image_pdfimage_print

Muasir dövrdə brendinq gündən-günə inkişaf edir. Bir vaxtlar P&G əfsanəvi işçisinin təklif etdiyi sistemlə meydana gəlmiş brend idarəetmə, artıq özünü yeni bir formada göstərir. Bu yazıda mən brendinq fəaliyyətində iş təcrübəmdə əmin olduğum bir neçə tendensiya barədə danışmaq istəyirəm.

  • Brendinqdə mövqeylənmə ən vacib xüsusiyyətdir və brendin mövqeylənməsi onun kateqoriyasından başlamalıdır. Başqa sözlə desək, əgər Siz hansısa yeni brend yaradırsınızsa ilk olaraq bu brendin konkret nə təklif etdiyini müştəri beynində “otuzdurmalısınız”. Brendin ilk fəaliyyəti kateqoriyadan başlayır. Məsələn, Embawood dediyimiz zaman bizim ağlımıza ilk gələn şey mebel olmalıdır. Bu belə olmasa heç bir mövqeylənmədən söhbət gedə bilməz.
  • Brendinq fəaliyyəti baza brendin yaradılmasından başlayır. Əgər Siz güclü brend qurmaq istəyirsinizsə ilk əvvəl, fundamenti düzgün qoymalısınız. Brendin fundamenti onun adı, malik olduğu kateqoriyası, vizual identifikasiya və verdiyi əsas faydadan ibarətdir. Məsələn, Romantic brendinin fundamenti münasib qiymətli geyim satan mağazalar şəbəkəsidir. Bu olmadan əlavə brend dəyərlərindən danışmaq olmaz.
  • Brendinq ambalaj sistemindən başlayır. Düşünün ki, satış nöqtəsində Mars satılır, lakin ambalaj yoxdur. Sizcə kimsə Mars satar?! Və ya Unibank bütün günü radio reklamı verir, lakin ofislərinin üzərində öz korporativ rəngləri deyil başqa bir rəngdən istifadə edilib. Təbii ki, bu mümkün deyil. Brendinq fəaliyyəti üçün mütləq vizuallıq olmalıdır.
  • Brendinq biznesdə rəqabətdən yayınmağın yeganə yoludur. Bugün sahibkarlıq fəaliyyəti ilə məşğul olan istənilən intelektual adam qəbul edir ki, brendinq etməsə pul qazana bilməyəcək. Muasir dövrdə biznesin rentabelliyini artırmağın yeganə yolu duzgün brendinq işinin təşkilidir. Düzgün sözünün altından boş yerə xətt çəkmədim. Səhv brendinq biznesi məhv edə bilər.
  • Brendinq – qurban vermə qabiliyyətidir. Güclü brend qurmaq üçün mütləq konkret seqment, konkret niş bazar tapmaq lazımdır. Hamıya – hər şey, brendinq sozünün antonimidir. Buna görədə güclü brend qurmaq istəyən şirkət qurban verməyə bacarmalıdır. Necə ki, şahmatdan bəzən piyada (və ya digər fiqurlar) qurban verilir və gələcək gedişlərdə bu əsaslandırılır. Eləcədə brendinq fəaliyyətində bəzən sahibkarlar pulu, gəcələcəkdə daha böyük qazanc naminə qurban verməlidir. (demişdik axı, şahmat biznes məktəbidir…)
  • Brendinq daxili müştəridən başlayır. Heç bir brend daxili müştərisinə öz brendini izah edə bilmədən, xarici müştərisinə yönəli brend qura bilməz. Brendinq fəaliyyətində korporativ münasibətlər və ya digər sözlə desək işçilərinizin şirkətə olan münasibəti çox vacibdir. Satıcı gülüşü – ən effektli satış elementidir. Bunun üçün isə satıcı (şərti satıcı) brendi sevməlidir.
  • Brendinq özünü yeni mediayaya adaptasiya etməlidir. Bügün dünyada gedən proseslər bizə bir daha sübut edir ki, artıq yalnız TV, yalnız küçə reklamı ilə müştəri ilə danışmaq mümkün olmur. Müştəri yalnız sənin dediyini deyil eşitmək deyil, həmdə sənin dediklərini müzakirə etmək istəyir. Bunun üçünsə brendlər yeni mediayadan (New Media) istifadə etməlidir.
  • Brendinq fərdi olmalıdır. Necə ki, yeni mediayalar bizim həyatımızı dəyişin… eləcədə bu özünü müştəri davranışlarında göstərir. Bügün müştəri özünə qarşı fərdi yanaşma tələb edir. Bu olmalıdır ki, brend öz mesajını daha dəqiq verə bildin. Mikroseqmentasiya dövrü başlamışdır. Bu haqda Sizinlə söhbət etmişdik.

Hələlik bu qədər. Tezliklə Sizə brendinq haqqında yeni istiqamət haqqında danışacam.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Ilkin muellim bu yaziniza ilk kommentariyani men yazim. Daxili mushteri anlami bugun Azerbaycan shirketlerinde tam basha dushulmur. Isci ne vaxtdan mushteridir? Bu sual sahubkarlar verirler. Eslinde ise ischi brendi gebul etmelidir. Eger bu bele olmasa hec vaxt brend gurban olmaz. Meselen en boyuk shirketlerinin tarixine baxaq, gorerik ki isciler biznesde onemlidir, vacibdir. Siz Avropada cox olursuz ve bilirsiniz ki, orada brend nece qurulur. Buna gorede Hec kim yerli mal almaq istemir. Neyse uzun sohbetdir.

    • Ayten xanim, elbetde dediklerinizle tam raziyam. Daxili mushteri memnun olmasa… elbetde ki, brend gurmag mumkun deyil. Bu haqda bir nece defe yazmishig. HR brendinq bugun mehsul brendinin formalashmasi ucun lazimdir.

      Yazilarimizi diggetle oxudugunuz ucun, ve bele aktiv komment yazdiginiz ucun cox sag olus!!!

  2. Elbetde müşterilerle olan münasibet onemli amildi,amma mehsulun keyfiyyetli olması daha da onemlidir. Siz riyakar gülüşlerinizle hansısa keyfiyyetsiz mehsullarınızı daim insanlara dürtüşdüre bilmezssiiniz. Keyfiyyet baxımdan müşteri qazanmaq lazımdır mence.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close