image_pdfimage_print

Dostlar Sizlərə söz verdiyimiz kimi, 24 martda Azərbaycan biznes bloqerlər günü elan ediləcək. Bu günə özəl olaraq biz BloqAİR müsabiqəsinə start veririk. Bu yazıda mən müsabiqə şərtləri barədə Sizə məlumat vermək istəyirəm.

Müsabiqənin adı. BloqAİR. Müsabiqə deyilən formada adlandırılması təsadüfi deyil. Biz bu müsabiqəni ənənəvi etmək istəyirik. Buna görədə bu bir AİR məhsulu olaraq BloqAİR adını verdik.

Müsabiqənin konsepsiyası. Müsabiqə Azərbaycan biznes düşüncələrini inkişaf etdirmək və ana dilimizdə daha keyfiyyətli biznes kontentin artırılmasına xidmət edir. Yazılan bütün bloqlar düşüncə, biliklərin paylaşılma konsepsiyası ilə aparılır.

Müsabiqənin şərtləri: Müsabiqədə iştirak etmək üçün fərdi bloqu olan bloqer, 10 aprelə qədər yazı dərc etməlidir. Yazının həcmi minimum 500, maksimum 700 sözdən ibarət olmalıdır. Yazının sonunda mütləq bu yazının hansı müsabiqə üçün yazıldığı göstərilməli və bu yazıya web-yönləndirmə olmalıdır. Bütün yazılar aprel ayının 10-an sonra Facemark saytında hazırlanacaq xüsusi müsabiqə bölməsində yerləşdiriləcək. Ən çox səs yığan yazı qalib olacaq. Müabiqənin son tarixi 24 aprel 2013-cü ildir.

Mövzu nə olacaq? Müsabiqədə iştirak etmək üçün yazı “Niyə marketinq?!” istiqamətində olmalıdır. Bu ümumi bir mövzudur və hər bir bloqer bu sözü özü başa düşdüyü tərzdə ifadə edə bilər. Məsələn “Niyə marketinq karyerası qururam, və ya niyə marketinq lazımdır… və ya niyə marketinqi sevmirəmmm və s. və ilaxir”

Qalibi nə gözləyir? BloqAİR müsabiqəsinin qalibi ilin biznes bloq yazısı elan edilir. Qalib bloq yazı müsabiqədə olan bütün bloqlarda yayınlanır. Həmçinin facemark saytı bloqerin iş fəaliyyətini işıqlandırmaq üçün xüsusi məqalələr hazırlayacaq. Xüsusi fəxri fərmanlarla yanaşı ilin bloq yazıçısına, özəl hazırlanmış kubok veriləcək. Bu kubok bir il ərzində ilin bloqerində qalacaq və əgər növbəti ildə sözü gedən müsabiqədə bloqer ikindi dəfə qalib olmasa, kubok, ikinci ilin qalibini veriləcək (Kubok məntiqi ilə). Eyni zamanda ilin bloqerini digər hədiyyələrdə gözləyir. Məncə əsas hədiyyə ilin bloqeri adı almaqdır.

Bütün bu məsələlər 24 martda ətraflı şəkildə iştirakçılara izah ediləcək. Hər bir bloqerə uğurlar arzulayıram!!!

OXŞAR YAZILAR:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close