image_pdfimage_print

Bugün bir maraqlı əhvalatla rastlaşmışam. Yaxın dostlardan biri: “Mən bloq yazmaq istəyirəm, amma bilmirəm hardan başlayım və s.” kimi sözlər dedi. Maraqlı gəldi mənə. Yadıma düşdü ki, eyni sualla tez-tez rastlaşıram və Sizinlə bu suallın cavabı barədə danışmaq istəyirəm.

İlk əvvəl deyim ki, bloq yazmaq çox asanddır. Sadəcə tənqiddən qorxmaq lazm deyil. Yazar sadəcə öz gündəlik həyatımda baş verəcək hadisələr barədə məlumat verməlidir. Bloq yazmağı çətinləşdirməyin ən sadə yolu isə, öz bloqunu səhvsiz görmə istəyidir.

Mən bugünlırdə gənc bloq yazarlarla danışdığım zaman bir şeyin şahidi oluram. Bu adamlar daim, mükəmməllik axtarır. Bu kobud səhvdir. Bloq sadə dildə amator formada olmalıdır.   Belə olduqda bloqda daha səmimi və oxunaqlı olur. Bloq yazmağa mövzunuz yoxdursa, elə birinci postunuzu ondan başlayın. Yazın ki, “Mən bloq yazmaq istəyirəm amma ağlımda mövzu yoxdur.” İnanın mənə ikinci bloq yazınız daha rahat yazılacaq və s. Böyük işlərin fundamenti kiçik işlərlə qoyulur.

Bloq yazısı səhvlərlər olması təbiidir. Çünki burada söhbət qeyri-formal tərzdə gedir. Mənim bloqumda hal-hazırda 281 yazı var. Mən bilirəm ki, bu yazılarda 10-la… yox səhv yazdım, 100-lə səhvlər var. Bəli, bu çox pisdir. Bəli mən başa düşürəm ki, bu səhvlər olmasa çox yaxşı olar. Lakin mən həmdə inanıram ki, bizim bloqumuzun oxucuları burada səhv deyil, yeni fikirlər axtarır. Səhv axtaranlar və gəlizlik sevənlər bu bloqun oxucuları deyil. Mən hesab edirəm ki, həftədə 3 dəfə amma, xırda hərf səhvləri olan bloq daha yaxşıdır, nəyinki həftədə bir dəfə lakin xırda səhvlər olmadan.

Bu yaxında iştirak etdiyim konfranslardan birində O. Tinkovla maraqlı söhbət etdim. Bloqer həm sahibkar, həmdə bloqer olmasında danışdı mənə. O bir neçə misallarla mən sübüt etdiki bloqerlik onun sahibkarləq fəaliyyətinə çox müsbət təsir edir. Hesab edirəm ki, eyni şeyi həmdə menecer kimi işləyən dostlarımız üçündə keçərlidir. Bloq – yeni imkanlar, yeni tanışlıq, yeni əlaqələr yaradır. Siz bilirsiniz bugün əlaqələrin qiyməti nədir?! Məncə bilirsiniz. Əlaqələr bugün bizim malik olduğumuz ən dəyərli resursdur.

Bloq yazmağın 3 əsas yolu vardır:

  1. Gündəlik baş verən hadisələr barədə yazmaq. Bunun üçün sadəcə aktiv olmaq və ətrafınızda baş verənləri müşahidə etmək qabiliyyəti olmalıdır.
  2. Konkret təyin etdiyiniz mövzu barədə rəy vermək. Bunun üçün Sizin hansısa bir sektorda kifayət qədər nəzəri və praktiki bilikləriniz olmalıdır. Bu şərtdir. Bu olmadan bloq maraqlı olmayacaq.
  3. Hər şey haqqında yazmaq. Bu əlbətdə ki, ən çətin üsuldur. Çünki adam hər şey haqqında yazanda, realda heç nə yaza bilmir… və s.

Dostlar bloq yazmaqdan qorxmayın. Əgər yazmağa, danışmağa ehvalatınız varsa bunu ləngitməyin. Birdə unutmayın: “Zaman Sizin əksinizə işləyir!”. Tələsin!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close