image_pdfimage_print

Dostlar mən bu günlərdə bloqumuzda daha az yazacam… səbəb gələn həftə Almaniyada sərgidə olacağımdır. Bu sərgi Milan sərgisi ilə paralel olaraq mebel sektorunun ən başda gedən tədbirlərindəndir.

Əgər Milan sərgisi mebel sektorundan modanın diktə edirsə, Köln sərgisi mebelin daha çox ticari məntiqlə trendlərini göstərir. Bu sərgidə mən aşağıdakı məsələlərə diqqət yetirəcəm:

  • Dünyanın ən inkişaf etmiş mebel bazarı olan Almaniyanın sektorda vəziyyətini görmək;
  • Dünya mebel brendlərinin bügün ki, strateqiyaları, məhsul, ArGe (R&D), marketinq strateqiyalarını öyrənmək;
  • Bizim üçün vacib bazarlardakı trendləri görmək (rəqiblər nə edirlər?!);
  • Almaniyada olan pərakəndəçiləri öyrənmək;
  • Yeni layihələr üçün baza məlumatlar toplamaq və s.

Mən hesab edirəm ki, Almaniya sərgiləri biznes cəhətdən İtaliyanlardan daha sistemli və həll edici olur. Buna görə Kölndən gözləntilərim böyükdür.

Ümumiyyətlə Sizə deyim ki, istənilən menecer çalışdığı sektorun ən vacib sərgilərinə, konfranslarını getməlidir. Bu son dərəcə vacibdir, tonus olmasan… rəqiblər səni öz tonusuna sala bilər. Hə… yadıma düşmüşkən… marketoloqda mütləq ixtisas biliklərini artırmaq üçün vacib tədbirlərdə olmalıdır. Əgər Kanna gedə bilmirsə, heç olmasa Moskva və ya İstanbula getmək vacibdir…

Bloqumuzun oxucuları üçün isə, əlbətdə mütləq yeni kitablar oxuyacam və bu yeniliklərlə Sizinlə bölüşəcəm.

 Moskva – Mebel Sərgisi…

 Xaricdə Gördüklərim…

şərhlər

şərhlər

1 Comment

  1. yolunuz ugurlu olsun

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close