image_pdfimage_print

Sabah məni marketinq haqqında master-klass keçirməyə devət ediblər. Mən yalnız sevdiyim işləri edirəm və Sizdə bilirsiniz ki, hansısa işin sevilməsi üçün mütləq aşağıdakı amillər olmalıdır:

  • İş mənim ürəyimcə olmalıdır;
  • İşlədiyim adamlar mənim ürəyimcə olmalıdır;
  • İş mənim bildiyim bir şey olmalıdır;
  • İş mənim gələcək planlarımla üst-üstə düşməlidir;
  • İş mənə yalnız maddi deyil, həmdə mənəvi dəyərlər verməlidir.

Təbii ki, savadlı gənclərlə marketinq haqqında danışmaq sevilən işlərin siyasına aiddir.

Belə olmayan heç bir işi mən görmürəm… daha doğrusu görə bilmirəm. Bu aralar işlərim adi qrafikimlə müqayisədə daha çoxalıb, xarici ezamiyyələrdə çox oluram, Bakıda çalışdığım şirkətdə yeni layihələrimiz var, özümün şəxsi planlarımda aktivlik və əlbətdə ki, biz Marketinq AİR hazırlaşırıq. Buna baxmayaraq mənim sabah ki, görüşümün əhəmiyyəti çox böyükdür.

Mən əminəm sabah Azərbaycanın ən dəyərli gənclərinin bir hissəsi ilə görüşəcəm və biz bir-birimizdən nelərsə öyrənəcəyik. Sabah ki, görüşün (master-klassın) adını Marketinq kinoya bənzər qoydum. Bunun həm rasional, həmdə emosional səbəbləri var. Dostlar həqiqətəndə marketinq demək olar kinodur. Səbəbi?!

  1. Kinoların sujet xətti bizim gündəlik həyatımızı ifadə edir. Əslində marketinqin ana xəttidə budur. Uğurlu marketinq bizim gündəlik həyatımızda baş verən hadisələrin dəqiq öyrənilməsi əsasında mümkündür. Gündəlik hadisələrin öyrənilməsi, bu hadisələrin istehlakçı davranışlarına təsiri əsasında biznesi daha gəlirli etmək… bunlar əsl marketinqdir. Marketinq – kinoya bənzər…
  2. Cəmiyyətdə baş verən bütün yeniliklər, kinoların sujetlərini ifadə edir. Son vaxtlar kinolarda action tərzinin çox olmasının səbəbidə budur. Mən çox zaman yeni çıxan kinolara baxaraq, gələcək reklam konsepsiyaları üçün fikirlər axtarıram… hərdən alınır!)). Sibirdə günəş axtarmaq lazım deyil. Yeni ideyalar kinolarda tapılır. Həmçinin kinoları reklam elementi kimi istifadə etmək… bu tamam başqa söhbətdir.
  3. İstənilən kinonun başlanğıc və son nöqtəsi olur. Marketinqdə belədir. Uğurlu marketinq layihə fəaliyyətidir. Hədəf, başlanğıc və son nöqtə görülməlidir. Çox zaman belə suallar eşidirəm: “Sizcə imic kampaniyası yaxşıdır, yoxsa satışın stimullaşdırılması?!”. Burada cavab sadədir: “Sizin hədəfiniz nədirsə, o doğrudur”.

Mən sabah ki, təlimdə bu məsələləri konkret olaraq Azərbaycan kinolarının timsalında göstərməyə çalışacam.

Sabah görüşərik!!!

4-cü seminar mövzumuz

3-cü SEMİNAR MÖVZUMUZ

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close