image_pdfimage_print

Mən Alman muzeynlərinin birində çox maraqlı bir şəkillə tanış olmuşam – Lebensmüden adlanır əsərin adı. Hərfi tərcümədə həyatdan yorulmuşlar mənasını verir. Bu əlamət bəzi menecerlərdə (insanlarda) olur. Mən yazıda Sizinlə belə adamlar barədə danışacam.

Həyatdan yorulmuşlar dedikdə biz ümumi olaraq cavan yaşına baxmayaraq həyatda niyə yaşadığını tam başa düşməyən, gününü boş-boş şeylərə sərf edən adamları başa düşürük. Bu tip adamların çox böyük enerjisi olmasına baxmayaraq bu enerjini xərcləməyə yer tapmırlar və təbii gündən-günə dahada geriyə gedirlər.

İlk əvvəl qeyd edim ki, keçmiş sovet ölkələrində yaşayan adamların içərisində bu tip adamların olma faizi digər ölkələrlə müqayisədə daha çox çoxdur. Hətta alman psixoloqları iddia edir ki, bizim ölkələrdə bi tip adamların faizi… 70% az deyil!!! Neysə çox danışmadan işə keçək...

Biz bu mövzuya biznes nöqtəyi nəzərdən yaşacağıq. Ümumi olaraq menecerlərin düşüncə tərzinə və davranışlarına görə 2 böyük qrupa bölmək olar:

  1. Hədəfi olanlar. Yəni bu adamların işə neyə görə getdiyini başa düşür. Həyatda əsas məqsədinin nə olduğunu bilir, missiyası olur, uzun və qısa müddətli hədəflər qoyur və daim bu hədəflərə çatmaq üçün hərəkətdədir.
  2. Hədəfi olmayanlar (pişik sindromuna tutulanlar). Bu tip menecerlər daim nesə gözləyirlər. Kimsə mütləq bunlara nə etmək lazım olduğunu deyəcək, kimsə bunlara pul verəcək… bir sözlə kimsə gəlib bunlardan iş tələb edəcək. Bu tip adamlar isti yerdən oturan pişiyə bənzəyirlər. Kimsə, nesə etməsə… onlar tərpənmədən yerində qalacaq.

Həyatdan yorulanlar yalnız ikinci tipli adamlar olurlar. Maslounun bu məsələni izah etmək üçün “həyatdan yorulanları” xarakterizə edən 5 xüsusiyyət təyin etmişdir. Bunları nəzərdən keçirək.

  1.  Gələcəyi görməmək. (ətraflı oxumaq istəsəz burada var). “Həyatdan yorulmuş” menecerin birinci əlaməti hədəfsiz olmağıdır. Bu həqiqətəndə çox təhlükəlidir. Mən çox zaman gənclərlə, orta səviyyəli menecerlə söhbət edirəm… və məni bəzən dəhşətə gətirən bir əlamətlə rastlaşıram, bu adamlar hədəflərin nə olduğunu, həyatdan nə istədiklərinibilmirlər. Bu dəhşətdir. Bu adamlardan heç vaxt menecer olmaz.
  2. Heçnə etməmək etmək. Bu əlamətə çox zaman “rəqs edən cütlük” sindromu deyirlər. Bəzən iki nəfərin rəqs etməsini görürük, bu adamlar sadəcə ayaq üstə heçnə etməməyə çalışırlar. Həyatdan yorulmuş menecerlərdə buna bənzəyirlər. İşdə daim sosial şəbəkələrdə olurlar (burda yazmışam bu hərəkətlərdən), iş vaxtında işdən başqa hər şeylə məşğul olurlar, daim çay içirlər (bu zarafatdır) (məndə çayı çox sevirəm), bir sözlə özünüz başa düşdünüzdə nə edirlər?! 
  3. Reaktiv hərəkətlər edirlər. Məsələn bu tip adamların üzərinə möhkəm düşdükdə konkret vəziyyətə görə hərəkət edirlər (nəsə etmək edirlər), sonra isə bu təsir gedən kimi, əvvəl ki vəziyyətlərində olurlar. Başqa sözlə desək yalnız konkret vəziyyətə görə hərəkət edirlər, nəyinsə əvvəlcədən görmək, qarşılayıcı addımlar atmaq bu tip adamlar üçün yad olur.
  4. Motivasiyasız olurlar. Bu adamların həvəsləndirilmə metodunu tapmaq çox çətin olur. Bu tip adamlara “filan qədər sat, filan qədər al” deyəndə, düşüncə belə olur “Gər məndən nə qazanır eee…”. Ən çətin adamlar, işçilər məhz heç hədəfi olmayanın motivasiya sistemini qurmaqdır. Bu sahibkarlıq sözünün tam antonimləridir, heç vaxt biznesmen olmamaq üçün sadəcə onlar kimi etmək lazımdır. Tənqiddən qorxmaq, fəaliyyətsizliyin və motivasiyasızlığın təbii ki, başlanğıcı olur.
  5. Düşüncəsiz hərəkətlər edirlər. Bəli bu həyatdan yorulmuş adamı xarakterizə edən göstəricidə emosional addımların atılmasıdır. Bu adamlar rasional düşüncə əsasında hərəkət etmirlər… hər zaman nesə edə bilərlər. Bu menecerlər üçün “ölüm” deməkdir. Düşünün ki menecer hansısa gərara sadəcə emosianal vəziyyətinə görə verir… nə olar Sizcə?! – Məndə elə düşünürəm.

Dostlar inanın ki, həyatdan yorulmuş insanlar bizim aralarımızdada var. Bu çox pisdir və çalışmalıyıq belə adamların sayı minimuma ensin… axı bizə işləyən, hədəfi olan adamlar lazımdır, düzdür?!

Biznesdə iradənin əhəmiyyəti haqqında

AĞILLI mağaza nədir?!

şərhlər

şərhlər

1 Comment

  1. Netice olaraq musbet yonumlu xarekteri ve uğuru eslinde yalnız ve yalnız tek bir şey xarekterize edir -İRADE! Bax mence bu insanın ozunenezaretinin en mohteşem formuludur.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close