image_pdfimage_print

Bugünlərdə Xəzər TV Aktual xəbər verilişində çəkilişlərdə olduq. Buradan verilişin apacısı və kanalın kollektivinə çox sağ ol deyirəm. Mövzu Azərbaycanda perakəndəçilik barədə edi… Dostlar açıq deyim, öz çıxışımdan qəti xoşum gəlmədi. Mən çox gəliz danışmışam, bilirsiz qəlizklik mənim ən sevmədiyim şeydir. Amma… dediklərim bütün sözlər tam səmimi və doğruluğuna inandığım məsələlər edi.

Verilişdə ümumi olaraq Azərbaycan pərakəndəçilik haqqında söhbətlər edirdik. Hesab edirəm tezliklə, ölkəmizdə gipermarketlər açılacaqdır və bir növ bizim perakəndəçilik sektoru yeni inkişaf mərhələsi yaşayacaq.

Tezliklə Azərbaycanda gipermarketlərin yaranması ilə paralel, Bizim Market, Neptun, Favotit kimi pərakəndəçilər öz xırda formatlarını düşünə bilərlər. Bunun ən yaxşı yolu françayzinq verməkdir.

Buna baxmayaraq bütün dünyada olduğu kimi, məhəllə mağazaları öz müştəri seqmentinə xitab etsələr bazar paylarını artıra bilərlər. Xırda mağaza ilə, böyük gipermarketi heç cürə müqayisə etmək olmaz, heç doğruda deyil.

Bu istiqamətdə tezliklə daha etraflı yazılar yazacam. Hələlik isə kommentlərinizi gözləyirəm!

ƏLAVƏ MƏLUMAT:

şərhlər

şərhlər

2 Comments

  1. Ilkin bəy, çıxışınız məncə heç də pis alınmıyıb. :) Mence de heç bir zaman Böyük Süpermarketlər balaca dükanları tamamilə sıxışdırıb aradan çıxara bilməyəcəkdir. Qaldı ki onların roluna: Balaca dükanlar çox insanların işini asanlaşdırır. Çünki hər bir bolgədə balaca dükanlar kifayət qədər çoxdur. Əlbətdə ki, bir çox alıcı özünə yaxın hansısa ara məhəllədəki dükanı 1 km aralıda yerləşən Marketdən hər zaman üstün tutur. Həmin balaca dükünların uğuru isə sizin də vurğuladığınız kimi satıcıların insanlarla olan münasibətindən çox asılıdır. Özümdən bir nümünə çəkim icazənizlə. Məsələn mənim qaldığım mənzilə yaxın 5 dükan var. Mən onların hər birindən ilk vaxtlar alışveriş etmişəm, birisinin qaşqabaqlı tərzi,birisinin pintiliyi,birisinin mədəniyyətsizliyi,birisinin…. əl qərəz mən daha yalnız bir dükandan(özüdə mənə ən uzaq olanından  ) nəsə alıram.
    O ki qaldı, balaca dükanların Süpermarketlərlə rəqabətinə… əlbətdə bundan söhbət etmək belə lazım deyil. Və mənim fikrimcə onsuzda balaca obyekt sahiblərinini fəaliyyələrinin məntiqi nəticəsi olaraq həmin dükanlardan bir çoxu Marketlərə( Hətda belə Süpermarketlərə) çevrilməlidir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close