image_pdfimage_print

Demeli belə, mən bu yazıda Marketinqi Azərbaycanda inkişaf etdirmək üçün düşündüklərimiz barədə Sizinlə səmimi söhbət edəcəm.

Əvvəlcə şad xəbərlərdən başlayaq. Biz bir neçə ciddi addımlar atmışıq və hesab edirik bu uğurlar barədə Sizinlə bölüşməliyik. Mütləq yaxşı şeyləri qeyd etmək lazımdır, düzdür?!

Şad xəbər №1. Biz Novruz Bayramında 110 nəfərdən çox marketinqi sevən dostlarımızla Azure Ticarət mərkəzində görüş keçirdik. Dostlar görüş super oldu!!! Düşünün ki, 60-an çox şirkət əməkdaşı bir arada görüşüb qeyri-formal atmosferdə Novruz Bayramını qeyd etdi. Novruz Bayramında mən iştirakçılarını simasını baxdıqda başa düşürdüm ki, Marketinqin Azərbaycanda gələcəyi burada olan gənclər tərəfindən qurulacaq. Dostlar bu əladır!

Şad xəbər №2. Biz Marketinq AİR təlimlərini tam templə davam edirik. Bu yazını yazmamışdan əvvəl hesabladım bu gün artıq 140 nəfərə qədər mütəxəssis AİR təlimlərində iştirak edib. Marketinq AİR 1 məzunlarına baxanda hərdən mənə elə gəlirdi ki, biz bu gəncləri özümüz seçmişik. Bütün iştirakçılar pozitiv auraya malik edilər, bütün iştirakçılar marketinqi sevirdilər, bütün iştirakçılar insan olaraq çox semimi edilir və s. Sizə açığını deyim, Marketinq AİR2 məzunları eyniliklə yuxarıda yazdığım xüsusiyyətlərə malikdirlər. Bundan yaxşı nə ola bilər?!

Marketinq AİR məzunları bir-birlərinə qarşı çox mehriban olmaları ilə yanaşı, həmdə öz inkişafları üçün ciddi işləyən gənclərdən ibarətdir. Belə istedadlı gənclərlə təlimdə olmaq şəxsə mənə çox şey öyrədir. Biz həqiqətəndə paylaşırıq!

Şad xəbər №3. Azərbaycandakı marketoloqların kanalı olan FMR TV tam gücü ilə inkişaf edir. Biz həftədə bir veriliş daxil edirik. Bu böyük maliyyə tələb edir… amma biz inanırıq ki, marketinq üçün bu vacibdir. Marketinqdən qazandığımız pulları marketinqə qoymaqdan yaxşı nə ola bilər?!

Bu yaxında xarici ezamiyyətlərimin birinci bir azərbaycanlı biznesmenin FMR TV haqqında danışması məni çox sevindirdi. Demək biz Azərbaycan dilində keyfiyyətli kontent yarada bilirik. Dostlar çox sağ olun ki, FMR TV-ə baxırsınız!

Şad xəbər №4. Bloq AİR başlayır. Biz Azərbaycanda paylaşmaq məntiqini inkişaf etdirmək üçün yalnız öz yazdıqlarımızla deyil, həmçinin keyfiyyətli yazıları təşviq edirik. Bunun üçün biznes bloq müsabiqəsi elan edilmişdir. Aprel ayına qədər bir nəfər qalibimiz olacaq. Azərbaycan dilində maraqlı biznes kontentlər çoxalır.

Buna baxmayaraq mənə çox pis təsir edən bəzi məsələlər və ya səhv yolda olan bəzi dost olmaq istədiyimiz marketoloqlar var. Bu məni çox yorur, lakin belə adamlar məndə daha ciddi işləməyin vacib olduğunu göstərir. Bizim bəzi Marketoloqlarımız özlərini çox yuxarıdan aparır. Bilirsinizdə hər şey incəlikdən, insan isə qalınlıqdan qırılır. Mən çox pis oluram bu marketoloqlar gözlərimizin qarşısında qırılır. Biz onlara kömək edə bilmirik. Səbəb?!

Səbədlər çoxdur. Məsələn bu adamlar özlərini “böyük” hiss edir, məsələn onlar paxıllıq edirlər, məsələn bu adamlar maddiyata çox önəm verirlər. Maddiyat demişkən… insanları pul həm xilas, həmdə məhv edə bilər. Bizim danışdığımız marketoloqları pul məhv edir.

Digər problem ondadır ki, bu marketoloqlar ürəklərində bizə qoşulmaq istəsələrdə dildə bunu qəbul etməkdən utanırlar. Psixoloji problemləri var. Bu problemlər onların karyeralarınada təbii olaraq mənfi təsir göstərir. Bəziləri o şirkət sənin, bu şirkət mənim məntiqi ilə gündə bir iş dəyişir. Digərləri heç bir yerdə iş tapmadıqlarına görə yalandan özlərini “konsultant” adlandırır və s. Nəticə?! Nəticədə zərbə yenədə bizə dəyir. Çünki biz Azərbaycanda güclü marketoloqların çoxalmasını istəyirik, çünki biz milli brendlərimizin çox olmasını istəyirik. Bunlar isə öz əməlləri bizim templəri aşağı salır.

Buna baxmayaraq biz inanırıq ki, tezliklə Azərbaycanda güclü gənc marketoloqlar yaranacaq, tezliklə Marketinq AİR məzunları çoxalacaq və tezliklə ürəklərində kin olmayan marketoloqlar çox olacaq.

Biz isə bu arada ayağımızı qaza qoyuruq… yeni hədəflərə hazırsız?!

YAXŞI XƏBƏRLƏRƏ DAVAM:

şərhlər

şərhlər

3 Comments

  1. İlkindən növbəti hədəfi 10-dan vuran yazı. Eşq olsun deyirəm, başqa the bir şey demirəm.

  2. İlkin bey, men bir daha sizin oz senetinize olan bağlılığınıza heyranam. Doğrudan da sizin fealiyyetinizin meqsedyonluluyu teqdirelayiqdir.
    Bir daha uğur olsun!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close