image_pdfimage_print

Mənim üçün ən dəyərli və şərəfli peşəralərin başında müəllimlər durur. Mən həqiqi müəllimlərin qarşısında baş əyirəm (lakin bu müəllim sindromunun qorxulu olmadığı demək deyil). Alimlər dərəcəsini almağımdada əsas məqsədim – nə vaxtsa (sağlıq olsa 10-12 ildən sonra) hansısa Ali məktəbdə müəllim olmaqdır. Bunun üçün mən çoxlu biznes təcrübəsi əldə etməliyəm.

Müəllimlərimiz olmasa heç bir peşə olmaz, faktinı bir daha Sizin yadınıza saldıqdan sonra demək istəyirəm ki, müəllimlərin dəyərini biz tam başa düşə bilmirik. Bügün təəsüf ki, Azərbaycanda müəllimlərə verilən dəyər üst səviyyədə deyil. İstər sosial vəziyyətinə, istərsədə cəmiyyətdə yerinə görə müəllimlər daha üst təbəqəyə layiqdir. Realda müəllimlərin sosial iqtisadi statusları aşağıdır.

Bilirsiz dostlar, bügün Azərbaycanda həqiqi biznes təhsili vermək üçün alimlərimizin (müəllimlərimizin) sayı “yumşaq desək” azdır. Bunun çox sadə səbəbləri var.

  • Bügün ki, müəllimlərin biznes təcrübələri yoxdur. Ali məktəblərdə dərs deyənlərin böyük əksəriyyəti sovet dövründə təhsil almış və muasir biznes elementlərini heç vaxt tətbiq etməyənlərdir.  Bu çox pisdir. Biznesdə nəzəriyyə, digərlərinin təcrübəsidir və nəzəri biliklərə sahib olmağın yolu sırf praktikadır. Bizim müəllimlərdə isə praktika yoxdur.
  • Biznes daim yenilikləri sevir. Əgər riyaziyyət müəllimi bir il öz üzərində işləməsə zəifləyəcəksə, biznes müəllimin bir il ədəbiyyat oxumaması “ölümə” bərabərdir. Bugün bizim ali məktəb müəllimləri yenilikləri izləyə bilirmi?! Məncə yox. Birincisi müəllimlərin bunu etməyə maddi imkanı yoxdur, ikincisi isə həvəsi (həvəsidə maddiyat yaradır?! Belkədə HƏ).
  • Azərbaycan biznesi ilə ali məktəblər arasında uçurum var. Bunu mən ali məktəb tələbələri, maqistrlər, müəllimlərlə görüşdükdə aydın şəkildə hiss edirəm. Hansısa kitabda olan SWOT təhlillə, praktikada olan təhlil arasında böyük fərqlər var. Əgər Avropada şirkətlər problemin həlli üçün Ali məktəbə müraciyyət edirsə… bügün bizdə məsələ demək olar ki, tərsinədir!

Bəs Siz sual verə bilərsiniz, bizim gənclər ali məktəbdə niyə işləmir?! Bunun səbəbi isə elə yuxarıda yazdıqlarımdır. Ali məktəbdə olan maaş, iş mühiti, ali məktəblərin yeniliyə açıqlıq dərəcəsi gənclərin bu istiqamətə yönəlməsinə mane olur. Bura bizim gənclər üçün maraqsızdır!!!

Bügün müəllim olmaq üçün fədakarlıq lazımdır. Başqa sözlə desək Ali məktəbdə dərs demək, maddi-cəhərdən zəif olacağını qəbul etməkdir. Biz hələlik bu fədakarlığı Marketinq AİR-ə etməyə çalışırıq. Niyə məhz Marketinq AİR?!

Mən düşünürəm ki, biliyi yalnız öyrənmək istəyənlərə vermək lazımdır. Bunun ən yaxşı yolu isə cüzi qiymətə ödənişli kursların təşkil edilməsidir. Məhz buna görə biz Marketinq AİR təlimlərini simvolik olan bir ödənişlə edirik. Bu bizim bir növ filtrimiz funksiyasını daşıyır.

Mən səmimi olaraq arzulayıram ki, bizim cəmiyyətdə müəllimlərə olan təminat dahada yaxşılaşacaq və Azərbaycanda biznes təhsilinin səviyyəsi daha yaxşı olacaq.

Gələcək – özü gəlməyəcək!

Brendinqsiz Brendlər

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close