image_pdfimage_print

Hər bir menecerin iş həyatında ən çox rast gəldiyi şeylərdən biridə elektron məktubların yazılmasıdır. Mən iş təcrübəmdə çox saylı elektron məktublarla çalışdığıma görə deyə bilərəm ki, düzgün yazılış tərzi həm yazan, həmdə oxuyan üçün vacibdir. Dostlar Sizə səmimi deyirəm mənə “səliqəsiz” məktub gələndə… yazanlar haqqında fikirlərim mənfi istiqamətə dəyişir.

Mən hesab edirəm ki, düzgün biznes məktub mütləq aşağıdakı elementlərə sahib olmalıdır.

  1. Məktubda mütləq mövzu yeri olmalıdır. Həqiqətəndə çox zaman başlıqsız məktub gələndə içindəki yazılanlardan asılı olmayaraq mən “qeyri-ciddi” rubrikasına aid edirəm. Həmçinin başlıqsız məktub yazan üçün məsələnin az əhəmiyyətli olduğunu göstərir. Emaillərdə başlıqlar məktubun təyinatı barədə dəqiq məlumat verməlidir. Bu belə olmayanda oxucu bu məktubu heç cür qruplaşdıra bilmir.
  2. Bir məktub – bir məsələ. Bəzən elektron məktubda bir neçə bir-biri ilə əlaqəsi olmayan və son dərəcə vacib məsələlər barədə yazılar olur. Sadəlik fikrin daha aydın başa düşülməsini təmin edir. Məsələn belə: “Filankəs müəllim salam. Bugün kampaniya edə bilmirik, çünki reklam şirkət işləri gecikdirir. Nə edək. Birdə Sizə deməliyəm ki, araşdırma nəticələri artıq hazırdır. B seqmentinin payı 13% azalır. Burada yeni məhsul çıxarmaq lazımdırmı?. Mənim əmək haqqı məsələm nə oldu. Mən özümə yeni iş tapmışam…” Dostlar belə məktuba necə başlıq qoyasan?! Həmçinin belə yazıları oxuyan adam çox çətin vəziyyətdə qalacaq… Yuxarıda olan bu mailli 3 fərqli mövzulu maillərlə göndərmək vacibdir. Bunu ən yaxşı edənlər alman menecerləridir… mən onların mail mədəniyyətinə heyranam!!!
  3. Salamlama + problem + təklif + sağollaşma. Məktublarda bu dörd addımdan istəfadə etdikdə Sizin üçün yazı daha rahat və tez yazılacaq. Çalışın mailləriniz üçün bir şablon hazırlayasınız. Bununla məktub yazmaq bir növ blankların doldurulmasına bənzəyəcək. Həm Sizi oxuyan üçün rahat olacaq, həm Siz rahat (tez) yaza biləcəksiniz… həmdə özünüzə məxsus bir yazı stiliniz olacaq.
  4. Sendviç metodu mütləqdir!!!
  5. Əsas sözlə fərqləndirmək. Məktubda müəyyən sözlərin üzərində aksent etmək üçün qara şriftlə yazmaq, bəzi şeyləri fərqləndirmək vacibdir. Bununla həm Sizin yazı monoton olmayacaq, həmdə istədikləriniz daha dəqiq aydın olacaq.

Dostlar düzgün emaillər yazmaq həqiqətəndə çox vacib bir bacarıqdır. Bu menecerin peşəkarlığından xəbər verir. Yazılan maillərin tərzi Sizin dəsti-xəttinizi göstərir və bir növ Sizin brendin “kontakt nöqtəsidir”

Şad xəbərli məktublar arzusu ilə…

ƏLAVƏ OXUYUN

şərhlər

şərhlər

3 Comments

  1. Ilkin muellimin AIR teliminde ishtirak etmek en boyuk arzumdur. Bakida olmaq ucun stimul olub lap. Bu problem russiyada var. Maraqli yazidir

    • Ayten xanim marketinq Air telimleri mutemadi olaraq kecirilir. En azi ilde 2 defe kecirmeye garshimiza hedef goymusug. Inaniram ki, Siz Bakida daimi oldugunuz vaxtlardada telimlerimiz olacaq ve Siz ishtirak edeceksiniz.

      Yaziya verdiyiniz deyere gore cox sag olun.
      Ugurlar

  2. COX SAGOLUN MELUMATA GORE SIZE UGURLAR

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close