar bir-birinə oxşar olduqda onların idarəedilməsi asandlaşır. Kütlə məntiqi yaranır, buna görə kollektiv məsuliyyət vacib elementə çevrilir. Məsələn orduda idarəetmə prinsipinə fikir verin, əsgər yalnız sırada hərəkət edir, bir əsgərin səhvinə görə bütün tağım cəzalandırılır və s. Faşistlər 2-ci dünya müharibəsində hansı şəhəri işğal etdikdə birinci işləri şəhəri 5-6 ailədən ibarət siyahılara ayırmaq olurmuş. Ailənin bir üzvünə görə digər 6 ailə məsuliyyət daşıyır.

Prinsip №3. Bayram əhvalının yaradılması (emosiya satmaq). İdarəetmənin ən yaxşı yollarından biridə insanların tutduqları yolların düzgün olduğunu başa salmaqdır. Bu zaman idarəedilənlər özlərini tam xoşbəxt hiss edirlər, bir növ onların ideyoloqiyası qalib gəlir və onlar daha böyük uğurlar üçün əzmlə çalışırlar, idarəolunurlar. Məsələn 1994-cü ildə futbol üzrə dünya çempionatında İran yığması Amerika üzərində qalib gəlməsinin İran höküməti xüsusi fədakarlıqla bayram edirdi və ya bir vaxtlar çinli stol ustü tennisçilərin qalibiyyəti milli bayram kimi qeyd edilirdi. Məntiq çox sadədir, xalqa – bayramlar lazımdır. Bu emosiayanı artırır. Məsələn Sovet İttifaqında olan bir may paradı bügünə qədər aktualdır… Səbəb?! Səbəbi özünüzdə artıq bilirsiniz.

Prinsip №4. Vahid mesajın verilməsi. İnsanlara məlumatı dəqiq və sistemli şəkildə vermək. Diqqət edin… məlumatın doğruluğundan söhbət getmir, vacib olan məlumatın eyni dəsti xətlə və dayanmadan verilməsidir. Diktatura rejimində işləyən bütün ölkələrdə mətbuat eyni sözü dəfələrlə deməklə məşğuldur. Məsələn filan ölkədə vəziyyət pisdir, camaat acından ölür, bizdə isə vəziyyət yaxşıdır. Təsəvvür edin diktatorluq prinsiplərinə görə məlumatın həqiqilik səviyyəsi o haqda danışılma sayına düz mütanasibdir. Diktator hansısa informasiyanı xalqa çatdırmaq istəyirsə, bunu dəfərlərcə deyir… və xalq inanır. Özüdə bilmədən inanır…

Maraqlısı budur ki, sözü gedən prinsip indinin özündə belə ölkələrdə aktiv şəkildə tətbiq edilir. Düzdür bugün bunun əsas təhlükəsi kimi sosial şəbəkələr və internet var… amma buna baxmayaraq istənilən ölkədə dövlət tərəfindən atılan addımlara baxın və yuxarıda danışdığımız metodlardan istidadə görücəksiniz.

Diktaturanın 5-ci prinsipidə var – sərhədlərin bərkidilməsi. İnsanların ölkə sərhədlərindən kənara çıxmanın qarşısına almaq. Lakin bu metod bizim zamanda öz aktuallığını itirdiyinə görə bu haqda çox yazmaq istəmirəm.

Düşünməyə dəyər…

MARAQLİ YAZILAR – rubrikası

ƏSAS DÜŞÜNCƏLƏRİM – burada

YENİ VİDEOLARA BAX

şərhlər

şərhlər

2 Comments

  1. bu yazı o qədər xoşuma gəldi ki, və bunun 4 cü prinsipindən o qədər çoox istifadə edirəm ki, etiraf edim ki paxıllığımdan bu yazını heç kimlə paylaşmayacam)).

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close