image_pdfimage_print

Bügün Marketinq Cəmiyyətində bizim növbəti təlim iştirakçılarımızla görüşümüz oldu. Birinci görüşdə mən iştirak edə bilmədiyimə görə, bu mənim bir növ yeni “AİR”çilərlə ilk görüşüm edi. İştirakçılarımız məni yaxşı mənada çooox təəcübləndirdi.

Birinci növbədə qeyd edim ki, yeni AİR-ər çox maraqlı və aktiv gənclərdir. Onların üzlərində marketinq sevgisi aydın şəkildə hiss edilir. Bu əladır. Mən bir neçə dəfə demişəm, indidə təkrar etməyi özümə borc bilirəm: “Marketinq Sevqidən başlayır”. Nəyinki marketinq bütün işlərin uğurlu olmasının birinci amili sevgidir. İnsan yalnız sevdiyi işlərlə məşğul olanda, uğurlu ola bilər. Bizim AİR-ər sevdikləri predmetin təliminə gəldikləri məni çox sevindirdir. Bu superdir!!!

İkinsisi bu dəfə biz təlim prosesini yeni biznes keyslər və tamamiylə fərqli oyunlar sistemi daxil etmişik. Bununla bizim təlim keçən dostlarımız ev tapşırıqlarına daha çox vaxt ayıracaqlar. Başqa sözlə desək dərslər tamamiylə interaktiv formada olacaq və bu interaktivlik həmçinin iştirakçıların “evlərinədə” keçəcək. Demək olar ki, bütün dərslərdən sonra ev tapşırıqları sistemi fəaliyyət göstərəcək. Biz onları təlim getdiyi günlərdə Marketinq Havası ilə tam qidalandırmalıyıq!

Üçüncusu bu dəfə təlimin keçirildiyi yerdə, Marketinq Havası daha çox hiss edilir. Ona görə bu dəfə biz Marketinq Cəmiyyətində təlim edirik. Burada biz infrastruktura, təlim iştirakçıları üçün şəraitə maksimum fikir veririk. Düşünürük ki,… yox səhv yazdım. Əminik ki, bizim təlimlərimizə gələn adamlar üçün şəraitin heç bir mənası yoxdur. Heç bizim təlimlərdə marketinq biliklərindən başqa nesə gözləmir (gözləməsində). Biz yalnız marketinq biliyi verməyə çalışırıq ( nə sertifikat, nə diplom, nə isti çay və s.) lakin buna baxmayaraq sevindiricidir ki, bizim təlimlərin şəraiti bu dəfə daha yaxşı olacaq.

Dördüncü bu defə qonaqlarımız fərqli adamlardır. Bu dəfə biz qonaqları konkret formata uyğun çağırırıq və təlimin ümumi möveylənməsinə uyğundur.

Beşincisi… bizim facebook-a olan qapalı marketinq qrupumuz artıq daha canlı olacaq. Bu defə Marketinq AİR ilk məzunlarının apardığı sistemli marketinq müzakirələrinə yeni canlılıq qatılacaq. Mən bu qrupu Azərbaycan savadlı gənclərin toplaşdığı ən yaxşı qruplardan hesab edirəm.

İnanıram ki, AİR birinci təlimində olan videoları biz cox görəcəyik.

 

Bir sözlə Marketinq AİR yenidən yeni təlimlərlə Sizin qarşınızdadır!!!

AIR-lə FƏXR EDİRƏM!!!

Marketing TV tezliklə…

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close