image_pdfimage_print

…Pərakəndə Satışda

Dostlar mən bilirəm ki, bizim bloqun oxucuları bizneslə, intelektual işlərlə məşğul olan, vaxtları qıt adamlardır. Buna görə əgər fikir verirsinizsə mən Sizinlə maksimum qısa və sadə dildə yazmağa çalışıram. Mən istəyirəm ki, yazılarımda “su az, ət çox olsun”, yəni “Az olsun, amma keyfiyyətli olsun” – bu bizim bloqun əsas devizidir. Bu yazıda isə mən Sizə sözü gedən məsələni biznesin vacib sahələrində olan pərakəndə satış nöqtəsinə təsirindən  danışacam.

Beləliklə ingilislərin daim istifadə etdiyi fikiri (Less is More) ana dilimizdə ifadəsi barədə konkret misallardan başlayaq.

Çox zaman mağaza sahibləri elə bilir ki, satılan məhsul nə qədər çox olsa, onun satışı bir o qədər çoxalacaq. Əzizlərim tamamiylə səhv bir düşüncədir. Mağazalarda satışın artırılması yolları barədə biz, Sizinlə söhbət etmişdik. Sırf söhbət məhsul sayından gedirsə, burada məntiq tamamiylə fərqlidir. Çalışmaq lazımdır ki, məhsul vitrində çox deyil, fərqli və tam göstərilsin.

Mən öz təcrübəmdə dəfələrlə şahidi olmuşam ki, vitrindəki malları azaltmaqla mağazanın satışları 20-50% qədər, konkret sektorlara görə artıb. Mağaza vitrinlərində “az olsun, amma keyfiyyətli olsun” məntiqi tam gücü ilə işləyir. Vacib deyil, bu Bizim Marketdir, Romantikdir və ya Embawood məhsul maksimum müştəriyə rahat sərgilənməlidir, daha konkret desək:

  1. Siz ərzaq məhsulları satırsız. Sizin mağazada 1500 növdə çeşid olub, bir-birlərinin üstündə göstərməkdənsə, cəmi 500 çeşidlə işləyin, lakin onları müştəri üçün rahat formada sərgiləyin.
  2. Siz mebel satırsız. Sizin mağazanız 500 kv.m.. Siz burada 15 cür yataq dəsti sərgiləməkdənsə, cəmi 7-8 model sərgiləyin. Ancaq bu modelləri əsl ev şəraitində göstərin. Qoy müştəri Sizin mağazada özünü evində kimi hiss etsin. İkea bunu bizə yaxşı öyrədib!
  3. Siz geyim satırsız. Sizin mağazada 1 kv.m. 3 müxtəlif model göstərib 300 çeşidlə işləməkdəndə, 1 kv.m. yalnız 2 (maksimum 2, idealda 2 kv.m. 3 çeşid olmalıdır) model qoyub cəmi 150n çeşidlə işləyin. Onda müştəri Sizin mağazada istədiyini tapacaq.
  4. Siz parfumeriya satırsız. Mağazanızda bütün böv ətirləri getirib, bir tərəfdən düzməkdənsə, bu sayı azaldıb qiymət seqmentinə və ətirin yaratdığı emosiyaya görə düzsəniz satışlarınız artacaq.

Məhz buna görə dünyada bir çox şirkətlər satış nöqtəsində məhsullarını maksimum geniş sahələrdə sərgiləyirlər. Çalışdığınız sahədən asılı olmayaraq, bütün sektorlarda “az olsun, keyfiyyətli olsun” prinsipi ilə işləyir. Bunu mən bu sahədə sırf praktik olaraq deyirəm. Mağazanızda, salonunuzda, bir sözlə satış nöqtənizdə bu prinsipdən istifadə edin. Siz mütləq müsbət mənada effekti görəcəksiniz.

Sonda bir şeyi qeyd edim ki, hansı məhsul vitrindən çıxarmaq lazımdır suallına düzgün cavab verməlisiniz. Yalnız bir-biri ilə oxşar məhsulları vitrindən çıxarmaq olar.

P.S. Bu gözəl qələbə münasibəti ilə, Fənerbahçe komandasını dəstəkləyən bütün dostlarımızı təbrik edirəm!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Teşekkürler. Bes olmazdımı ki ele evvelden dolu vitrinlerle müşterilerin mehsullara münasibeti sınanılsın?

  2. Cox maraqli ve praktik yazidir. Bizim magazalar bele yazilari cox oxumalidir, yoxsa hara baxirsan malla doludur.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close