image_pdfimage_print

“Маша и Медведь” serialını tanımayan varmı?! Əgər cavabınız müsbətdirsə deməli, hələlik balaca uşaqlarla əlaqəniz azdır. Brend yalnız tanınması ilə deyil, həmçinin rentabellik dərəcələrinə görə fantastik nəticələrə malikdir. Bəs bizim “Çırtdanımız”, “Tık-tık xanım” kimi brendlərimizin dəyəri nədir?! Mən bu yazıda uşaq brendləri barədə fikirlərimi Sizlərlə bölüşəcəm.

Əvvəlcə “Маша и Медведь” brendini xarakterizə edən statistikaya baxaq. Görək bu brendin gücü nədədir? Beləliklə:

  • “Маша и Медведь” post-sovet ölkələrində yaşayan 3-6 yaşlı qız uşaqları arasında tanınma səviyyəsi 83%, eyni yaşlı oğlanlar arasında isə 75% bərabərdir!
  • “Маша и Медведь” brendi altımda 2012-ci ildə satılan məhsul və (və ya) xidmətlərin yalnız lisenziya satışından Animakkord studiyasının xalis mənfəəti 15 mln. dollardan çox olmuşdur!
  • “Маша и Медведь” multikinin “Большая стирка” seriyası YouTube rusdilli baxıcıları arasında 37 mln. baxışla 2012-ci ilin ən çox baxılan videosu olmuşdur. Bir daha baxmaq istəyirsiz?))

Bəs Sizcə bu uğurun arxasında hansı səbəblər dayanır. Necə olur ki, dəcəl bir qız uşağı ilə ayı bu qədər pul qazandırır?! Mən hesab edirəm ki, “Маша и Медведь” brendinin uğurunun əsas səbəbi məhz klassik brend idarəetmə məntiqi ilə biznesə yanaşmasındadır. Bu yanaşmalar özündə aşağıdakı faktorları əhatə edir:

  1. Bazara fərqlilik gətirir. “Маша и Медведь” rus dilli cizgi filmləri bazarında yeganə serialdır ki, çəkilişlərində 3D sistemlərdən istifadə edilir. Bu format bugün yalnız bu brenddə var. Əsas rəqiblərdən “Смешарики” və ya “Лунтик” yalnız 2D formatdan istifadə edilir. Təbii ki, bu “Маша и Медведь” çəkiliş xərclərini xeyli artırsada bənzərsizlik üstünlüyü yaratdır, məsələn “Маша и Медведь” bir seriallının çəkilişi 300 000$ dollardan aşağı olmur. Bu bazarda ən bahalı cizgi filmi çəkiliş qiymətləridir, çünki bir serialın uzunluğu maksimum 9-10 dəqiqə olur.
  2. Az olsun, keyfiyyətli olsun. Digər rəqibləri ildə 28-35 seriya çəkdikləri halda “Маша и Медведь” 5 ildə cəmi 30 epizod çəkilmişdir. Məlumat üçün deyim, ən yaxın rəqib olan “Смешарик” brendinin 200, “Лунтик” isə 400-ə qədər seriyası çəkilmişdir. Buna baxmayaraq “Маша и Медведь” cizgi filmlərinin ümumi baxış sayı digər iki rəqibin bütün seriallarının baxışından daha çoxdur!
  3. Güclü brend identifikasiya. Brend əsas identifikasiyası mehribançılıqla və dəcəllikdir. Hər bir valideyn uşağında bu 2 xasiyyəti görmək istəyir. Mehribançılığı valideyn açıq deyir, dəcəlliyi şuur altı arzulayır. Bu baxımdan brend ayı ilə mehribançılığı, Maşa ilə isə giper-aktiv uşaqları təsvir edir. Bu uşaqlar üçündə, valideynlər üçündə baxımlıdır. Təsadufi deyil, Kisd Qlobal şirkətinin Rusiyada keçirdiyi sorğulara görə 3-6 yaşlı uşaqları olan valideynlərin 90% çoxu “Маша и Медведь” butün seriallarını tanıyırlar.
  4. Pulsuz satışdan pul qazanmaq. “Маша и Медведь” brendinin çox maraqlı mənfəət əldə etmə sistemi var. Brend özü bilərəkdən “pirat” şirkətlərlə əməkdaşlıq edir. Öz seriallarını tamamiylə ödənişsiz istənilən kanalda getməsini təşviq edir. Disney kimi şirkətlər cizgi filmi satışlarında mənfəət əldə etsələrdə “Маша и Медведь” burda pul qazanmır. Bunun əvəzində o sistemli lisenziya satışı ilə məşğuldur. Brendin mənfəətinin 90% çoxu məhz satılan lisenziyalardan gəlir.

Bu tip məsələləri uzatmaqda olar əsas odur ki, bunu edən rus brendi var. Bəs bizdə vəziyyət necədir?! Bizdə vəziyyət çox pisdir. Bizim birdənədə olsun nəyin ki, uşaq brendimiz var, heç bu brendi qurmaq istəyən yoxdur. Bunu niyə etmirlər?! Deyirsiz, pul yoxdur bu işdə? Cavab verim: Bugün Avropada 2-10 yaşlı uşaqlar üçün satılan məhsullarda lisenziyalı brendlərin payı 60% çoxdur. Ortalama düşünsək ki, hər məhsulda lisenziya sahibinin mənfəəti 10% olacaq. Siz təsəvvür edirsiz, bu necə böyük bazardır.

Mən düşünürəm ki, hər bir biznesdə mütləq sosial tərəflərdə olmalıdır. Məhşur sözdə olduğu kimi: “Əgər Siz yalnız pul qazanmaq üşün biznes qurursunuzsa, onda onu qurmayın, uğur qazana bilməyəcəksiniz”. Milli cizgi filmlərinin çəkilməsi həmçinin ciddi sosial bir layihə ola bilər. Nə vaxta qədər bizim uşaqlar xarici tərbiyə ilə böyüyəcək?! Məgər bizim öz gizgi qəhramanlarımız yoxdur?!

Düşünməyə dəyər…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Mence indilikde bunu bacara bilecek animatorlar yoxdur bizde.

  2. Maşa I Medved cizgi filmində mənə ilk maraqlı gələn 3D formatında və olduqca keyfiyyətli olması idi , təbii ki dəcəl Maşa və mehribad Medved bu işi tamamlayır və ortaya mükəmməl bir iş çıxardır..Yazıya görə təşəkkür , maraqlı oldu səhər səhər :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close