image_pdfimage_print

Əslində biznes haqqında yazdlqlarım yalnız gündəlik həyatımda yaşananlardır, buna görədə maraqlı olan çox mövzulardan yaza bilmirəm. Niyə?! Çünki hələlik mənim və ya yaxın dostlarımızdan kiminsə real təcrübəsində olmayıb… Həqiqətəndə çoxsaylı ezamiyyələr, müxtəlif bizneslə əlaqəli olan adamlarla görüşdüyüm zaman çox aktual olan hadisələrin şahidi oluram. Biznesdə, əsasəndə bəzi Azərbaycanlı sahibkarların fəaliyyətində bir məsələ mənim diqqətimi çəkir. Məhz bu məsələyə görə milyonluq layihələr yerinə-yetirilmir, məhz bu məsələyə görə düzgün hazırlanmış biznes planlar icrasız qalır və s.

Bu yazıda mən çoxtan danışmaq istədiyim mövzü – biznesdə qorxaqlıq haqqında yazacam. Qorxaqlıq dediyimiz zaman biz konkret olaraq qərar verilmə prosesində lazımı iradən göstərməmək və ya layihəni axıra çatdırmamağı nəzərdə tuturam. Biznesdə qorxaqlığın ən asand tərifi iradəsizlikdir. Buna aid bir neçə misal çəkim.

Misal №1. Bir tanıdığım sahibkar Rusiyada çox böyük ticarət mərkəzi açırdı. Mən bu adamla tanışlığım olduğundan, sırf məsləhətləşmək məqsədi ilə görüşdük və həqiqətəndə layihənin çox böyük olduğunu, konkret vilayətdə ən böyük ticarət obyekti olduğunu başa düşdüm. Çox sevindim. Məndə Sizin kimi, Azərbaycanı çox sevirəm və Azərbaycan biznesini (biznesmenini) xaricdə görmək çox xoşdur. Uzun söhbətdə sonra belə bir sual verdim: “Yaxşı bəs reklamı necə edəcəksiniz? Yəqin ki, bunun reklam xərcləridə çox olacaq”. Cavab məni məhus etdi: “İşə başlayaq, yavaş-yavaş reklamda verəcəyik…”. Dostlar belə yanaşma ilə nəyin ki, Rusiyada heç bugün Monqolustandada biznes aparmaq olmaz!

Bizim bloqu oxuyanların hər biri kifayət qədər biznes bilikləri var. Buna görədə mən deməyəcəm ki, biznesdə (əsasənda yeni biznesdə) reklam çox vacibdir, mən demeyəncə ki, reklam məhz start up dövründə vacibdir, mən deməyəcəm ki, tanıtımsız biznes maşın alıb, benzinə pulu çatmamağa bənzəyir, mən deməyəcəm ki… neysə bunları Siz bilirsiz! Bilirsiniz ki, bu bloqu oxuyursuz, yoxsa gedib seriallara baxardınız, yada ən yaxşı halda “qalın” kitablardan oxuyardınız, düzdür?! Bizim sahibkar dostumuz bunu bilmirdimi?! Xeyr bilirdi. Bəs niyə reklama pul xərcləməyə qorxurdu? Çünki reklama pul xərcləmək insanda biznes iradə tələb edir. Reklamın effektivliyini ölçmək çox çətindir, lakin reklam olmadan biznes qurmaq mümkün deyil. Birdə qorxaqlıq biznesdə uğur qazanmaq çətindir, “yumşaq” desək çətindir! Sözü gedən sahibkar yeni-yeni reklam etməyə başlayıb… artıq müsbət təsirləri var.

Misal №2. Çox böyük dövriyyəsi olan bir şirkətdə konkret bir addımın atılması üçün qərar verilir (mən təəfsüf ki şirkətin adını yaza bilmirəm). Hamı bu qərarın doğru olduğu ilə razılaşır. Buna baxmayaraq icrada addım atılmır ki, atılmır. Şirkətin top-menecerləri qərarın icrasını bir-birilərinə demədən uzadırlar. Yeni açılan biznes obyektin inkişafı üçün əlavə və daha böyük investitsiyalar tələb edilir. Məsələ təxminən belədir, böyük şirkət investitsiya qoymuşdur və biznes hazır vəziyyətdədir. Biznes açılma mərhələsində aparılan marketinq araşdırmalarında səhvlər olmuşdur (təbii şeydir) və bugün biznesin inkişafı üşün mütləq əlavə investitsiya tələb edilir. Əgər investitsiya qoyulmasa… bügünə qədər qoyulan bütün pullar batacaq. Bu həqiqəti şirkətdə hamı bilsədə heç kim, qəbul etmək istəmir, çünki qorxur! Dostlar bugünün özündə belə bu vəziyyət statik olaraq qalır!!! Təsəvvür edirsiz?! Həqiqəti hamı bilir, heç kim qorxudan demir. Bu biznes həqiqətləridir. Menecer böhranından danışanda mən bu halları nəzərdə tuturdum.

Mən bu yazıda misal olaraq bu ikisi ilə kifayətlənmək istəyirəm. Bu haqda mən daha əvvəl bir neçə defə məlumat vermişəm. Bloqun dəyərli oxucuları artıq bilir ki:

Əlbətdə biznes cəsarəti sevir və mən hesab edirəm Azərbaycan şəraitində biznesmenin atılması vacib olan addımları gecikdirməsi fəlakətlə nəticələnə bilər. Eyni zamanda demək vacibdir ki, çox zaman “ağıllı düşününcə, dəli vurub çayı keçir” misalı bu vəziyyətdə çox aktual olur. Fəaliyyət biznesmeni bütün səhvlərdən quruyur, mən bundan aminəm. Məsələn yeni bazarda ən yaxşı araşdırma, o bazarda kiçik investitsiya ilə çalışmağa başlamaqdır… neysə bu başqa günün mövzüsudur.

Dostlar düşünmək lazımdır, çünki:

Beyinin autsorsinqi olmaz…

Şahmat – Biznes Məktəbidir

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close