Monthly Archives Fevral 2013

Çox zaman bloqumuzun oxucuları, dostlarımız mənə öz biznes ideyaları barədə məlumat verirlər. Həqiqətəndə maraqlı və innovativ biznes mövzular olur. Buna baxmayaraq yeni biznes açmaq istəyən dostlarımız ilk işi böyük layihələrdən başlamaq istəyir. Problem onda deyil ki, böyük iş başlamaq çətindir, problem ondadır ki yeni biznes üçün mütləq xırda şeylərdən başlamaq lazımdır. Azərbaycan şəraitində uğurlu biznesmen kimi yetişməyin yolu xırda biznesi öyrənməkdən başlayır. Uğurlu biznesmen olmağın formulu belədir: “Xırda biznesdən başlamaq, addım-addım böyümək”. Bu prinsip bütün zamanlarda mövcud olan biznesmenlərin inkişaf tarixində görünür.

Mən gördüyüm bütün işlərdən ilk öncə həzz alıram, belə olmayanda sadəcə bu işə xərclənən vaxta heyfim gəlir. Bilirsiz dostlar insan ömrü çooox qısadır və ömürdə sevmədiyim işləri görməyə vaxt yoxdur! Düşünə bilərsiz ki, bu dediklərimin Marketinq TV ilə əlaqəsi nədir?! Əlaqəsini Sizə izah etməyə çalışacam.

Yadıma gəlir 1998-ci ildə sarayda Gənclərin forumu keçirilirdi. Mən o vaxtlar şahmatçı kimi o forumda iştirak edirdim və hətta çıxışda etdim… (plenar iclasda gənclər və şahmaq haqqında) o günlər indidə yadımdadır. Bilirsiz bugün mən hemin yerlərdən keçəndə hələdə o hisslər, o vaxtki çıxışlara hazırlanma tərzim yadıma düşür. Gənc olmaq, gənclərlə olmaq, gənclərə gənc olmağı göstərmək çox xoşdur.

12
Close