image_pdfimage_print

Bügün Lvovdan – Kievə gedirdim. Yolda yanacaq doldurmaq üçün Socar-ın Ukraynadakı benzin doldurma məntəqəsində dostlarla saxladıq… və həqiqətəndə görülən işlərin nə dərəcədə yüksək səviyyədə təşkil edilməsinə çox sevindik. Bügün Socar Ukraynada güclü brenddir. Mən Socar haqqında çoxtandır yazı yazmaq istəyirdim… demək ki, qismət bügünə emiş.

Düşünün ki, bir Azərbaycan brendi var və brend dünyanın müxtəlif ölkələrində bizim bayrağın gücünü gündən-günə artırır. Azərbaycanın qlobal brendi olmasına az qalıb.

Socar Ukraynada yerli biznes subyektlərinə əsl xidmət dərsi keçir. Bizim brendin yanacaq doldurma məntəqəsinə girdikdən sonra başa düşürsən ki, xidmət biznesin ürəyidir. Məsələn Socar Ukraynada bir neçə ilklər həyata keçirmişdir:

  • yanacaq doldurma məntəqəsində ilk dəfə olaraq “BUTA” adında açdığı mini-restoranlarla, müştərilər üçün maksimum rahatlıq təmin edir. Kafedə əsl Azərbaycan mətbəxi ilə yanaşı, ukrayn istehsalçılarına uyğun yeməklər təklif edilir. Müştəriyə daha yaxındır;
  • yanacaq doldurma məntəqəsinin içində çox geniş və bütün şəraitləri olan mağazanın olması. Bazarda bunu demək olar ki, yalnız Socar edir;
  • gülərüz personal!!! Bunu Socar necə edib?! Mən başa düşmürən, amma ukrayn personalı belə xidmətə motivə edə bildiyini görə SOCARımızı yalnız alqışlaya bilərik.

Socar Gürcustanda bügün 80-an çox yanacaq doldurma məntəqəsi ilə yalnız satışlara görə deyil, həmçinin yüksək səviyyədə təşkil edilən xidmətə görədə liderdir. Eyni zamanda yerli brendin dunyanın bir çox ölkələrində nümayəndəliklərinin açılması şəxsən məni bir  Azərbaycanlı kimi çox sevindirir.

Dostlar mən bilirəm ki, bu tip faktları görməyən və ya görmək istəməyən adamlar var. Mən ölkəmizin inkişafını üçün ən vacib şərtlərdən biri kimi biznes düşüncənin fəallaşmasının əhəmiyyətinin böyük olduğundan əminəm və bu istiqamətdə olan yeniliyə sevinirəm. Mən bəzi neqativ suallara cavab verərək Socar brendinin inkişafı üçün vacib olan məsələlər barədə fikirlərimi Sizlərlə bölüşəcəm. Düşünülə bilərlər ki…

  1. “Eşi neftin puludur, bu yazdıqlarını etməyə nə var?!”. Bilirsiz dostlar bügün Socar beynalxaql bazarda gördüyü işlərin altında Azərbaycanlı işçilərin dərin intelektual bazası dayanır. İcra səviyyəsinin yüksək olmasını heç bir pulla əldə etmək mümkün deyil. Məhz Socar tərəfindən işlərin düzgün təşkil edilməsinin hesabına bügün Ukraynanın əsas maqistral yollarında Azərbaycan bayrağını görürük. Ən əsası isə… yuxarıda qeyd etdiyim ki, ukraynada yüksək xidmət etalonu olmaq Azərbaycan brendi üçün superdir!
  2. “Bunun bizə (Azərbaycana) nə xeyri var?!”. Dostlar bizim xaricdə bir millət, bir xalq, bir ölkə olaraq tanınmamız və qəbul edilməmiz üçün Socar kimi brendlərinin sayı çox olmalıdır. Məhz belə brendlərinin hesabına biz ölkəmizi daha üst səviyyədə mövqeyləndirə bilərik. Bazarda “alver” etməklə güclü söz sahibi olan xalq olmaq yumşaq desək çətindir. Socarın xaricdə biznes düşüncə ilə fəaliyyəti bizim daha ciddi inkişafımız üçün vacibdir.
  3. “Neftin pulunu belə şeylərə verincə… “filan şeyləri” edərdilər”. Bu müzakirə sonsuzdur. Lakin mənim əmin olduğum bir şey var. Kiməsə yaxşılıq etmək istəyirsənsə onu icraya motivə et. Yəni ona balıq verməkdənsə, balıq tutmağı öyrətmək lazımdır. Bügün Azərbaycanda qoyulacaq ən karlı investitsiya məhz düşüncəyə, təhsilə qoyulanlardır. Bununla paralel ölkə brendi formalaşmalıdır. Socar kimi brendlər bizə milli brend qurmaq üçün lazımdır.

SOCAR pərakəndəçi brend kimi inkişafı üçün hansı məsələlər vacibdir?!

Birincisi düşünürəm ki, brend mütləq vahid standartlar prinsipinə keçməlidir. Yəni əgər Gürcustanda hansısa bir pərakəndə satış formatı varsa, bu format mütləq Ukraynada, Azərbaycandada olmalıdır. Bügün SOCAR hər ölkəyə uyğun bir xidmət strateqiyasını tətbiq edir. Məsələn BUTA kafesi rahatlıq bir subbrendə çevirmək olar. Kafedə satılan yeməklər standartlaşmalı, dizaynlar vahid olmalıdır. Bir sözlə hamınızın bildiyi qlobal brendinq elementlərindən istifadə mütləqdir. Qlokal brend olmaq üçün ilk olaraq, qlobal olmalısan!

İkincisi Azərbaycançılıq çalarlarını xarici bazarlarda genişləndirmək güclü rəqabət üstünlüyü və bənzərsiz brend identifikasiya yarada bilər. Milli ornamentlərin yanacaq doldurma məntəqələrində istifədəsi məsələn unikal brendinq formatının əsası ola bilər. Bu Sizə riskli görünsədə məncə uğur qazanmaq ehtimalı böyükdür. Azərbaycan adı ilə mebel satmaq çətin olsada, benzin və xidmət satmaq daha asand ola bilər.

Üçüncusu hesab edirəm vizuallıqda problemlər var. SOCAR fərqli loqo ilə öz brendinin gücünü dahada açıq göstərə bilər. Həmçinin son illərdə şirkətdə gedən proseslər restaylinq vaxtının çatdığından xəbər verir… məncə dəyişmə dəyər.

Dostlar mən səmimi olaraq inanıram ki, SOCAR həqiqi qlobal brend olacaq!

 Milli brendlərimiz haqqında…

EMBAWOOD UĞUR 3 BUCAĞI

Evrovizion bizə lazımdır!

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close