image_pdfimage_print

Bugün Bayram günlərindən istifadə edərək bir-az “köhnə” məlumatları təkrar edirdim.  Strateji idarəetmə, böhranlı menecment və biznesin modelləşdirilməsi aid məqalələr oxudum. Çox maraqlıdır. Bu oxuduqlarımı Azərbaycan şirkətlərində gördüklərimlə sintez etdim. Bir necə nəticə barədə Sizinlə bölüşmək istəyirəm. Söz verirəm maraqlı olacaq!

Bilirsiniz ki, istənilən prosesin bir həyat əyrisi var. Eləcədə biznesin. Bir vaxt inkişafda olan biznes nə vaxtsa tənəzzüldə olacaq. Yaxşı menecerin işi tənəzzül prosesini maksimum gecikdirmək və (və ya) tənəzzüldə olan şirkətin buradan çıxarılmasıdır. Bəs nə olsa şirkət inkişaf dövründən tənəzzül dövrünə daha tez düşə bilər?! Bu haqda düşüncələrimi bölüşürəm.

  1.  Şirkət rəhbərliyi işçilərin fikirlərinə əhəmiyyət vermir. Həqiqətəndə bəzi şirkətlərdə rəhbərlər elə başa düşür ki, onların verdiyi gərarlar mükəmməldir.  Şirkətdə orta menecmentin fikirləri nəzərə alınmır. Belə olduqda şirkət menecmenti metafora ilə desək “gözü yumulu maşın sürmətə bənzəyir”. Unutmaq olmaz ki, istənilən menecerin görən gözü, eşidən qulağı daha alt vəzifəli işçilərdir.
  2. Şirkət menecmenti ətraf mühitdə gedən proseslərə əhəmiyyət vermir. Düşünün ki, biznes hansısa bir strateqiya yaradır və bu strateqiyanı kor-təbii şəkildə tətbiq edir. Cəmiyyətdə baş verən dəyişiklikləri görmür və ya özünə görməməzliyə vurur. Uğuru axtarmır. Ciddi problemdir.
  3. Şirkət menecmenti daxili mühiti başa düşmür. Şirkətdə hədəflər qoyulur, bununla belə daxili imkanlar nəzərə alınmır. Bu inkişaf etməkdə olan şirkətlərdə klassik səhvdir. Şirkətin beyni ilə, qolu arasında ciddi uçurum yaranır… bir növ rəhbərliyin dediyini işçi başa düşmür, işçinin dediyini rəhbər. Problem…
  4. Yeni layihələr köhnə komandaya tapşırılır. Başqa sözlə desək şirkətdə yeni kadrlar çox az gəlir. Bu proses bir mənalı şəkildə şirkət innovatsiya fəaliyyətini aşağı səviyyə salır. Şirkətə yeni qan lazımdır. Əgər yeni layihə varsa, bu layihə yeni kadrlarla daha mükəmməl olur.
  5. Şirkət sahibləri strateji dəyişikliklər barədə alt işçilərə məlumat vermir. Düşünün ki, şirkətdə hansısa bir qərar qəbul edilir… və gərarı yalnız iclasdan olan rəhbərlər bilir. İnformasiya axını bərbad təşkil edilir. Bilirsinizdə informasiya 21-ci əsrdə rəqabət gücüdür.
  6. Yeni layihələrin təşəbbüsü sektoru bilməyən adamlar tərəfindən verilir. Bəzən şirkətdə rəhbər vəzifəsində işləyən adamlar, sektor barədə yetərində məlumata sahib olmur. Digər sektorlardan ciddi bençmarkinq fəaliyyəti aparılır və bu proses axıracan başa düşülmür. Belə addımlar şirkəti uçuruma aparır.
  7. Şirkət rəhbərliyi operativ işlər görür. Əlbətdə bu dəhşətdir. Bəzən rəhbər özünü səhmdara göstərmək üçün uğurlu olacağına inandığı bir çox işlərdə “qolunu çirmələyib” işləyir. Digər bir misal, şirkət rəhbərliyi subardinasiya prinsiplərinə pozur və bir-başa rəhbərliyində 8, 9 bəzən 10 nəfərdən çox adam saxlayır… bu fəlakətdir. Belə rəhbərlər tezliklə işçiyə çevrilirlər. Sözün hər mənasında!!!
  8. Yeni məhsullar ya çox tez, yada çox gec ərsəyə gəlir. Bu ikili problemdir. Məhsulun tez bazara girməsi kifayət qədər hazırlıq prosesinin olmamasından, gec çıxması isə şirkətin ləng işləməsindən xəbər verir.
  9. Şirkət rəhbərliyi özünü təkmilləşdirmir. Bu çox ciddi problemdir. Mən bunu şirkət gələcəyinə “mina” qoymağa bənzədirəm. Əgər şirkət menecmenti öz biliklərini mütəmadi olaraq artırmırsa, bu zaman onda qorxu yaranır. O öz vəzifəsini itirməkdən qorxur. Vəzifəni itirməkdən qorxan rəhbər isə heç vaxt perspektivli kadrlarla işləmək işləmir. Niyə?! Çünki “yazıq” vəzifəsini itirməkdən qorxur. Niyə?! Çünki öz üzərində işləmir… ciddi problemdir!!!
  10. Şirkət rəhbərliyi hədəfləri ranjirə edə bilmir. Sadə dillə desək nəyə prioritet verməyin vacib olduğu məlum olmur. Məsələn, şirkət həm Afrika bazarında fabrik qurur, həmdə daxili bazarda rebrendinq edir… Ən dəhşətlisi budur ki, maliyyə direktorunun rebrendinqdən xəbəri yoxdur!!! Əlbətdə  bu bir zarafatdır… lakin biznesdə belə şeylər prioritet olmadıqda tez-tez olur.

