image_pdfimage_print

Mən bu günlərdə çalışdığım şirkət xətti ilə  xarici ölkələrdə etnoqrafik marketinq araşdırmaları edirəm… iş təcrübəmdə daha əvvəl bu tip araşdırma olmamışdır. Sizə deyin son dərəcə faydalıdır. Bu haqda Sizinlə öz təcrübəmi bölüşmək istəyirəm.

Etnoqrafik araşdırma nədir?

Etnoqrafiya dedikdə biz istehlakçıların həyat tərzlərini öyrənməyi başa düşürük. Burada söhbət hansısa geniş kütlənin öyrnilməsindən deyil, məhz dar kütlə haqqında dolğun informasiyadan gedir. Konkret marketinq nöqtəyi nəzərdən etnoqrafik araşdırmalar vasitəsi ilə istehlakçıların bizim təklif etdiyi kateqoriyadan necə istifadə etdikləri, alış zamanı hansı etaplarda, necə qərarlar verdikləri barədə danışırıq və s. Məsələn düşünün ki, Vimm Bill Dann Azərbaycan bazarına hansısa məhsulunu salmaq istəyir. Bunun üçün keçiriləcək ən birinci araşdırmalar başında etnoqrafik araşdırma dayanmalıdır. Çünki bizim ölkədə süd məhsullarının istehlakı, ruslarla müqayisədə daha fərqlidir və s.

Təbii ki, deməyə ehtiyyac yoxdur və biz bilirik ki, yaxşı araşdırma düzgün yazılmış araşdırma Brifindən başlayır. Bu haqda burada ətraflı oxuya bilərsiniz.

Etnoqrafik araşdırmalar necə aparılır?

Bu araşdırmanın aparılmasının ən yaxşı yolu müştəri evlərinə ziyarətdir. Əvvəlcədən araşdırma şirkəti tapılır, bu şirkət konkret Sizə lazım olan müştəri kütləsini təyin edir… (seqmentasiya edilir) və araşdırma edilir. Bu tip evlərə ziyarətlərdə sifariş olaraq Sizin şəxsən iştirak etməniz mütləqdir! Hətta mən deyərdim ki, Sizsiz bu edilməli deyil. Hər nə qədərdə hesabatlar veriləcəksədə, real konktaktda əldə edilən düşüncələrin (insaytların) qiyməti yoxdur. Biz mütləq çalışmalıyıq ki, etnoqrafik araşdırmaları müştərinin konkret istehlakı həyata keçirdiyi yerlərdə edək. Bununla biz real olaraq hər çeyi təsəvvür edə bilirik.

Etnoqrafik araşdırmalar – fokus qrupdan üstün tərəfləri.

Fokus qrup nəticəsində biz hansısa hədəf kütlə haqqında dərinləşdirici informasiya əldə edirik. Bir növ həm fokus qrup, həm etnoqrafik araşdırma nə qədər deyil, nə (və ya necə) suallarına cavab ver. Bununla məhz etnoqrafik araşdırma ilə Siz araşdırma prosesini canlı zaman kəsiyində hiss edə bilirsiniz. Əgər fokus qrupda Sizinlə müştəri arasında bir sərhəd varsa… bu dəfə etnoqrafik araşdırmada bu sərhəd yoxdur. Siz rahatlıqla istədiyiniz məlumatı real istehlak prosesində hiss edirsiniz və öyrənə bilərsiniz.

Bir sözlə hesab edirəm ki, etnoqrafik araşdırmalar bazar haqqında düzgün informasiya əldə etmək istəyən bütün marketoloqlar üçün vacibdir… Sizcə bu istəməyən marketoloq var?!

Başsız atlı…

Araşdırma şirkətlərinə açıq məktub

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close