image_pdfimage_print

Dostlar Sizin bildiyiniz kimi insanların öz fikirlərini ifadə etmək üçün 4 üsul mövcuddur: yazmaq, yazmaq – danışmaq, yazmaq – danışmaq – göstərmək və… metaforalar istifadə etmək. Hesab edirəm ki, marketoloq metaforalardan yaxşı istifadə edə bilməsi şərtdir. Çünki biz daim öz fəaliyyətimizdə inandırmalıyıq… bunun ən yaxşı yolu isə əlbətdəki fikri bənzətmə ilə ifadə etməkdir. Mən bu yazıda məhşur Azərbaycanlı biznesmen, Lukoyl prezidenti Vahid Ələkbərovun çox maraqlı metaforası barədə Sizlərə danışacam.

Muasir natiqlərin nitqlərinə fikir versəniz istər rəhmətlik Stiv Djobs, istər D. Hitlər, Stalin… və s. mütləq qaydada metaforalardan istifadəni bariz şəkildə görə bilərsiniz (inandırmağın yolları var).

Həmyerlimiz Vahid Ələkbərovun mətaforası isə bu yaxında Kolantayın təlimində olduğum zaman eşitdim və Sizinlə bölüşməyə qərara gəldim. Deməli Rusiyanın prezidenti V. Putin Lukoyl prezindenti ilə görüşür. Söhbət vergi dərəcələri və differensial vergi qoyma məntiqindən düşür və bu zaman həmyerlimiz biznesmenlər haqqında “məhşur” metaforasını deyir.

Vahid Ələkbərovun fikrincə istənilən biznesmen öz təcrübəsində 4 vəziyyətdə olur. Bu vəziyyət aşağıdakılardır:

I mərhələ. Biznesmen – Çaqqal kimi. Bu zaman biznesmen yeni biznes açır və qarşısına çıxan nə varsa yeməyə çalışır. Vacib deyil keyfiyyətli və keyfiyyətsiz… təki qazanc olsun, biznesmen pul qazanmaqdan ötrü hər şeyə qadirdir. V. Putin soruşur: “Niyə çaqqal?!”, V. Ələkbərovun cavabı: “Çünki çaqqallar ölü eti belə yeməyə hazırdır”.

II mərhələ. Biznesmen – Canavar kimi. Biznesmen yenədə yırtıcıdır və istənilən ətə hücum etməyə hazırdır… lakin artıq biznesmenin bir “qüruru” vardır. Yalnız diri əti yeyir, iylənən yerə baxmır…

III mərhələ. Biznesmen – Ayı kimi. Biznesmen artıq daha ağır hərəkətlər edir, nəyin ki hər ət, ancaq keyfiyyətli ətləri yeyir. Daha çox dincəlmək, mehribançılıq haqda düşünür. Bir sözlə ətrafdakı heyvanlara mənlik “dərs” keçir. Yediyi şeylərdə daha çox şirinlik axtarır… bir sözlə özünüz başa düşürsüzdə…

IV mərhələ. Biznesmen – Camış (İnək) kimi. Hə… bu mərhələdə biznesmen veqeterian qidasına keçir. Artıq o ət yemir… yaşıllıq, tərəvəzlə qidalanır. Demək olar ki, vəhşi heyvandan ev heyvanına çevrilir… və Sizcə bu mərhələdən nə başlayır?! Çox doğrudur dostlar, Siz doğrü tapdınız… bu mərhələdən biznesmen rahat sağılmağa başlayır. O nəyin ki, ət yemir, hətta daim süd verir, onu rahat sağmaq olur. Vaxtı çatanda isə kəsib ətini rahat yemək olar.

Yuxarəda çəkilən metoforaya ilə Lukoylun prezidenti verqi siyasətinin necə təşkil edilməsi vacib olduğunu ölkə prezidentinə vermişdir… maraqlıdır. Mənim metafora çooox xoşuma gəldi…

Biznesmen düşmən deyil!

Varlı süfrənin pişiyi & Kasıb süfrənin şiri

Uğurlu təqdimat etmək yolları

şərhlər

şərhlər

3 Comments

  1. Meteforalar nitqin ifadeli alınmasında onemli rol oynuyur. Çaqqal,canavar ve ayının ardından biznes adamlarının sağmal ineklere çevrilmesi ise elbetde ki, Azerbaycan reallıqlarından xeber verir. )) Daha heç kim ASLANLIQ kateqoriyasına gire bilmir tessüf ki.o

    • Aslanlig… sozude subyektivdir. Elbetde ilk baxishdan bele gorunur. Amma men eminem biznes butun dunyani idareedir. Dunya biznesin uzerinde gedir. Biznesi idareedenler ise yuksek intelektual dusunceye malik insanlardir. Men bele sahibkarlarli Azerbaycanda taniyiram ve bu sahibkarlar qarshisinda bash eyirem!!!

      • Amma İlkin bey,teessüf ki beleleri çox azdır. Men bizim biznesmenlere hormetsizlik etmek fikrinde deyilem,amma bu bir heqiqetdir ki, olkede biznes qurmaq üçün tek oz seylerin kifayet etmir. Eslinde ise ASLAN olmaq şert olmur,teki arxanda sene güven veren bir aslan olsun.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close