Monthly Archives Mart 2013

Dünən mən dost bildiyim və inkişafını çox istədiyim bir neçə bloqda eyni vaxtda qonaq postlar yazdım. Bu bloqların hər birini mən gələcəkdə çox güclü “tribuna” olacağına inanıram (hal-hazırda bu kitabı oxuyuram, tezliklə danışacam Sizlərə). Bloq yazmaq sosiallaşmadan başlayır və sevinirəm ki, bizim bloqqerlər bunu düzgün başa düşür.

8 mart dünya qadınlar günü münasibəti ilə bütün xanımları təbrik edirəm! Dünyanı gözəllik, insanlıq və saflıq xilas edəcək. Bunların hər biri Sizlərdə var, əziz qadınlar! Sizi təbrik etmək belə çox xoşdur. Yadıma düşmüşkən deyim ki, qadınlar olmasayda marketinqdə olmazdı.

Dünən Nərgiz jurnalının növbəti sayını oxuyurdum. Lüks və ya özlərini lüks göstərmək istəyən brendlərin bir çoxunun jurnalda reklamı var edi və jurnal bir daha marketinqdə ən çox sevdiyim seqmenti mənim yadıma saldı. Dostların çoxları bilir ki, mən lüks seqmentdə brendinq fəaliyyətinə böyük marağım var. Bu tip marketinq nə qədər çətin olsada, belə sektorlarda işləmək marketoloqa çox şey öyrədir. Mən bu yazıda Azərbaycanda lüks müştəri tipləri barədə danışacam.

İKEA mənim ən yaxından izlədiyim brendlərin siyahısında birinci yerdədir. Olduğum hansısa xarici ölkədə bu brend varsa mütləq orda oluram, yeni kataloqları çıxanda mütləq əldə edirəm (2008-ən bu yana çıxan bütün kataloqları məndə var), TV reklamlarını bütün ölkələrdə maraqla gözləyirəm və ən əsası biznes prosesləri daim öyrənməyə çalışıram… dostlar Sizə səmimi deyim… dərin insan zəkasını bu brendin butün dəyər zəncirində hiss etməmək mümkün deyil. Bəs Sizcə bu brend niyə Azərbaycanda yoxdur?!

Hər bir menecerin iş həyatında ən çox rast gəldiyi şeylərdən biridə elektron məktubların yazılmasıdır. Mən iş təcrübəmdə çox saylı elektron məktublarla çalışdığıma görə deyə bilərəm ki, düzgün yazılış tərzi həm yazan, həmdə oxuyan üçün vacibdir. Dostlar Sizə səmimi deyirəm mənə “səliqəsiz” məktub gələndə… yazanlar haqqında fikirlərim mənfi istiqamətə dəyişir.

12
Close