image_pdfimage_print

Məndən soruşan olsa ki, dünyada ən sevdiyiniz peşə nədir?! Mən heç düşünmədən marketoloq deyərdim. Həqiqətəndə bu peşə insanda ətrafdakıları daha düzgün başa düşməyə təmin edir, həqiqətəndə bu peşə insanda sərhədsiz düşüncə və ən əsası ətrafdakı proseslərə, insanlara qarşı sevgi aşılayır. Marketinq bizə yalnız insanları sevməyi öyrətmir, həmçinin izah edir ki, sevgisiz marketinq olmaz. Bilirsiz niyə?!

Dostlar bizim peşədə uğur qazanmaq üçün öz üzərində ciddi işləmək lazımdır. Deyə bilərsiniz ki, bu bütün peşələrdə belədir. Düzdür. Lakin marketoloq digər peşə sahibləri ilə müqayisədə daha çox oxumalı, daha çox düşünməlidir. Səbəbi çox sadədir. İnsan yer üzərində ən dəyişkən canlıdır, biz marketoloqlar isə öz işimizi məhz insan ehtiyyaclarının üzərində qururuq. Artıq yalnız insanların ettiyyaclarını öyrənmək və bu ehtiyyacları ödəmək azdır… bügün biz yeni ehtiyyaclar yaratmalıyıq!!! Məsələlərə sadə yanaşmaq lazımdır. Qəlizlik marketinqin antonimidir.

Dostlar bizim peşədə uğur qazanmaq üçün cəmiyyətdə gedən yeni tendensiyaları vaxtında və düzgün görmək vacibdir. Marketoloq yalnız, marketinq bilməli deyil. Holliwoodda yeni kino çıxıb, birinci marketoloq təhlil etməlidir, yeni rep-ulduzu çıxıb birinci biz baxmalıyıq, birinci fast-food tipi çıxıb (misal üçün) yenədə birinci biz başa düşməliyik. Səbəb?! Səbəb cəmiyyətdə baş verən tendensiyaları biz düzgün qəbul etməli və öz istəklərimizə uyğun dəyişməliyik.

Dostlar bizim peşədə uğur qazanmaq üçün keçmiş haqqında dolğun məlumata sahib olmalıyıq. Bəzən marketoloq tarixi, tarixçilərdəndə yaxşı bilməlidir, bəzən marketoloq etnoqrafiyanı öyrənməlidir, bəzən marketoloq psixoloqiyanı… və s. Bilirsizdə bunun üçün nə qədər insan enerjisi lazımdır?! Əlbətdə bilirsiz.

Dostlar bizim peşədə uğur qazanmaq üçün tənqiddən qorxmamaq lazımdır. Marketinq fəaliyyəti daim rikslərlə, “görünməz daşlarla” dolu olur. İş olan yerdə səhv ola bilər. Buna görə biz özümüzdən əmin olmaqla yanaşı, tənqiddəndə qorxmamalıyıq.

Bəs Sizcə bunun üçün marketoloqa nə stimul olmalıdır?!

Maddi motivasiya?! Maddi motivasiya işçiyə 3 ay təsir edə bilər… bundan sonra?! Bundan nə olacaq?! Bundan sonra əgər işə sevgi varsa… motivasiya qalacaq, olmasa heç bir pul bunu kompensasiya edə bilməz. Ən qorxulusu isə budur ki, yalnız pula görə işləyəndə işdə uğur qazanmaq olmur, uğur üçün ürək lazımdır. Urəkli olmaq üçün isə, işə sevgi… Daxili məmnuniyyət olmadan güclü marketoloq olmaq çətindir.

Öz peşənə sevgi ilə yanaşırsansa, bu uğurun əsasıdır! İnsan hər şeydən bezə bilər, lakin sevdiyi işdən bezməz. Sevdiyin işi görmək, özü bir dincəlməkdir. Bu iş marketinq kimi, intelektual düşüncə tələb edirsə, sevgi türklər demiş “olmazsa, olmaz” olur.

Əsl marketoloq olmaq üçün öz işinə sevgi olmalıdır. Bu sevgi olmadan bu qədər işi ürəklə görmək mümkün deyil. İşinizə sevgi ilə yanaşın dostlar və ya daha asand yolu var: “Yalnız sevdiyiniz işləri edin!”

Mən demək olar ki, işləmirəm. Çünki gördüyüm hər bir iş mənə həzz verir. Bu əladır! Hər birinizə marketinqdən (işdən, həyatdan) həzz almağı arzulayıram.

Bu yazı ilə mən dost bloqlara qonaq getmişdim.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] karyeramızda ayda, 300 manat alan işçi olaraq, 3 il ərzində ayda necə böyük şirkətin Marketinq Direktoru oldum və daha sonra öz biznesimizi “0” manatla necə qurduğum barədə danışacam. […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close