image_pdfimage_print

Mən hər dəfə xarici ölkələrdə olduğum zaman bir məsələyə diqqət edirdim: hansısa Azərbaycan vətəndaşı özünü Avropa ölkələrində son dərəcə mədəni, Azərbaycanımıza gəldikdə isə tam əks formada aparır. Axı necə ola bilər ki, bir nəfər özünü corafi yerlərə, şəraitlərə görə fərqli formalarda aparır?! Bu yaxınlarda dostlarımdan biri (xarici dostlarımdan) mənə “qırıq şüşələr” haqqında danışdım və mən yuxarıda dediklərimin motivlərini başa düşdüm.

Bizim Azərbaycanlıların özlərinə xas olan bir neçə xüsusiyyətləri var.

Məsələn biz hava limanında özümüzə xas olan hərəkətlərimiz var ki, bu hərəkətləri bizdən başqa demək olar ki, heç bir millət etmir (bəlkədə edə bilmir):

  • Biz təyyarə Bakıya endiyi andan, mütləq ayağa qalxırıq və yuxarıdan hansısa bir sumkanı açmağa çalışırıq. Bununla belə təyyarə xarici ölkəyə gedirsə biz daha fərqli, daha intizamlı oluruq;
  • Biz hava limanında öz vətəndaşlarımıza qarşı maksimum kobud, turistlərə qarşı maksimum nəzakətli oluruq (biz belə turizm inkişaf etdirmək istəyirik?);
  • Biz yalnız Bakı hava limanına endikdə bütün qeydiyyat yerlərində mütləq sərhədçilərin olmasını tələb edirik, bizə elə gəlir ki, hava limanında hamı bizə xidmət etməlidir. Lakin digər hava limanlarında kı 30-35 dəqiqə gözləməyi adi qarşılayırıq;
  • Biz Bakı hava limanında çölə çıxdıqda sərhədçilərin “xahiş edirik sumkanı yoxlamadan keçirin” sözünü az qala insan haqlarının pozulması kimi qəbul edirik… başqa ölkədə belə hal olduqda isə “quzu” kimi oluruq;
  • Biz Bakı hava limanında yüklərin gözlənilməsi prosesini az qala faciyə kimi qəbul edirik, hərdən bizə elə gəlir ki, güya heç bir ölkədə bu qədər gözləmirlər… əslində təbii ki, bu belə deyil;

Məsələ bir hava limanında olsaydı… dərt yarı edi. Eyni şey özünü həmçinin gündəlik həyatımızda rast gəlinir.

  • Biz svetoforun qırmızı işığında piyada ola yolu keçirik… və keçə-keçə sürücələrə nifrət edirik, maşını niyə möhkən sürürlər, xarici ölkədə isə mütləq svetofordan istifadə edirik;
  • Biz küçədə istənilən yerə zibil tullaya bildiyimiz halda, “adi” Moskvada belə zibil tullamaq yeri axtarırıq;
  • Biz qətiyyən “oxumaq” sözünu qəbul etmirik ilə, paralel olaraq giləynənirik ki, “Bakıda niyə yaxşı kitab mağazası yoxdur?!”.

Bir sözlə biz xarici ölkələrdə son dərəcə intellektual olduğumuz halda Azərbaycanda “yumşaq” desək özümüzü pis aparırıq.

Bütün bunların səbəbi “qırıq şüşə” nəzəriyyəsi ilə izah edilir. Bu tezisə görə insanların özlərini aparmasına yaşadıqları cəmiyyətdə, xarici mühitdə baş verən proseslər təsir edir. Konkret desək tezisə görə, əgər Sizin məhəllənizdə qırıq şüşələrin sayı çoxdursa, məhəlləniz səliqəsizdirsə, burada oğurluqların sayı çoxalacaq. Eləcədə bütün digər sahələrdə.

  • O yerdə ki, insanlar ədələtsizlik görür… insanlar ədələtsiz olur;
  • O yerdə ki, insanlar özlərini qarşı neqativ münasibət görür… dahada neqativ hərəkətlər edirlər;

Bizim Bakı hava limanında bügün xidmət digər Avropa hava limanları ilə müqayisədə geri qalmayan səviyyədə təşkil edilsə belə, ümumi aura… insanların daha aqressiv olmaları şəraitini yaradır. Bügün bizdə “qırıq şüşələrin” sayı çoxdur… əlbətdə bu ümumi bizim intellektimizə, davranışımıza mənfi təsir  göstərir. Mən çox inanmaq istəyirəm ki, bizdə həyat tezliklə Avropa səviyyəsinə yaxınlaşsın. Belə olduqda biz özümüzü yalnız xaricdə deyil, həmdə Bakıdada yaxşı aparacağıq.

Ədalətli marketinq

Sevilən reklamlar

şərhlər

şərhlər

3 Comments

  1. Bu nəzəriyyəyə görə təşəkkürlər… əla…nə qədər öyrəndik… Tam razıyam ama, mən də küçədə zibili yerə atmağı sevmirəm, və seniçka qıranları görəndə istiqamətimi dəyişirəm ki, əsəbləşməyim… Ama mənə kömək lazımdır. Çünki zibili yerə atmama prinsipi evdəki zibil qutusuna heç də xeyir etmir…Çünki…tərsinə prinsipi işə düşür… Zibil evdən çölə deyil,çöldən evə gəlir…

    • Cemiyyet butovlukde temizliyi, safliga dogru inkishaf etmelidir Resad. Bunun ucun ise elbetde cemiyyetin elementleri olan biz bunu etmeliyik. En azindan etrafdakilarimiza temiz, seligeli ishlerin dogru oldugunu gostermeliyik.

  2. Men xüsusen zibilleme meselesine münasibet bildirmek isterdim.Sebebi çox besitdir. Bu ona goredir ki,bizler Azerbaycanda zibili yere atanda utanmırıq ona gore ki birden kimse bu hereketimize gore bizi tenqid eder,MEDENİYYETSİZ deyer. Ya da bir polis geler ve sizi bu hereketinize gore cerimeleyer. Bunlardan en vacib olanı ise elbetde ki UTANMAQDIR! Zibili yere atan adam ona etrafdakıların baxmasından narahat olmur, çekinmir ki, birden ona kimse MEDENİYYETSİZ! deyer. Çünki o bilirki etrafdan keçenlerin de çoxu onun kimi sağa-sola tüpüren adamlardı. :) (belkede biz yere zibil atmasaq,adamlar da bundan diksinib tüpürmezdiler)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close