image_pdfimage_print

İKEA mənim ən yaxından izlədiyim brendlərin siyahısında birinci yerdədir. Olduğum hansısa xarici ölkədə bu brend varsa mütləq orda oluram, yeni kataloqları çıxanda mütləq əldə edirəm (2008-ən bu yana çıxan bütün kataloqları məndə var), TV reklamlarını bütün ölkələrdə maraqla gözləyirəm və ən əsası biznes prosesləri daim öyrənməyə çalışıram… dostlar Sizə səmimi deyim… dərin insan zəkasını bu brendin butün dəyər zəncirində hiss etməmək mümkün deyil. Bəs Sizcə bu brend niyə Azərbaycanda yoxdur?!

Əvvəlcə mən İKEA brendi haqda Sizlərə məlumat verəcəm, sonra isə bu brend Azərbaycanda olmadığı üçün düşündüyüm səbəblərdən danışacam.

İKEA 1943-cü ildə indiki əfsanəvi biznesmen, o vaxtlar isə sadəcə “kəndçi” olan İnqvar Kampland tərəfindən yaradılmışdır. Burada əlbətdə yadınıza salmalıyam ki, İKEA sözü İnqvar Kamplandın inisialları və yaşadığı  Ağunnüründda yerləşən Elmtaryd kəndi deməkdir, İ.K.E.A.

 İnqvar müsahibələrdə hər zaman “bizdə marketinq” yoxdur deməklə, necə güclü marketoloq olduğunu sübüt edir. Sizə İKEA ilk sloqanınıda deyim “Fermerlər üçün ucuz qiymətə mebel!”. Bügün İKEA-ın marketinqinin gücünü göstərən bir neçə ciddi arqumentlər var, məsələn:

  • İKEA ilk dəfə mebel sənayesində sərgiləmə konsepsiyasını ortaya qoymuşdur (Aysberqin görünən tərəfi). Məhz İnqvar Kamplandın düşüncəsi ilə İKEA salonlarında mebellər tam yaşam halında göstərilir. Məsələn mebellər kiçik mənzillərə yığılır və çöldə bu tip yazılar olur: “Salam mənim adım, filankəsdir… bura mənim evimdir. Cəmi 54 kv.m. amma baxın mən burda necə yaşayıram”. Bugün bütün mebel sektoru merçandayzinqi bu brend öyrənir!!! (bu arada İKEA salonlarında şəkil çəkmək tam sərbəstdir… o qədər şəkil çəkmişəəəm…)!
  • İKEA bütün dünyaya dəyər bazlı qiymət qoyma məntiqini izah etmişdir (qiymətqoyma haqqında buradan oxuyun). İlk dəfə İKEA-a məhsulun qiyməti ona olan real dəyər təyin olunduqdan sonra yaradılır. Vacib deyil bu neçəyə başa gəlir, vacib odur ki, müştəri bu məhsula nə qədər ödəmək istəyir. Bundan başqa İKEA pərakəndə şəbəkədə unikal hədəf qoyma metodoloqiyası hazırlanmışdır… “orta çekə” görə hədəf qoyma. Bu haqda bir vaxt ətraflı danışaram…
  • İKEA ilk dəfə mağazalarda uşaqlar üçün oynama yerləri, restoran yaradan pərakəndəçi brenddir. Bununla mağazalarda alış prosesini əyləncəyə sinonim etmək tendensiyası dünyada öz aktuallığını almağa başlamışdır… yenədə bunu bizə öyrədən İKEA-ır! Bundan sonra digər brendlər bunu bençmarkinq etdilər.
  • Məhz İKEA-ın yaratdığı horizontol qablaşdırma məntiqinə görə mebelin qiyməti ucuzlaşdıra bildi: çatdırılma və qurlaşdırma xidmətinin təxirə salmaqla. Brend elə qablaşdırma edir ki, mebellər minik avtomobillərinə yığışır, içəndəki mebelin qurulma təlimatının sadəliyi isə mebelin evdə rahat qurulmasını təmin edir.
  • İKEA-a yeni məhsul yaradılma prosesi dünyaca məhşur dizaynerlər tərəfindən hazırlanır. Bu dizaynerlərin istedadı heçdə qeyri-adi bir şeylər hazırlamaq deyil, sadəcə məhsulu ucuz qiymətə daha münasib edə bilirlər!
  • İKEA mebelçilərə başa salmışdır ki, bu sektorda ən güclü reklam məcrası kataloqdur!!! İKEA kataloqları dünyada ən çox nəşr edilən çap məhsuludur.

