image_pdfimage_print

Beləliklə sosial şəbəkələrdə marketoloqların yığışdığı ən “xüsusi” məkan olan Marketinq Azərbaycan qrupunun üzvləri mart ayının 24 saat 15:00 Azure Ticarət mərkəzinin Şəki restoranında toplanacaq. Bu toplantıya özəl olaraq bizim xüsusi bir suprizimiz var. Bu nədir?!

Biz düşünürük ki, Azərbaycanda marketinqin inkişafı üçün yalnız AİR-in paylaşma məntiqi azdır. Bu paylaşmanı sektorda olan hər bir kəs etməlidir. Paylaşmanın ən yaxşı yolu isə təbii ki, fikirlərini açıq formada ifadə etməkdir. Bunun üçün biz mart ayının 24-ü Azərbaycanda biznes bloq günü elan etmək istəyirik.

Xatırlatmaq istəyirəm ki, biz görüşü FMR TV vasitəsi ilə canlı yayınlayacağıq. Bununla biz daha çox marketoloq dostumuzu bir arada hiss etmək istəyirik. Bilirsiniz, bəzi marketoloqlar bu görüşlərə gəlməyi çox istəyirlər. Lakin onlara elə gəlir ki, gəlsələr “üzüklərinin qaşı düşər!!!”. Eybi yox heç olmasa bu dostlarımız FMR-ən bizə baxsınlar. Neysə… bu uzun mövzudur!!! Arzu edirəm bu “dostlarımız” danışmaqdan çox işləməyi tərcih etsinlər.

Biznes bloq gününə özəl olaraq biz görüşdə xüsusi müsabiqəyə start verəcəyik. Bloqerlər müsabiqəsi! Start verdikdən 2 həftə ərzində təyin edilmiş mövzuda bloq yazmış bütün iştirakçıların bloqları münsiflər heyyəti tərəfindən oxunacaq və ən yaxşı olan bloqa qiymətli hədiyyə veriləcəkdir. Biz istəyirik ki, azərbaycan dilində keyfiyyətli kontenti olan resurslarımızın sayı çox olsun.

Həmçinin bütün bloqlar Facemark saytında dərc olanacaqdır. Müsabiqə bloqerlər arasında təşviq ediləcək.

Dostlar müsabiqəni keçirməkdə bizim əsas məqsədimiz yalnız bloqerlər arasında həvəsləndirmə etmək deyil. Həmçinin biz istəyirik ki, bu vasitə ilə gənc nəsil biznesin incəliklərini daha dərindən öyrənsin. Bu Marketinq AİR gənclər üçün etdiyi bir kampaniyadır. Biz düşünürük ki, bu effektiv olacaq.

Bloq müsabiqəsinin bütün şərtlərini və mükafatı mən 24 martda elan edəcəm. Elə həmin günü biz respublika biznes bloqerlər günü elan edəcəyik. Müsabiqədə yalnız biznes sahəsində olan bloqlar iştirak edəcək. Sizə səmimi deyim… AİR məzunlarının bloqları bügün mənim favorit listəmdədir. Çünki son vaxtlar hər biri çox sistemli və yaxşı yazır. Dostlar, bu əladır!!!

Buna baxmayaraq biz çox istəyirik ki, müsabiqədə çoxlu bloqerlər iştirak etsin. Məqsədimiz bilirsiz nədir…

Bloqqer üçün müsabiqədən başqa hemən gün mənim üçün çox əlamətdar gündür. Bu haqdada mən Sizə məlumat verəcəm.

Bir sözlə hər birinizi 24 martda gözləyirəm!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close