image_pdfimage_print

Dostlar Sizə şad xəbər vermək istəyirəm. Yadınza gəlirsə biz bu yaxında demişdik ki, “Ayağımız Qazdadır” , Sizlərdən ruhlanaraq sürətimizi azaltmırıq. Bugün biz ölkədə ilk Marketinq Forumu keçirmək barədə gərara gəldik. Çox istəyirəm dəyərli oxucularımıza düşündüyümüz forumun əsas istiqamətləri baradə məlumat verim. Beləliklə…

Forumun məqsədi.Azərbaycanda Marketinqin inkişafına təkan vermək, bu sahədə yerli kadrların dahada təkmilləşdirilməsi üçün ümumi müzakirələrin keçirilməsi çox vacibdir. Bu baxımda Marketoloqların Forumunun keçirilməsində əsas məqsəd yerli marketoloqların bazarda olan yeni tendensiyalarının müzakirə edilməsi və ümumi marketinqə olan baxışın müsbət istiqamətdə dəyişməkdir. Bu müzakirə əsasında ölkə Marketoloqları daha sistemli şəkildə bilik mübadiləsini həyata keçirəcək, uğurlu keyslərlə tanış olmaq və milli marketinq bazarında olan yeniliklərdən xəbərdar olacaqlar.

Tədbirin konsepsiyası. Forumun keçirilməsində əsas konsepsiya kimi, inkişaf etmiş ölkələrdə geniş tətbiq edilən Experiental Learning konsepsiyasında istifadə edilir. Bu konsepsiyası biznes-eventlər keçirilməsi üçün hazırlanmışdır. Bunun əsasında iştirakçılar yalnız yeni tendensiyalarla tanış olmaq deyil, həmçinin qarşılıqlı əlaqələr qurmaq üçün əvəzsizdir. Formatın məğzində diskusiyalı ünsiyyət forması, problemlərin həllində qarşılıqlı köməklik, ümumi praktik müzakirələrdə qeyri-formal mühit dayanır.

Komanda işinə aksent. Tədbirin əsas təşkilatçısı “Marketinq AİR” komandasının əsas prinsiplərindən olan komanda işinə diqqət forumdada özünü göstərəcək. Biz hesab edirik ki, istənilən şirkətdə Marketinq strukturunun uğurlu fəaliyyəti ilk növbədə məhz digər strukturlarla vahid komanda şəklində işləməklə mümkündür. Bu baxımdan forumda butün müzakirə ediləcək tezislər şirkətlərdə komanda şəklində problemlərin həllinə yönəlməlidir.

Proqramın tərtibatı. Forumun mövzusu milli marketinqdə olan trendlər barədə olduğu üçün müzakirələr konkret olaraq sözü gedən sualları özündə daşıyır. Proqramda milli marketinqin butün sahələri əhatəsi, yerli şirkətlərdə marketinqin aktual məsələri müzakirə ediləcəkdir.

Spiker seçilməsi prinsipləri. Hər bir spiker forum təşkilatçıları tərəfindən ciddi nəzarətlə seçilir. Ekspertlər yalnız praktik adamlar deyil, həmçinin Marketinq sahəsində ciddi nəzəri biliklərə malik olmalıdır. Bu baxımdan spikerlərimiz ölkənin aparıcı şirkətlərində yüksək vəzifələrdə işləyən və Marketinq funksiyasına nəzarət edən şəxslər olacaqdır.

Maksimum fayda. Tədbirin keçirilməsi prosesində təşkilatçılar hər bir iştirakçı üçün maksium faydalı olmasına çalışırlar. Bu baxımdan forumda ölkə marketoloqları arasında dost atmosferin yaradılması, suallara qarşılıqlı cavablar, problemlərin müştərək həlli kimi incəliklərə fikir veriləcək. Tədbirdə marketoloqların bir-biri ilə tanışlığı, qeyri-formal münasibətlərin qurulması ilə yanaşı, gənclərlə professional marketoloqların təması təşviq ediləcəkdir.

Sizlərə bir xəbərdə vermək istəyırdim… amma bunu digər günlərə saxlamaq istəyirəm. Hələlik isə… hələlik isə Foruma hazırlaşın!!!

şərhlər

şərhlər

2 Comments

  1. Salam mumkunse forumda istirak sertleri barede melumat verersiz. Tesekkurler.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close