image_pdfimage_print

Dostlar axır ki, kompyuterin qarşısında otura bildim. 2 gündür demək olar ki, hava limanında “qalırdım” və bugün artıq Moskvaya gəlmişəm. Məni tanıyanlar bilir ki, mən bu şəhəri çox sevirəm. Əslində ilk baxışdan seviləsi bir şey yoxdur… amma mən bu şəhərdə olan işləmə həvəsini heç harda görə bilmirəm. İşləmək demişkən bugün Sizlərə brend idarəetmədə yeni inkişaf istiqaməti hesab etdiyim maraqlı bir tendensiyadan söhbət edəcəm. Beləliklə keçirik əsas məsələyə!!!

Keçən yazılardada qeyd edildiyi kimi, muasir biznes çalışdığı sektordan asılı olmayaraq brendinq fəaliyyəti olmadan mənfəətli ola bilməz. Bunun əsas səbəbləri kimi, artıq rəqabətin dərinləşdiyi və nəyinsə daha yaxşı icra etməklə fərqlənməyin mümkun olmamasıdır. Emosiyanı heç cür kopyalamaq mümkün deyil, brendinq isə sözü gedən emosiyanı müştəri beynində formalaşması üçün yeganə alətdir.

Buna baxmayaraq bugün qlobal brendlərin bazardakı mövqeyinə baxaraq əmin oluruq ki, sadəcə brend yaratmaq artıq yetərli deyil. Biz yeni brend deyil, yeni kateqoriyalar və ya yeni ehtiyyaclar yaratmalıyıq. Dediklərimi misallarla göstərməyə çalışım.

Google brendi – internet axtariş kateqoriyası. Bugün internet bazarında (nəyin ki internet bütün bazarlarda) axtarış dediyimiz zaman ilk yada düşən brend əlbətdə ki, Google olur. Göründüyü kimi, brend yalnız axtarış edən sayt kimi deyil, məhz axtarış prosesini yaradan brend kimi göstərilir. Google bugün dünyada axtarış prosesini (yeni həqiqət anını) daha üst səviyyə qaldırır. Sonuncu ixtirası olan eynəklər buna bariz nümünədir. Beləliklə şirkət brend idarəetmədən konkret bazar ehtiyyaclarının yaradılması və ya yeni kateqoriyanın idarəedilməsi üzrı fəaliyyət göstərir.

İpad (eyni cürə iphone, ipod, mac air və s.) brendi – planşet kateqoriyası. Stiv Djibsun dahiliyi heç kimi görə bilmədiyi ehtiyyacları yeni kateqoriya çəklində bazara təqdim etməkdir. Lakin bu uğurun əsası deyil, rəhmətlik həmdə yeni kateqoriya yaradaraq bu kateqoriyanı özünün yaratdığı brendlə möhkəmləndirə bilir. Baxın ipad təqdimatında brend tamamiylə fərqli kateqiya kimi mövqeyləndirilir. Yeni məhsul yaratmaq azdır, bunu yeni kateqoriya kimi təqdimatı vacibdir. İpad nə netbook, nə də nootbuk deyil… bəs nədir?! Bu yeni kateqoriyalı məhsuldur. Məhz buna görədə dünyada bugünə qədər planşet dedikdə ağla gələn İpad brendi olur.

Pampers – uşaq bezləri kateqoriyası. Məncə kiçik uşağı olan hamı bunun gündəlik şahidi olur. Məsələn mağazadan dialoq: Sizdə Pampers var? Satıcı: Hansı Pampers üstündə Pampers yazılan?!. Brend öz kateqoriyasında o qədər güclü mövqeylənmişdir ki, artıq Pampers sözü bir kateqoriyadır və P&G bügün yalnız öz brendini deyil, kateqoriyanı idarə edir. Bunun səbəbi isə çox sadədir brend yeni kateqoriya yaratmış və bunu aktiv şəkildə idarə edir.

Subway – sağlam fastfood kateqoriyası. Dünyanın ən dinamik inkişaf edən restoran şəbəkəsi olan Subway brendi eyni yolla inkişaf edir. Bugün hamı fastfoodu ziyanlı bir şey kimi gördüyü halda brend özünü sağlam fastfood kimi mövqeyləndirə bilib. Heç kim gözləmədiyi halda sağlam fastfood konsepsiyası Subway brendini bazar liderinə çevirib. Brendin xüsusi menyusu, apardığı reklam strateqiyası, yerləşmə məntiqi bir sözlə hər bir “P” yeni kateqoriya elementlərindən xəbər verir. Bugün brend lider olduğu kateqoriyanı idarəedir.

Əziz oxucu deyə bilərsiniz ki, dünyada artıq bütün kateqoriyalar tutulub… bəs gələcəkdə nə etmək olar?! Sizə tam səmimi cavab verim, bügün istənilən sektorda kateqoriya və alt-kateqoriya yaratmaq olar. Cəmiyyət inkişaf etdikcə bu proses davam edir.

İstənilən güclü brendin biznes vəziyyətini təhlil edin… və Siz görəcəksiniz orada söhbət artıq kateqoriyanın idarəedilməsindən gedir. Bugün bazarda kateqoriya yaratmayan brendlər gündən-günə zəifləyir. Hesab edirəm ki, tezliklə brend idarəetmə konsepsiyalarında ciddi dəyişikliklər hiss ediləcək.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

6 Comments

  1. Ilk kommet etmek sansini elde vermeyin. Bu misallar daha cox taninmis brendlerdendir, bes bizim brendlerden bu tip isleyenler varmi? Niye Azerbaycanda bele brendler yoxdur?
    Ilkin muellim Sizin yazilarinizi her gun oxuyuram, telimlerinizzde olmag cox isterdim. Helelik alinmir, gelen defelerde ishtirak etmek isteyirem,

  2. Aygün xanım, nese yeni kompanya var yeqin)) Doğurdan çox maraqlı reallıqdır. Ümumiyyetle men brending fealiyyetini ancaq oz biznesinin pik noktesine çatmış esl peşekarların işi olduğunu düşünürem.

    • Kampaniya var… kim ilk kommet yazsa İlkin muellim kitab hediyye verecek. Duzdur İlkin muellim?
      Beledeki brending cox cetin olsada faydalidir. Buna gore yerli biznes brenging etmese… mənfəət azala bilər. Biznes isə mənfəət isə biznesdə vacibdir.

      • İnanın ki xeberim yox idi :) . Ne gozel ümid edirem ki ele qalib siz olacaqsınız. Xanımların bu cür meselelerle maraqlanması doğurdan da teqdirelayiqdir.

  3. Dostlar Siz teki bizim blogu oxuyun… kitab nə qədər lazım olsa məndən!!!
    Kommentləriniz üçün çox sağ olun!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close