image_pdfimage_print

QEYD: Bu yazının Sizə daha faydalı olması üçün 3İ metodu barədə oxusanız yaxşıdır.

Son vaxtlar bir şeyi müşahidə edirəm, yeni biznes ideyaları olan dostlarımızla söhbət etdikdən sonra, çoxları… ideyalarının konfidensial olmasını xahiş edir. İnanın mənə bu ideyaların çoxu görüş bitən kimi yadımdan çıxır. Amma bugün mən Sizinlə öz yaddaşsızlığımdan deyil, daha vacib məsələdən danışacam. Mən bugün izah etməyə çalışacam ki, uğurlu biznes açmaq üçün ideya deyil, bu ideyanı düzgün icra edəcək “əllərə” ehtiyyac var.

Mən öz təlimlərimdə və ya konsultatsiya verdiyim zaman, yeni biznes açılması prosesində 3İ metotundan danışıram. Bu metodun uğurlu olmasını mən şəxsi təcrübəmdə dəfələrlə yoxlayıb, əmin olmuşam.

Əziz oxucu istənilən yeni biznesdə uğurun ən azı 90% icradır! Yerdə qalan 10% ideya, innovasiyanın payını düşür. Bu baxımdan yeni biznes açmaq istəyən dostlarımız öz ideyalarını ürəklə bölüşməkdən çəkinməsinlər. İdeyanın bölüşməsi onlar üçün yalnız və yalnız faydalı olar. Maraqlıdırsa dediklərimi bir neçə misalla arqumentləşdirim.

Hər birimiz dünyaya ilk əvvəl öz gözümüzlə baxırıq. Bu təbiidir. Təbii olduğu qədərdə aydındır ki, başqalarınin ideyaları bizim üçün maraqsızdır. Hər bir insanın öz həyatı olduğu kimi, öz hədəfi və bu hədəfə çatma yolları vardır. “Hamı mənim ağzımdan çıxanı gözləyir” məntiqi ilə düşünən adamlar, sadəcə öz sadəlövlüklərini göstərirlər. Niyə? Ona görə ki, istənilən ideyanı dahi edən… bu ideyanı icra edən insarlardır.

Sahibkarın ən böyük kapitalı onun əlaqələridir. Düşünün ki, Siz sahibkar olmaq istəyirsiniz. Bununla Siz bu istəyinizi reallaşdıracaq ideyanı heç kimə demirsiz…. Siz düşünürsüz ki, ideyanızı oğurlayacaqlar. Əzizlərim, ürəyinizi buz kimi saxlayın. Sizin ideyanızın dəyəri onun icra edilmə səviyyəsi ilə düz mütənasibdir. İcra etmək üçün isə, əlaqələr lazımdır. Deməli Siz güclü sahibkar olmaq istəyirsinizsə, ideyalarınızı açıqlamağa məcbursunuz. Açıqlamasaz, əlaqələrinizdən istifadə edə bilməyəcəksiniz.

Hərdən məndən soruşurlar: “İlkin, Siz bloqda niyə öz ideyalarınızı yazırsız. Axı bunu hamı oxuyur?!”. Mən belə cavablar qarşısında acizəm. Məni tanıyanlar bilir ki, mən yaxşı danışıram))! Amma bu sualla cavab verə bilmirəm. Çünki tamamiylə yalnış bir məntiqdir. Mən bu bloqda satdığım məhsul Sizi, dəyərli oxucularımız, oxumağa vadar etməkdir. Bu nail oluramsa… deməli mən hədəfimə çatıram. Əlbətdə mən burda öz fikirlərimi yazıram, əlbətdə mən burda düşündüyümü və əmin olduğumu yazıram. Niyə yazıram?! Çünki istəyirəm Siz oxuyasınız. Sağ olun ki, oxuyursuz!!!

Yuxarıda dedim ki, əlaqələr sahibkarın ən vacib kapitaladır. Əlaqə qurmaq üçün – səmimi olmaq lazımdır. Səmimi olmaq üçün – açıq olmaq lazımdır. Əzizlərim, əgər sahibkar olmaq istəyirsinizsə, mütləq və mütləq ətrafdakılarla açıq olun. Bu haqda biz Marketinq AİR çox danışmışıq.

Öz fikirlərimizi ətrafdakılardan gizlədərək, biz onlarla “mən qapalıyam” siqnalı veriririk. Qapalı adam heç kim üçün maraqlı deyil. Hətta çoxlu pulu varsada…

Pul demişkən, vaxtınızı ideyaların gizlədilməsinə sərf etməyin. Hamı bilsin ki, Sizin nə ideyalarınız var. Belə etməklə Siz yalnız özünüzə yaxşı əlaqə qura bilərsiniz, həmçinin yaxşı məsləhətlərlə biznesinizi daha düzgün formada apara bilərsiniz. İnanın mənə bunun Sizin yalnız xeyri deyəcək.

Təbii ki, sonda deməyi özümə borc bilirəm ki, hər yoldan keçənlədə ideyalarınızı bölüşmək düzgün deyil. Siz bilməlisiniz ki, kimə nə deyirsiniz. Bəs faydalı adamları necə tapmaq olar?! Hə… bu artıq yeni mövzudur. Tezliklə yazaram.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close