Məncə hələlik bu 10 prinsiplə bölüşmək kifayətdir. Faydalı olsa yeni yazacam bu barədə.

P.S.  Şirkət rəhbərliyi dedikdə burada yüksək menecment nəzərdə tutulur

Əgər yenə oxumaq istəyirsinizsə buyurus:

şərhlər

şərhlər

9 Comments

  1. Dediklərinizlə razıyam. Amma İlkin bəy, məncə şirkət rəhbərlərinin toplandığı,hansısa bir qərarın qəbul edildiyi iclasdan hansısa alt səviyyəli işçinin xəbər tutması çox da zəruri deyil. və bəlkədə bu heç lazım da deyil.

    • Qerar yalniz alt strukturlara melumat verildiyi halda qerar olaraq qebul edilir. Dushunun ki, prezident qerar verir… ve bu qerari ehaliye catdirmir…)) Mence Sizde bunu tesevvur ede bilmezsiniz… Sirketde bir dovletdir. Qerar mutleg alt strukturlara catdirilmalidir… diger halda, alt strukturla menecment arasinda “ucurum” olacaq, duzdur?! Menim dediklerimi eslinde ele budur.

      • Hardasa heqiqet var dediklerinizde. Amma mence iclasın mezmununda nelerin olduğu da onemlidir. Tutaq ki iclasda cari ilin yekunları haqqında sohbet olub,meger bu lazımdırmı ki,bütün personal bundan xeber tutsun? :)

        • Bilirsiz… personal butun hallarda xeber tutmalidir… xeber vermeseler, personal mehshur letifedeki “arvadlarin sozune inanacag”)). Rehber shirketde geden prosesler barede alt ishcini melumatlandirmalidir… ola biler ki, melumat verdiyi zaman informasiya bir nov emal etsin. Cunki en gorxulu mesele, geyri-mueyyenlikdir. Arashdirmalarda var, biznesde personali yorun birinci mesele ish yukunun coxlugu deyil, mehz geyri-mueyyenlikdir))
          Kommentleri diggetle oxudugunuz ucun cox sag olun!!!

          • Minnetdaram. Etraflı melumat üçün. Sizin fealiyyetiniz her yonuyle teqdirelayiqdir. Sizin kimi deyerli insanlar bize lazımdır. Men de sahibkarlıqla meşğul olmaq isteyen bir genc kimi,bu fealiyyetinizi yüksek deyerlendirirem. Blokdakı yazılarınız menim üçün deyerlidir. )

  2. vaabşe deyirəm, bu rəhbərləri başa salmaq lazımdı ))).

  3. Lap köhnə iş yerim yadıma düşdü:)

  4. Cox maraqli yazidir. Bir cox yerli bizneslerden bugun bu problemler var. Yazi terzi Ilkin beyin klassik uslubundadir. Her sey aydin, sade, mentigli.
    8 bendle tam razi deyilem. Daha dogrusu fikri tam basa dusmedim.

  5. bu məqalədə 1-ci və 6-cı prinsipi çox təəssüfki bugün daha aktualdı Azərbaycanda.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close