image_pdfimage_print

Beləliklə biz Azərbaycanda ilk dəfə yerli biznes-keysləri özündə əks etdirən Marketinq təlimlərini başa çatdırdıq. İlk başladığımız günlər yadıma gəlir… (bunu Rafiq əla təsvir edib) hədəflərimiz, düşüncələrimiz, öz praktik biliklərimizi paylaşmaq istəyimiz… bilirsiz dostlar hər birinizə təcrübənizi paylaşmaq üçün məkan arzulayıram. Bu hissləri sözlə ifadə etmək mümkün deyil, MƏN MARKETİNQ AİR birinci məzunları ilə fəxr edirəm!

Marketinq AİR birinci təlimi necə oldu?

Mən Marketinq AİR ilk təlimləri (Marketinq təlimləri) barədə bir neçə statistika verib, növbəti təlimlərimiz barədə Sizə, dəyərli bloq oxucularına planlarımızı açıqlamaq istəyirəm.

Marketinq AİR birinci təlimində toplam olaraq 90 nəfərə qədər dinləyici iştirak etmişdir. Onların içərisində ümumi olaraq 40-an çox müxtəlif şirkətlərin əməkdaşları və 6 ali təhsil oçağımızın tələbəsi edi. İştirakçılar arasında işləyənlər 58%, tələbələr 42 təşkil edirdi. Bu təlim haqqında məzunların hazırladığı kadrlar maraqlı alınıb…

 

Marketinq AİR ikinci təlimləri nə vaxt və necə olacaq?

Təbii ki, təlim getdiyi müddətdə mənim bloqumdan və sosial şəbəkələrdən məndən ən çox soruşulan sual belə edi:

  • İkinci təlimlər nə vaxt olacaq?
  • Biz burada necə iştirak edə bilərik?
  • Marketinq AİR təlimində biz təlimin ortasından iştirak edə bilərikmi?
  • Təlimlə paralel bizim şirkətə konsaltinq xidməti verə bilərsinizmi?
  • Və s.

Mən bu yazı ilə bütün bu suallara cavab verməyə çalışacam. Əvvəla iki xəbərlə söhbətə başlamaq istəyirəm:

Xəbər № 1. Mart ayının birindən Marketinq AİR ikinci təlimlərinə start verilir. Biz 01.03.2013 tarixdən Marketinq AİR təlimlərinin keçirilməsi üçün start veririk. Təlimin əsas hədəf kütləsi işləyən menecerlər və marketinq (biznes) karyerası qurmaq istəyən tələbələr olduğu üçün biz təlim vaxtını yenədə iş vaxtından sonra yəni, saat 19:00 etməyi planlaşdırıq. Bizim təlimlərdə yenilənmiş marketinq nəzəriyyəsi, sırf yerli brendlərimizin təcrübəsindən keyslər və əlbətdə ki Azərbaycan marketinq sektorunda olan fikir liderləri ilə görüşlər olacaqdır. Təlim iştirakçılarına sertifikatlar və Marketinq AİR diplomu veriləcəkdir.

Xəbər № 2. Təlimlərə qeydiyyat prosesi başlamaqla 4 korporativ müştərimiz artıq 20 yeri bron edib. Əslində bu xəbər məni çox sevindirir, lakin digər tərəfdən bloq oxucularının mənə yazdıqlarını və təlimdə iştirak etmək istəyini nəzərə alaraq belə bir təsəvvür yaranır ki, bu təlimlərdədə biz qeydiyyatdan gec keçmiş dostlarımıza imtina etmiş ola bilərik. Məsələ burasındadır ki, təlimin aparıcılarının hər üçü aktiv əmək fəaliyyəti ilə məşğuldur və təbii olaraq təlim üçün vaxtımızın qıtlığı bizi təlimi məhdud sayda iştirakçı ilə etməyə məcbur edir. Bu baxımdan dostlarımızdan qeydiyyatdan imkan daxilində daha tez keçmələrini xahiş edirəm… dostlar yerlər məhduddur.

Bundan əlavə biz düşündüyümüz daha bir məsələ təlim getdiyi müddətdə yeni iştirakçının qəbul edilməsi prosesinin tam dayandırılmasıdır. Digər sözlə desək əgər Marketinq AİR birinci təlimlərində hansısa dostlarımız təlimi ortadan qoşula bilmə imkanları var edisə… bu dəfə bunu təhsil keyfiyyətini nəzərə alaraq tam ləğv edirik.

AİR konsaltinq xidməti yaranır?

Təlimlərlə paralel biz Marketinq AİR məzunları üçün yeni bir xidmət yaradırıq. Bu xidmətlər menecerlər üçün konsaltinq, tələbələr üçün isə kouçinq nəzərdə tutulmuşdur. Təlimlərdə iştirak edən hər bir iştirakçı tamamiylə ödənişsiz maraqlandıran problem üçün təlimçilərdən konsaltinq ala bilər. Təbii ki, konsaltinq xidməti 3 nəfər tərəfindən ediləcəkdir:

  1. Anar Bayramov
  2. Rafiq Hünaltay
  3. mənim tərəfimdən olacaq

Beləliklə dostlar vaxt itirmədən təlimlərdə qeydiyyatdan keçin… çox faydalı olacağına SÖZ VERİRƏM!

VACİB QEYD: Marketinq AİR birinci məzunlarının tövsiyyəsi ilə gələn iştirakçılar heç bir sorğusuz (oxu xüsusi şərtlərlə) qəbul ediləcəkdir.

MARKETİNQ – SEMİNAR MÖVZÜMUZ

YENİ MƏHSULLAR – SEMİNAR MÖVZÜMÜZ

BREND MENECER – SEMİNAR MÖVZÜMÜZ

BREND ARXİTEKTURA – SEMİNAR MÖVZÜMÜZ

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close