image_pdfimage_print

Qlobal brendlərinin maksimum lokallaşmaları, lokal brendlərin isə maksimum qlobal səviyyədə durması vacib olduğu barədə danışmışdıq (buradan oxuyun). Bu dəfə mən bu dünyada qlobal brendinqin ən böyük nümunələrindən biri olan McDonalds-ın yeritdiyi lokallaşma strateqiyası barədə danışacam.

Dostlar brendinq – qurban vermə qabiliyyətidir. Güclü brend olmaq üçün biz maksimum öz mesajımızla mümkün qədər dar kütləyə xitab etməliyik. Məsələn lüks brendlərinin apardığı siyasətə baxın və ya mass-marketdə güclü brend olan Head Schoulders haqda düşünün… hər birində bariz şəkildə görünür ki, bu brendlər konkret verdikləri mesajı relevant hesab edən müştəri kütləsi üçün brendinq edirlər. Buna baxmayaraq biz qəbul etməliyik, brend istehlakçı ilə maksimum “onun dilində” danışmalıdır. Yəni istehlakçıya yaxın olmaq brendinqin ən vacib şərtlərindəndir. Mən bu tezisi Mc Donaldsın timsalında 3 misalla göstərməyə çalışacam.

Misal №1. McDonalds adını dəyişir. Dünyanın ən böyük restoranlar şəbəkəsi bu yaxında Avstraliyada rebrendinq etmişdir. Səbəb?! Səbəb çox sadədir, sözü gedən ölkənin müstəqillik gününə hədiyyə olaraq brend Avstraliyalılar onu necə çağırırsa bütün çol reklamlarını o formada dəyişdirmişdir. McDonalds 2013-cü il ərzində bu formada adlanacağını təyin edir. Məqsəd brendin lokal adət ənənələrə sadiq olduğunu göstərmək,”bizdə sizlərdənik” mesajını verməkdir. Düşünə bilirsiz?! Brend ölkənin müstəqillik gününə hədiyyə üçün adını dəyişir. Bu brendi kim sevməz?!

 

Misal №2. McDonalds menyusunu dəyişir. McDonalds dünyada menyusu müxtəlif damaq dadlarına görə adaptasiya edən ən böyük şirkətlərdəndir. Uzağa getmək istəmirəm, Azərbaycanda dönərlə-ayran bunun bariz nümunəsidir. Brend hiss edir ki, yerli istehlakçı daha çox dönərə maraqlıdır və… bu prinsipə uyğun öz menyusunu dəyişir. Lakin diqqət edən dəyişkənlik olduqda belə buraya McDonalds fərqini qatmağa çalışır. Məqsəd birdir, brendi yerli istehlakçı ilə maksimum eyni dildə danışdıqmaq.

Misal №3. McDonalds rəngini dəyişir. Bütün dunyada McDonadls ucuz qiymətli fastfood kimi mövqeyləndirilir. Bəs Sizcə Milan-ın əsas meydanında bu necədir?! Burada McDonalds özünü daha çox premium seqmentdə göstərməyə çalışır. Elementar bir misal, restoranın ön cəbhə reklamında fon qara, sözlər qızılı rəngdədir. Məqsəd birdir – əgər Milan moda mərkəzi kimi, qlamur həyat nümunəsi kimi önə çıxırsa, McDonalds-a bu məntiqdə olmalıdır. Restoranda bütün masalar xüsusi formada dizayn edilmişdir.

Yuxarıda yazdığım misallara əslində dəstək olaraq bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Adaptasiya brendin müştəriyə əsas dəyər verdiyi nöqtələrdə deyil, əlavə dəyərlərdə ola bilər. Yəni brendin ana mövqeylənməsinə xələl gətirilməsi, dəyişdirilməsi əlbətdə ki, adaptasiya elementi ola bilməz.

Oxuduqlarınızda faydalanmaq üçün BURANI OXUYUN

Sevilən reklamlar

Qanadlandıran brend

şərhlər

şərhlər

1 Comment

  1. Free Piano

    I beloved as much as you’ll obtain carried out right here. The sketch is tasteful, your authored subject matter stylish. nonetheless, you command get bought an nervousness over that you would like be delivering the following. sick unquestionably come f…

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close