image_pdfimage_print

Çox zaman bloqun oxucuları məndən belə suallar soruşur: “Biznes qurmaq üçün ideyanı necə tapmaq olar?” və ya “Biznes qurmaq üçün ən gəlirli sahə hansıdır?”. Bəzən mənə elə gəlir ki, bu dostlarımız ətraflarındakı “günəşi” görmədən, Sibirə “günəş” dalınca getmək istəyir. Mən hesab edirəm ki, istənilən biznes ideya sırf fərdin ətraf mühitindən qaynaqlanmalıdır. Fikrimi izah etməyə çalışacam.

İlk əvvəl deyim ki, uğurlu biznesmenlərin monoqrafiyasını öyrəndikdə biz görürük bu adamlar seçdikləri biznes sahəsi ilə mütləq qaydada əlaqəli olublar. Bu o deməkdir ki, uğurlu biznes ideyalar məhz Sizin bildiyiniz və digərləri tərəfindən “maraqsız” görünən sahələrdə ola bilər.

Dostlar biznesin məqsədi mənfəət əldə etməkdir. Hansı sahədə mənfəət əldə etmək olar?! Təbii ki, o sahədəki rəqabət azdır. Bu sahənin tapılması isə Sizin bügün gündəlik olaraq məşğul olduğunuz işlərin içərisində gizlənmişdir. İnanın mənə Siz hər gün bu şansın yanından keçirsiniz… və o şansı görmürsünüz. Biznes ideyanı fərd üçün (yəni Sizin üçün) uğurlu edən 3 vacib faktor var. Bu faktorlar aşağıdakılardır:

  1. İdeya bənzərsiz olmalıdır. Bu Sizin qorxutmasın. Bənzərsiz ideya dedikdə biz Sizin biznes qurmaq istədiyinizi seqmentdə eyni təklifin olmamasıdır. Bunun üçün xüsusi bir elmi yeniliyə ehtiyyac yoxdur… sadəcə ətrafınıza baxın və hansı təklifin bügünə qədər olmadığını aydınlaşdırın. Mən əminəm ki, bizim bloqumuzun oxucuları arasında şadlıq sarayı açmaq istəyən yoxdur… amma yenədə xəbərdarlıq etməyə borc bilirəm. Heç vaxt hamının etdiyini etməyin (etmək istəməyin) bu Sizin biznes hədəfiniz olan mənfəət qazanmağa mane olacaq. Təbii ki, bu yolda tənqiddən qorxmayın.
  2. İdeya Sizin bildiyiniz sektorda olmalıdır. Mütləq qaydada seçdiyiniz ideya Sizin tərəfinizdən bilinən bir şey olmalıdır. Əgər Siz tələbəsinizsə (məsələn Türkiyyədə oxuyursunuz) çalışın əcnəbi ölkədə çox maraqlı olan, lakin bugünə qədər bizdə olmayan bir təklif hazırlayın. Bununla belə unutmayın… Siz mütləq sözü gedən təklifi yaxşı başa düşməlisiniz. Digər bir misal, Siz hansısa sektorda çalışırsız… seçdiyiniz biznes ideyanın bu sektorla əlaqəsinin olması vacibdir. İnanıram ki, fikrimi Sizə çatdıra bildim, “Kompetent olmadığınız sahədən biznes ideya götürməyin”.
  3. İdeya reallaşdırılması asand olmalıdır. Bəzən bəzi adamlar biznes ideyaları son dərəcə “əlçatmaz” edirlər. Məsələn balaca bir mağazada işləyən xanımın böyük ticarət mərkəzi qurmaq kimi biznes ideyası düzgün deyil. Bunun reallaşdırılması çox çətindir… və belə böyük ideyalar Sizin biznesə gedəcək yolunuzda uçurum yarada bilər. Buna icazə verməyin… Çalışın seçdiyiniz biznes ideya asand reallaşdırılan olsun, bu uğurlu biznesin açarıdır. “Ayağınızı yorğana görə uzatmaq” söhbəti biznesdədə keçərlidir. Böyük hədəflər qoymaq çox yaxşıdır, amma bu hədəflər mərhələyə bölmədən reallaşdırmaq mümkün deyil.

İstənilən biznes ideya axtarışında yuxarıda sadaladığım bu 3 amilə diqqət yetirin. Dostlar ideya axtarışı üçün kimdənsə məsləhət almayın… əvvəla ideyanı seçin məhz sonra bu ideyanın reallaşdırılması üçün digərlərindən məsləhət alın. Təkrar edirəm ən uğurlu biznes ideya Sizin özünüzün bildiyiniz ideyadır. Günəşi Sibirdə axtarmaq səhv olduğu kimi, biznes ideyanın başqalarından soruşmaq kobud səhvdir.

Uğurlu biznes ideyalar tapmaq arzusu ilə…

Yeni Biznes və Azərbaycan reallıqları

Biznesdə iradənin əhəmiyyəti haqqında

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close