Mənim özümun İKEA salonlarında valeh olduğum bir fakt deyəcəm. İKEA restoranında olan bütün stollarda və mənim olduğum bütün İKEA-da standart belə bir yazı olur: “Əziz müştəri sən bilirsən ki, bizdə qiymətlər ucuzdur. Bunun üçün biz işçi xərclərinə qənayət edirik. Əgər İKEA-da belə qiymətləri daim görmək istəyirsəndə xahiş edirik, yediklərini zibil qabına atın. Biz qiymətləri ucuz edirik, Siz çirkli qabları zibil qabına tullayırsız… hərə öz işini görməlidir!”

Əlbətdə belə brendin Azərbaycanda olması çox yaxşı olardı. Mən düşünürəm ki, İKEA-nı bizim ölkəyə gəlməməkdə bir neçə ciddi arqumentləri var.

  1. İKEA əsas gücünü Avropa bazarlarına yönəltmişdir. Məsələn post-sovet ölkələri içərisində brend yalnız Rusiyada fəaliyyət göstərir. Buda məhşur MEQA layihəsi hesabına bazara girmişdir. İKEA Rusiyada tam özü biznesi aparır və françayzinq vermir. İkinci girəcəyi ölkə əlbətdə ki, Ukrayna olacaq. Çünki bu bazar İKEA dizayn tərzinə daha uyğundur. Azərbaycan bazarında İKEA sadəliyini sadəcə başa düşməyə bilərlər.
  2. İKEA təhcizatçı qaynaqlarının yaxın olduğu ölkələrdə işləyir. Azərbaycan belə ölkə deyil. Bizdə ki gömrük sistemini nəzərə alsaq… ümumiyyətlə bu brendin bazara girməsi mümkünsüz görünür.
  3. Azərbaycan bazarı çox kiçikdir. Belə bazarlar İKEA kimi qlobal brendlər üçün maraqlı görünmür, çünki brend post-sovet ölkələrində françayzinq verməyəcək (qorxur) özü üçündə… belə demək mümkünsə “bizim bazar bu əziyyətə dəymir”
  4. Azərbaycan bazarında yerli istehsalçılar digər post-sovet ölkələri ilə müqayisədə daha sistemli fəaliyyət aparır. Həqiqətəndə bu belədir, məsələn Azərbaycanda olan qədər xırda mebel istehsalçısı, digər post-sovet ölkələrində yoxdur və əlbətdə ki burada Embawood haqqında sonsuz qədər müsbət sözlər demək olar…

Bir sözlə hesab edirəm ki, yaxın 3-4 ildə İKEA-nı yalnız xaricə gedəndə görəcəyik.

 ƏLAVƏ OXUYUN:

şərhlər

şərhlər

8 Comments

  1. Mene verilen melumata gore ikeanin esas shertlerinden biri potensial sheherde ehalinin 4 milyondan cox olmasidir. Bakida bir qrup ikea ile maraqlanmishjdi ve ikeadan aldiqlari cavablardan biri bu olmushdu

  2. Salam müəllim, “françayzinq”i loru dildə izah edə bilərsiz zəhmət olmasa?? Sizin bloqun daimi oxucusuyam, maraqlı yazılarınıza görə çox təşəkkür edirəm :)

    • Seadet xanim bloqu oxudugunuz ucun cox sag olus!
      Francayzinq dediyimiz zaman biz hansisa brendin oz adindan (know-how, marka adindan, biznes proseslerden ve s.) istifade hugunun verilmesidir. Meselen McDonalds sirketi Azerbaycanda francayzinq metodu ile ishleyir. Etrafli olaraq wikipedia ve google axtarish edin. Ozunuz calisgib informasiya tapsaniz meseleni daha derin (degig) basha duseceksiniz.

  3. Hahaha bu yaxınlarda men de bu suali men de vermiwdim. Ona gore postu goren kimi diqqətimi cekdi ))az cewid olsa da outleti var burda. Magazasi acilsa qiymetler de en azi Turkiyedeki kimi olsa cox yaxwi satar

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close