image_pdfimage_print

Dostlar, reklam xərclərinin optimallaşdırılması marketinqdə ən aktual mövzulardan biridir. Çox zaman marketoloqlar öz aralarında sahibkarların onları başa düşməməsindən şikayət edirlər. Ay nə bilim, filan reklamı qoymadı, filan reklam alınmadı və s. Dostlar Sizə səmimi deyim, bugün Azərbaycan reklam bazarında xərclənən pulların 90% havaya atılır!

Dəhşətli fakt burasındadır ki, eyni səhv həm işçi cədvəlində marketoloq olmayan şirkətlərə, həmdə ətrafı marketoloqla dolu olanlara xasdır (Azərsun kimi).

Bu yaxında konsultatsiya verdiyim şirkətlərin birinin satış nöqtəsində müştərilərin hansı reklam məcrasından gəldiklərini təhlil edirdik. Televiziya inamla birinci yerdə edi. Məsələ burasındadır ki, sözü gedən şirkət ümumiyyətlə TV reklama girməyib, sadəcə 2 dəfə xəbərlərdə reportaj vasitəsi ilə müştərilərlə kontaktda olub.

Sözün açığı ürəyimdə bir şühbə var edi… axı xəbər reportajının effekti bu qədər güclü və ən əsası uzunmüddətli necə ola bilər?! Təxminən bir 10 gün bundan əvvəl təsadüfən satış nöqtəsində olduğum zaman, daha bir müştərinin “təntənəli” şəkildə içəri girdiyini gördüm. Elə özüm salamlayıb söhbət etdim, müştəri çox bahalı bir məhsulu sevinə-sevinə aldı. Mağazadan çıxanda isə “TV reklamlarınız çox yaxşıdır, ona görə Sizə gəldim” sözünü işlətdi… Sözündən belə çıxırdı ki, biz reklamda satış kampaniyası edirik.

Axı biz TV reklam vermirik. Necə ola bilər ki, bu müştərinin getməyən reklam xoşuna gəlib?! Dostlar məsələyə bir-az daha ciddi yanaşdım… və məsələni tam başa düşdüm.

Bütün müştərilərimizin TV-ə gördüyü reklam bizim rəqib şirkətin reklamıdır. Reklam çox gözəldir, sadəcə sonda əsas məsələ olan mesaj o qədər “zəif” verilir ki, müştəri rəqib reklamı eşidib bizə gəlir. Rəqib şirkətin “marketoloqları” pulu çölə tökürlər.

Deyə bilərsiniz bəs müştəri niyə Sizə gəlir?! Bunun cavabı çox sadədir. Konsultatsiya verdiyim şirkət internet sahəsində , sosial şəbəkələrdə çox aktivdir. Satış nöqtəsinin çöl reklamı rəqibdən daha rəngarəngdir. Beləliklə müştəri TV reklamı görür və hərəkət üçün internetdə kateqoriyanı axtarır… və bizim brend rəqibi bu ərazidə çox üstələyir. Beləliklə sıfırıncı həqiqət anı (ətraflı buradan oxuyun) haqqında xəbəri olmayan rəqibimiz bizə çox kömək edir. Həmçinin müştəri bizim şirkətin çöl reklamının konkret kateqoriyadan xəbər verməsi, baza məlumatı olan müştərini bizə getirir.

Mən burada nə rəqib, nədə konsultatsiya verdiyim şirkətin adını çəkməyəcəm… sadəcə deyəcəm ki, proses davam edir!!! Mən Bakıda bir həftə olmadım və bugün satış nöqtəsinə getdikdə… yenədə müştərilərin 70% TV reklamdan gəldiyini eşitdim. Düşünün ki, biz heç vaxt TV reklama pul verməmişik. Rəqiblərimiz bu tepmlərlə “getsələr” ümumiyyətlə reklam investitsiyasını minimuma endirməyi düşünürük… Əsas odur ki, rəqib şirkət reklamı kəsməsin!!!))

DAHA ÇOX OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

7 Comments

  1. İlkin müəllim mence sebebi demeseydiniz daha yaxshi olardi.İndi o reqib shirket bu yazini gorub sosial shebekeye yuklense nece olacaq? Yeqin ki, bir B planiniz var:)

  2. Mence reklam sahesinde olan axsaqlıq mehz Azerbaycanda olan reklam biznesinin zeifliyi ile birbaşa elaqedardır.

    • Reklam biznesinin zeifliyi ise reklam sektorunda duzgun ve sistemli biznes aparan sirketlerin yoxlugudur, duzdur?

  3. Tam razı. Ümumiyyetle hele Azerbaycanda reklamçılıq işi ile kimlerin meşğul olduğı melum deyil.

  4. Problem yalniz reklam sektorunda deyilki bizde ne sektoru inkishaf edib reklam yaxshi olsun? Bunun ucun hele iller kecmelidir, bizim sirketler reklami bir gun dubayda bir gun tiflisde bir gunde kievde cekende inkisaf olmaz. Biz oz ayranimiza turs demeye otrenmisik birinci bu deyismelidir.

    • Bir-az meselelere pozitiv yanashag Rafiq muellim! Mence her shey yaxsi olacag… esas odur ki, diagnostika duzgun secilsin

    • Rafiq, bilirsiz ümumiyyətlə Azərbaycanda reklamcı deyəndə ağıla nəsə gəlmir axı. Məsələn Azərbaycanda reklamçılıq fakültəsi ya da ixtisası yoxdu. Bizdə bəzən hansısa rejissor belə reklam çəkmək marağına düşür.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close