image_pdfimage_print

Əslində istənilən menecer həyatında ən azı bir dəfə CV yazmaq ehtiyyacını hiss etmişdir. Əminəm ki, bizim bloqun oxucuları üçündə bu belədir. Bu yazıda mən  uğurlu CV yazmaq üçün hansı addımların vacib olması barədə danışacam.

CV kimə lazımdır?!

Daha əvvəl yazdığım yazılarda bir neçə dəfə demişdim ki, “Güclü marketoloqun CV-si əlində olmalıdır!”. Bu səbəbi çox sadədir. Bizim işimiz risklərlə doludur və bu bizim işdən ən böyük risk risk etməməkdir. Buna görədə CV-iz əlimizdə olmalıdır ki, istənilən vaxt özümüzdən arxayın ola bilək. CV yoxdursa, sən səhv hesab etdiyin şeylərə YOX deyə bilməyəcəksən.

Beləliklə CV yalnız yeni iş axtaran və ya mövcud işini daha yaxşıya dəyişmək istəyən şəxslər üçün deyil həmçinin ciddi menecer təcrübəsi olan adamlar üçündə vacibdir.

Yadıma gəlir PepsiCo MDB-in Marketinq Direktoru O. Şirşov hər zaman dəsrlərində deyirdi: “Marketoloq olmaq üçün CV-zi daim təkmilləşdirin”. Həqiqətən mən bizim bloqun oxucularına səslənərək deyirəm: “Bügün yaxşı işiniz varsada mütləq CV-zi düşünün, sabah nə olacaq… heç kim bilmir!”

CV necə olmalıdır?

Dostlar burada çox sadə olan bir qayda vardır. CV Sizin üstünlüklərinizi qabartmalı, zəif tərəflərinizi isə YOX etməlidir! Deyə bilərsiniz ki, “Mən zəif tərəfi necə yox edim?!”. İndi bu haqda Sizə bir misal çəkəcəm.

Düşünün ki, Siz çox nüfüzlü bir ali məktəbin məzunusunuz. İş təcrübəniz isə yoxdur. Burada ideal CV-in məntiqində ideya belə olmalıdır: “Mən filan şirkətlərin menecerləri tərəfindən dəfələrlə görüşdüyüm, filan universitetetin məzunuyam. Tələbəlik illərində əldə etdiyiniz təcrübələrdən mütləq yazın. Ali məktəbinizi hansısa biznes lideri olan şirkətin adı ilə xarakterizə edin.”

Heç bir şəkildə CV-ə zəif tərəflərinizi gözə batırmayın. Mən iş təcrübəsində çox savadlı gənclərlə yanaşı, güclü menecerlərin belə CV-ə buraxdığı səhvlərə görə nələr itirdiyini görmüşəm. Dostlar, istəmərəm ki, bizim bloqun oxucuları belə səhvlər etsin. Ali məktəbi tezə bitirən tələbə iş təcrəbəsini CV-in əvvəlinə qoyanda, peşəkar menecerin isə ali məktəbdən danışdığını görəndə çox məhüs oluram. Xahiş edirəm Siz belə səhvlər etməyin!!!

CV yazmağın mütləq olan şərtləri nədir?

  1. Heç vaxt, heç vaxt bir daha deyirəm heç vaxt CV-ə yalan məlumat yazmayın!!!
  2. Yazdığınız CV-ə mütləq ilk 2-3 cümləlik qısa məlumat və ya çağırış qoyun. Bu çağırışda Sizin digərlərindən fərqləndirəcək əsas sözlər olmalıdır. Bu 100% oxunacaq. Ona görə burda diqqətli olun. Özünüzü tanıdın.
  3. CV-ə ilk olaraq özünüz haqqında məlumatdan başlayın, sonra isə güclü tərəflərinizdən ehmalca zəifliklərə doğru gedin. (Tərsinə yox!!!)
  4. CV-ə mütləq nailiyyətləriniz haqqında danışın. Qısa xronika verin. Amma naillət varsa!
  5. CV-ni mütləq saxladığınız fayla öz adınızı və pəşəlar olduğunuz sahənin adını yazın. Mən çox zaman belə adlı CV-ər görürəm “CV_eng” və ya “CV_az”… dostlar Sizə səmimi deyim bu gələcək karyeranızla “çarxı-fələk” oynamağa bənzəyir. Belə CV-yadda qalmır. İdealda belə olmalıdır, məsələn İlkinM_CVmarketing.
  6. CV-nizi adi word formatda verməyin. Bunu hamı edir. CV-nizi PDF etmək Sizin məsələyə ciddi yanaşdığınızdan xəbər verir.
  7. Mütləq şəklinizi əlavə edin. Bu şəkildə rəsmi görünməniz daha yaxşı olar. Şəkilli CV-ər bir növ HR-la əvvəlcədən danışmağı təmin edir.
  8. Göndərdiyiniz e-mail ünvanına nəzarət edin. Heç bir şirkət işləməz ki, onun marketinq şöbəsinə namizəd olan xanımın e-mail ünvanı Sirli_gozel@nebilimne.com olsun düzdür?! Və ya düşünün Siz hansısa şirkətə marketinq vakansiyası üçün mühasib_ali@….com ünvanında yazmısız. Bu düzgün deyil. İdelada e-mail işə götürənin ad və soyadından ibarət olmalıdır.

Bu yaxında çalışdığım şirkətdə yeni işçi vakansiyası var edi. Namizədlərdən bir neçəsi azərbaycan dilində CV-si yox edi. Bu bəlkədə o deməkdir ki, biz xarici dil bilirik, lakin nəzərə almaq lazımdır ki, göndərdiyiniz şirkətin mədəniyyəti nədir və ən əsası burada elə ola bilər ki, CV-ni oxuyacaq adamlardan kiminsə ingilis dili yoxdur. CV yalnız ingilis dilindədirsə… batdıq!

Calışın CV-nizi mütləq Azərbaycan dilindədə olsun (ingilis və rus dillərindədə olmalıdır). Biz axı… azərbaycanda yaşayırıq. İnanın mənə kimsə buna fikir verə bilər.

Daha bir vacib məsələ CV-ni göndərdiyiniz şirkətin ehtiyyaclarını öyrənsəniz əla olar. Bilirisiz ki, təklif nə qədər fərdiləşmiş olsa, bir o qədər güclü olur. Çalışın standart CV-zi hamıya göndərməyin. Şirkətə və (və ya) vakansiyaya görə hərəkət edin.

Dostlar, Sizə səmimi deyim, CV yazmaq çox ciddi və məsuliyyətli işdir. Sonda bir sirr açım… amma bloq oxucularından başqa heç kim bilməsin, yaxşı?!

Mənim bügün çalışdığım şirkətə işə düzəlməyimdə CV hazırladığım zaman oxuduğum məqalə olub. O məqələni oxuyub CV-mə şahmat üzrə Azərbaycan çempionu olduğumu yazdım… bu o vaxt mənə çox təsir etdi (müsbət təsir). Çalışın həqiqi müsbət tərəflərinizi və Sizi digərlərindən fərqləndirəm amilərə aksent edin. Bu vacibdir.

Arzu edirəm hər birimizin əlində daşdan keçən CV olsun!!!

DAHA ÇOX MƏLUMAT İSTƏYİRSƏNSƏ – ƏLAVƏ OXU

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close