image_pdfimage_print

Beləliklə biz bu günlərdə FMR TV üçün 10 veriliş çəkilişini tamamladıq və 10 yanvarda Allahın köməyi ilə kanalımızı açıq elan edəcəyik.

Bununla biz Marketinq sevərlər üçün yalnız bloqlar, sosial şəbəkələrdə müzakirələr imkanları deyil, həmçinin video formatda müzakirə imkanları yaratmış oluruq… bu əladır… Dostumuzun sözü olmasın… vaxt var edi… bunlar yox edi… amma indi bunlar var və bunlar hamı üçün AÇIQDIR!

Əziz Marketoloqlar, Əziz proqressiv fikirləri olan gənclər (gənc ruhlu dostlar) AİR məhsulu olan onlayn marketinq kanalımız Sizizn fikirləriniz üçün daim açıqdır.

Son çəkilişlərdə biz bir daha olaraq bloqun oxucuları tərəfindən maraqla qarşılanan 2 mövzu barədə əməlli-başlı debat apardıq.

Mövzunun biri Marketinq Direktorunun reklam işinin qarışması barədə edi (bu haqda burada yazmışdıq). Müzakirəmizi Rafiq müəllimlə birlikdə edirdik, bizim söhbətimizi yönləndirən isə Anar müəllim edi. Məncə çox maraqlı oldu, burada biz yalnız Marketinq Direktorları, Yerli reklam şirkətləri deyil… həmçinin Roberto Karlosdan, dirijorlardanda danışdıq)).

Digər mövzumuz korporativ sosial məsuliyyətlər haqqında edi… qonağımız Rəşad müəllim edi. Mənim bu barədə fikirlərimi oxucularımız bilir (buradan oxuya bilərsiniz). Buna baxmayaraq qonağımız həqiqətəndə KSM barədə hər bir Marketinq Direktoru üçün faydalı olacaq fikirlər dedi… mənim dioloq çox xoşuma gəldi.

Mövzularımızın biridə təbii olaraq Marketinq AİR məzunları tərəfindən aparılırdı… istiqamət belə edi, AİR-ə olan səmimi müəllim-tələbə münasibətlərini ailə məktəblərdədə tətbiq etmək olardı… AİR-çilər yenədə mövzu barədə yaxşı bilik və fərqli düşüncə tərzi göstərdilər… Sizə səmimi mən AİR-ki gənclərlə doğurdanda fəxr edirəm!

Düşünürəm ki, Marketinq AİR mart ayında olacaq təlimlərində biz belə gənclərin sayının çox olmasının bir daha şahidi olacağıq.

Beləliklə hamımız yanvarın onunu gözləyək…

Bu meydan – bu “meydan”

Marketing TV tezliklə…

BURADAN kanala baxa bilərsiniz

şərhlər

şərhlər

1 Comment

  1. Maşallah. Sizə bol-bol uğurlar.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close