image_pdfimage_print

Dünən mən dost bildiyim və inkişafını çox istədiyim bir neçə bloqda eyni vaxtda qonaq postlar yazdım. Bu bloqların hər birini mən gələcəkdə çox güclü “tribuna” olacağına inanıram (hal-hazırda bu kitabı oxuyuram, tezliklə danışacam Sizlərə). Bloq yazmaq sosiallaşmadan başlayır və sevinirəm ki, bizim bloqqerlər bunu düzgün başa düşür.

Əziz oxucu! Qonaq olduğum bloqlar haqqında danışmazdan əvvəl, icazə versəniz Marketinq AİR-in bügün ki, vəziyyəti barədə qısaca məlumat vermək istəyirəm. Azərbaycanda biznes bloqlar yazmaq ənənəsi təxminən 6 il bundan əvvəl başlamışdı. O vaxtlar tezə-tezə bloqlar yaranırdı… təəsuf ki “köhnə” bloqqerlərin çoxu bugün yoxdur. Həqin ki, həvəsdən düşüblər. Bugün Azərbaycanda bloq ənənəsini bizim AİR məzunlarımız yaşadır. Dostlar bu superdir və mən buradan bütün AİR məzunlarına çox sağ ol demək istəyirəm. Mən Sİzinlə fəxr edirəm!

Bilirsiniz ki, bügün Marketinq AİR təlimləri 4D sürətlə inkişaf edir. Birinci məzunların çoxu marketinq sahəsində inkişaf edir. Bizim məzunların yazdığı bloqlar, AİR bitirdikdən sonra əldə etdikləri karyera nailliyyətləri haqqında eşidəndə həqiqətəndə bu işləri “nəyə görə edirik?!” suallının cavabını başa düşürəm. İkinci məzunlar istər aurası, istər marketinq bilikləri, istər həyata baxışları cəhətdən tam AİR adına uyğundur. Biz Azərbaycanda marketinq havasını dəyişdərəcəyik.

Dünən qonağım olduğum bloqlar barədə danışaq.

Aynur xanımın bloqu. Aynur xanım Marketinq AİR məzunu olaraq həqiqətəndə ilk günlərdə necə fəal olmaq olar suallına cavab verirdi. İstər marketinqə olan həvəsi, istər yüksək təşkilatçılıq qabiliyyəti xəbər verir, Aynur tezliklə uğurlu marketinq karyerası quracaqdır. Niyə tezliklə yazıram?! Çünki Aynur xanım hələ tələbədir. Tələbə demişkən biz Aynur xanımın təşəbbusünə görə Memarlıq və İnşaat Universitetində 2 dəfə təlim verimişik.

Babək bəyin bloqu. Biz AİR təlimlərində ən fərqlənən tələbəni Türkiyyədə keçirilən marketinq forumuna iştirakı hədiyyə edirik. Bizim birinci qalibimiz Babək olmuşdir. Babək istər fərd, istərsədə mütəxəssis olaraq kreativliyi ilə göz doldurur. Mənə hərdən elə gəlir Babək – fitri istedaddır. Marketoloqluk bir növ qanındadır AİR məzunumuzun.

Cavid bəyin bloqu. Bu gənc bloqerin yazılarında marketinq həvəs açıq aşkar hiss edilir. Hesab edirəm ki, Cavidin bloqu tezliklə ən oxunaqlı bloqlardan biri olacaq.

Murad bəyin bloqu. Mən çox sevinirəm ki, Azərbaycanda olan istedadlı gəncləri AİR tapır və ya istədadlə gənclər bizi tapır. Dostlar Murad bəy yüksək marketinq bilikləri, rassional düşüncə ilə yanaşı həmçinin çox mədəni dostlarımızdandır. Bloqu çox maraqlıdır.

Səfər bəyin bloqu. İlk vaxtlardan bloq fəaliyyətinə ən sistemli yanaşan məzunumuz məhz Səfər bəydir. İstər yazı tərzi, istər yazı yazmaq ardıcıllığı, istər bloqun dizayn tərtibatı… bir sözlə bloq peşəkarlıq istiqamətində inamla addımlayır. Həmçinin bloqun google-a indekslənmə səviyyəsi yaxşıdır.

Bilirsiz dostlar bloq fəaliyyəti sosial fəaliyyətdir. Bloqqer çalışmalıdır ki, onun bloqu sosiallaşsın… bu o demək deyil, sosial şəbəkələrdə olsun. Sadəcə yaxşı bloq yazmaq, ilk əvvəl insanlarla əlaqələr qurmaqdan keçir. Özündən razı olan adam heç vaxt reytinqli bloqa sahib ola bilməz.

Mən yalnız dost bildiyim bloqqerlərin qonağı oluram və dünən qonaq olduğum bloqları özümə dost bilirəm!

Əlbətdən bundan başqa dünən mən Anar müəllimin, Rafiq müəllimin və İslam bəyin bloqunda qonaq oldum. Onlarda çox sağ olsunlar.

Əziz məni qonaq dəvət edən dostlar, Sizin bloqlarda olmaq çox xoş edi… tezliklə öz bloqumuzda gözləyirik!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Çox gözəl və fərqli ənənəni yenə ilk olaraq gətirdiyin üçün təşəkkürlər, İlkin. Çox xoşdur. Marketinq Azərbaycanda özünü bu aralar çox xoşbəxt hiss etməlidir.

  2. Rafiq muellim insallah davamini Sizlerden gozleyirik… Qonaq etdiyiniz ucun cox sag olus…

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close