image_pdfimage_print

Bügün Kievdə GfK ilə birlikdə apardığımız araşdırmadan sonra… çox acmışdım. Hər zaman şəhər mərkəzində olan kafeyə doğru gedirdim və gözümə Smart Food deyilən bir restoran sataşdı. Əslində adı çox maraqlı edi, lakin ənənəyə sadiq olaraq daha əvvəl yemək yediyim restorana getmək istəyirdim. Buna baxmayaraq “risk” edib yeni restorana girdim. Dostlar, inanın səmimiyyətimə… bugünə qədər Kievdə yemək yediyim ən dadlı restoran, gördüyüm ən səviyyəli xidmət məhz bu restoranda oldu. Buradan mən bir daha əmin oldum ki, uğur rahatlıq zonasından kənardadır.

Rahatlıq zonası nədir?

İstənilən insan öz ətrafında özüdə bilmədən bir sərhət yaradır. Məsələn biz hər səhər işə konkret bir yolla gedirik, məsələn biz daim müəyyən bir geyim qaydalarına riayyət edirik, məsələn biz konkret adət etdiyimiz işləri bir vasitə ilə edirik və s. Başqa sözlə desək bizim üçün hər bir hərəkət rahatlığımız (rahatlıq dediz yadıma Embawood düşdü) üçün olan bir vasitədir. Bu vasitələrin cəmi – rahatlıq zonası adlandırılır. Digər sözlə desək insanların vərdişləri – rahatlıq zonasıdır.

Rahatlıq zonası necə tərk edilir?

Nəzəriyyəyə görə insanların uğuru, xoşbəxtliyi bildikləri rahatlıq zonalarından kənardadır. Yəni uğur bizim olmadığımız yerdə bizi gözləyir. Beləliklə uğur qazanmağın ən yaxşı yolu, mövcud vərdişləri yeni tendensiyalara dəyişməkdən keçir. Əgər Siz hər səhər işə gəlib e-maillərinizi yoxlayırsınızsa, bu dəfə daha fərqli bir şeylə günə başlayın. Əgər satışlarınız aşağı düşəndə satışın stimullaşdırılması kampaniyası edirsinizsə… bu dəfə fərqli bir şeylər düşünün.

Məsələn mənim çox yaxın tanıdığım bir nefər prezentasiya etməkdən daim çəkinirdi. Bir dəfə mənimlə görüşəndə məndən soruşdu ki, mən necə edə bilərəm ki, şirkət rəhbərliyi mənə inansın?! Cavabım çox sadə oldu… “Onlara edəcəklərin barədə təqdimat elə!!!”. Bugünə qədər sözü gedən adam təqdimat etməyə vərdiş etməmişdi. Təqdimatdan sonra… şirkətdə dostumuza diqqət artdı. Dostlar Sizin qurduğunuz cəmiyyət yalnız, Sizin rahatlıq zonanızdır… uğurun bu zonanın kənarında axtarın. Siz daim facebook-a olursuz? Belkə özünüzü Twitterdə, Xing-ə sınayasınız?!

Diqqətli olun!

Bu yuxarıda deyilənlərin doğru olduğuna inandığım qədər, həmdə bilirəm burada bəzi səhvlər etmək olar. Bu hansılardır?!

  1. Rahatlıq zonasından çıxmaq – hədəfi dəyişmək DEYİL! Biz rahatlıq zonasından çıxmaq lazımdır dedikdə, burada hədəflərin dəyişməsində söhbət getmir. Hədəf konkret bir imkan daxilində bir dəfə qoyulmalıdır. Mütləq qaydada hədəf qoyuluşunda müddət göstərilməlidir, məsələn yeni ildə mən bunu edəcəm… Hədəfin müzakirəsi və tez-tez dəyişməsi, praktikada insanları səhv istiqamətlərə çıxarır. Bu baxımdan rahatlıq zonası insanın hansısa hədəfə çatmaq üçün etdiyi addımların cəmindən ibarətdir. Heç bir vaxt bu hədəflərin dəyişilməsinə aid edilə bilməz.
  2. Rahatlıq zonası çıxmaq adət-ənənələrdən imtina deyil. Əgər Siz böyüklərdən hansısa bir tərbiyəvi element görürsünüzsə bunu qətiyyən rahatlıq zonası hesab etmək olmaz. Kobud dildə desək, cəmiyyəyimizdə olan əxlaq normaları, komfort zonasi hesab etmək olmaz. Hər bir insan cəmiyyətdə yaşayır və ətraf mühitlə hesablaşmalıdır.
  3. Rahatlıq zonası çıxmaq – “kefli İskəndər” olmaq deyil. Qriboyedovun çox maraqlı və ən çox sevdiyim əsərlərdən biri “Горе от ума” maraqlı epizodlar var. Bu kitabı mən oxuyanda rahatlıq zonası nə olduğunu bilmirdim, amma indi bunu bilirəm və başa düşürəm ki, bu kitab mənə çoxlu ibrətamiz misallar verib. Qatığın ağ olma səbəbi – cəmiyyətin bunu ağ görməsidir. Siz özünüzü cəmiyyətdən tam fərqləndirsəniz… başınıza “kefli İskəndərin” hadisəsi gələ bilər…

Dostlar hesab edirəm ki, Sizlər öz uğurunuzu rahatlıq zonanızın kənarında axtarmalısınız. Əminəm, tapacaqsınız!

Gələcək – özü gəlməyəcək!

Vaxtın idarəedilməsi və ya MƏN NECƏ EDİRƏM

OLMAZLAR HAQQINDA – burada

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close