Monthly Archives Yanvar 2013

Çox zaman bloqun oxucuları məndən belə suallar soruşur: “Biznes qurmaq üçün ideyanı necə tapmaq olar?” və ya “Biznes qurmaq üçün ən gəlirli sahə hansıdır?”. Bəzən mənə elə gəlir ki, bu dostlarımız ətraflarındakı “günəşi” görmədən, Sibirə “günəş” dalınca getmək istəyir. Mən hesab edirəm ki, istənilən biznes ideya sırf fərdin ətraf mühitindən qaynaqlanmalıdır. Fikrimi izah etməyə çalışacam.

Beləliklə biz Azərbaycanda ilk dəfə yerli biznes-keysləri özündə əks etdirən Marketinq təlimlərini başa çatdırdıq. İlk başladığımız günlər yadıma gəlir… (bunu Rafiq əla təsvir edib) hədəflərimiz, düşüncələrimiz, öz praktik biliklərimizi paylaşmaq istəyimiz… bilirsiz dostlar hər birinizə təcrübənizi paylaşmaq üçün məkan arzulayıram. Bu hissləri sözlə ifadə etmək mümkün deyil, MƏN MARKETİNQ AİR birinci məzunları ilə fəxr edirəm!

12
Close