image_pdfimage_print

Mən gördüyüm bütün işlərdən ilk öncə həzz alıram, belə olmayanda sadəcə bu işə xərclənən vaxta heyfim gəlir. Bilirsiz dostlar insan ömrü çooox qısadır və ömürdə sevmədiyim işləri görməyə vaxt yoxdur! Düşünə bilərsiz ki, bu dediklərimin Marketinq TV ilə əlaqəsi nədir?! Əlaqəsini Sizə izah etməyə çalışacam.

Başlayaq ondan ki, biz bügün FMR TV-ə rekord vurduq! İlk dəfə olaraq bir gündə 7 veriliş çəkdik… ən əsası isə bu verilişlərin hər biri son dərəcə fərqli mövzuları əhatə edirdi…

Birinci verilişdə biz Azərbaycanı bürüyən taksit sistemlərindən danışdıq… bu istiqamətdə ölkənin aparıcı banklarının nümayəndələrini dəvət etmişdik. Rəqib bankların bir çatı altında, bizim (Sizin) TV-nin çətiri altında görmək çox xoş edi!

İkinci verilişdə biz Azərbaycanda marketinq ilk səsləndirən ziyalımız Rəhim müəllimlə söhbət etdik. Hərdən özümdə düşünürdüm… görəsən Rəhim müəllim ən çox marketoloqdur, biznesmendir və ya alim, elm adamı?! Biz yalnız bu haqda deyil, həmçinin Azərbaycanda marketinqin yaranma mərhələləri, hardan-hara geldiyindən danışdıq. Həmçinin mən bu verilişdə ilk dəfə Rəhim müəllim bizə verdiyi fəxri fərmandan danışdım… Bizim haqqımızda, AİR haqqında, TV haqqında çoxlu müsbət sözlər eşitdik.

Üçüncü verilişimiz SMS provayderlər, onların bazarda mövqeyi və Azərbaycanda mobil marketinq alətləri barədə oldu. Qonaqlarımız sağ olsunlar, ətraflı məlumatlar verdilər.

Dördüncü verilişdə biz Lavinya xanımla Azərbaycanımızda keçirilən ən önəmli marketinq tədbiri haqqında danışdıq… bilirsiz FMR TV Marketing Kingdom rəsmi TV partnyorudur! Mövzu çox aktual və maraqlı edi.

Beşinci verilişdə biz Marketinq AİR məzunu, pərakəndəçilik sektorunda ekspert Tural bəylə danışdıq. Azərbaycanda pərakəndəçiliyin vəziyyəti, qlobal trendlər, istehlakçı davranışları, satış sistemləri barədə ətraflı söhbət etdik. Pərakəndəçilər bu verilişə mütləq baxsınlar!!!

Altıncı verilişimiz ERA araşdırma şirkətinin əsas aparıcı rəhbərlərindən olan Anar müəllimlə oldu. Biz Azərbaycanda marketinq araşdırmaları, onların perspektivləri, xarici bazarla müqayisəli təhlilini etməyə çalışdıq. Anar müəllim sağ olsun, çox aktual mövzu oldu. Hesab edirəm ki, digər verilişlərdə araşdırma mövzusuna bir daha qayıdacağıq.

Yeddinci verilişimizdə Cəbrayil müəllimlə menecment haqqında söhbət etdik. Yerli menecerlik məktəbinin səviyyəsi barədə danışdıq… Anar müəllimlə gözəl veriliş apardı, Cəbrayil müəllim düzgün tezislərlə verilişi mükəmməl etdi.

Mən inanıram ki, bu dəfə ki çəkilişlərimiz çox danışılacaq və Azərbaycan Marketinq icması inkişaf istiqamətində daha bir zirvəni qət edəcək. Dostlar bu superdir!

Qayıdıram, yazının əvvəlinə, gündə 7 veriliş çəkmək böyük fiziki və əqli enerji sərf edir. Buna nail olmaq üçün bizdə güclü motivasiya olmalıdır və bu motivasiyanı verən sırf marketinqə, gördüyümüz işə olan sevgidir.

Marketoloq olmaq gözəldir!!!

İnformasiya – Biznesdə Rəqabət Gücüdür

Lebensmüden nədir?!

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close