image_pdfimage_print

Mənim ən sevdiyim Bayram – Novruzdur! Bunun səbəbi isə, nə mənim millətçi olmağım, nə mart ayında baharın gəlişi, nədə şəkərburaya olan xüsusi “sevgi” deyil! Səbəb çox başqadır… Maraqlıdırsa Sizə qısaca bu haqda danışım.

Novruz Bayramının mənim üçün dəyərli olmasının əsas səbəbi insan həyatına yeni nefəs gəlməsidir. Məhz bu Bayramdan sonra biz həqiqi yeni ilə başlayırıq. Bizneslə məşğul olan adamların çoxları bilir ki, realda il yanvar ayından başlasada həqiqi biznes ilə mart ayından başlayır. Bu təbiidir. Çünki yanvar-fevral ayları bütün sektorlarda bazarda ciddi durğunluq xarakterizə edilir.

Buna misal olaraq dünyanın bir çox qlobal şirkətlərində yeni biznes ili məhz mart ayından başlayır. Məsələn daha əvvəl danışdığımız İKEA maliyyə ilini mart ayından başladır. Səbəbləri yuxarıda qeyd etdiyimiz məsələlərdir.

Novruz sözünün mənası isə bizə bir daha yada salır ki, Novruz – Yeni gün deməkdir. İnsan həyatında ən dəyərli qeyd ediləcək gün isə məhz, bitmiş ilin yola salınmasıdır. Mən hər nəqədər rus təhsilli olsamda hesab edirəm biz ciddi olaraq yeni il ab-havasını marta keçirməliyik. Buna yalnız sözdə yox, real hərəkətlərlə etməliyik.

Axı bizim yeni ilimiz niyə dekabr ayının 31-ə qeyd edilməlidir?! Onsuzda real yeni il mart ayından başlayır. Dostlar bu haqda Sizdə düşünün.

Hələlik isə, bütün bloq oxucularını dünyanın ən dadlı, ən bərəkətli, ən sevimli və yenilik gərirən Novruz Bayramı Münasibəti təbrik edirəm! Novruza aid ən sevdiyim mahnini Sizlərə təqdim edirəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

5 Comments

  1. Ilkin muellim Sizinde Bayramlariniz Mubarek. Sizi kimi ziyali adamlar bize lazimdir

  2. Men de bütün azerbaycanlılar bu elametdar gün münasibetile tam semimi qelben tebeik edirem. Qoy bu bayram hamınıza bolluca qazanc getirsin.

  3. Dostlar cox sag olun! Bir daha Bayramlariniz Mubarek!

  4. InsAllah novruz butun marketologlara xosbextlik getirer.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close