image_pdfimage_print

Dostlar, məni tanıyanlar bilir ki, mən tez-tez xarici səfərlərdə oluram… Sizdən nə gizlədim (bloqun oxucularını mən özümə həmfikir hesab edirəm) bu səfərlərdən çox şey öyrənirəm. Səfərlər mənə sözün əsl mənasında həyat dərsi keçir və bugün du “dərslərdən” biri haqqında Sizinlə səmimi söhbət edəcəm. Hazırsız?!

Cavabınız müsbətdir. Elə olmasaydı, məncə bu sətirləri oxumadan bloqdan çıxardınız… başlayaq?!

Çox zaman belə sözlər eşidirəm, “həyat çox qəlizdir”. Mən bu fikirlə qətiyyən razı deyiləm. Əslində həyat çox sadədir, sadəcə biz bunu qəlizləşdiririk. Sadəcə HƏ demək yerinə çətinləşdirməklə məşğul oluruq. Biz özümüz adi sualları – keysə çeviririk, biz özümüz çöldə baş verənləri – xarici mühit adlandırırıq, biz özümüz etmək istədiklərimizi – strateji idarəetmə adlandırırıq və s.

Dostlar bu qəlizlikdən bezmədiniz?! Əslində əvvəllər məndə məsələni qəlizləşdirmək üzrə “çempion” edim.

Məsələn, təxminən 4-5 il bundan əvvəl yazdığım yazılara baxanda dəhşətə gəlirəm. Bu qədər çətin yazmağa məni nə (kim) vadar edirdir?! Sadə dildə məgər izah etmək olmazdımı… (bizim bloq buna görə oxunaqlıdır) bu keçmiş yazılarıma baxdıqca utanıram – buna görədə ssilka qoymuram Sizin üçün. Dəhşətli məsələ burasındadır ki, bugun hələdə belə qəliz üslubda yazılan bloqlar var. Mən bilmirəm bu bloqları kim oxuyur, lakin bir şeyi bilirəm ki, dünya praktiklik, rahat yazı üslübuna doğru gedir və əgər tezliklə belə bloqçular sadə yazıya keçməsələr… bloqlarına özlərindən başqa girən olmayacaq!

Məsələn əvvəllər mən satışları artırmaq üçün “ciddi” araşdırmalar, heç kimin oxumadığı hesabatların vacib olduğuna inanırdım… kanibalizasiya, klasterli təhlil, strateji hədəflər matrirsası… nə bilim nə? Bu təhlillər məsələnin kökünü başa düşməkdən başqa “hər şeyə” kömək edir. İndisə isə bilirəm istənilən biznes problemin həllini qızıl üçbucaq dediyimiz tərəflərdə axtarmaq lazımdır. Bilirsiz dostlar, problemin araşdırması üçün əlbətdə təhlil, araşdırma olmalıdır, amma araşdırma edib, araşdırma mövzuları tapmaq lazım deyil))

Məsələn vaxt var edi reklam çəkilişlərində şuuraltə mesajlara fikir verməyin vacib olduğunu düşünürdüm… filan şeydən sonra filan şey gəlsə… müştəri filan şeyləri assosasiya edə bilər. Yalandır. Reklamın uğuru verilən mesajın başa düşülməsi ilə düz mütanasibdir. Uğurlu kommunikasiyanın düstürü isə:

Aydın mesaj + Düzgün məcra + Həqiqə vəd = EFFEKTİV REKLAM

Bir sözlə gəlizlik biznesi (bizi) məhv edir.

VACİB QEYD: Yuxarıda yazdıqlarımı real təcrübədə etmək üçün mütləq qəliz kitabları öyrənməliyik. Nəyinsə sadə başa düşülməsi üçün mövzuya tam hakim olmaq şərtdir.

Danışıq – AZ & Hərəkət – ÇOX

Qəliz danışanlar kütləsi…

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close