image_pdfimage_print

Hər birimiz istər şəxsi, istərsədə biznes həyatında səhvlər edirik. Əslində səhvlərin olması qorxulu deyil, vacib olan bu səhvlərin edilmə ardıcıllığı, miqyası və eyni səhvi təkrarlama səviyyəsidir. İş olan yerdə səhv olar. Bu normaldır. Lakin biz bu səhvlərin minimuma endirilməsinə çalışmalıyıq. Mən bu yazıda belə üsulların biri haqqında danışacam.

“Tələsən təndirə düşər” misalı bizim yazımızın əsas tezisi olacaq. Mənə elə gəlir ki, buraxılan səhvlərin ən azı 50% məhz tələskənlik nəticəsində baş verir. Bu baxımdan hər bir addımı atmazdan qabaq ən azı 2 dəfə düşünməyimiz vacibdir. Mən bu fikri daha düzgün ifadə etmək üçün bir neçə misal çəkəcəm.

Şahmatla aktiv məşğul olduğum vaxtlarda, Budapeştdə bir beynalxaql yarışda iştirak edirdim. Yarış 9 turdan ibarət olacaqdı və mənim 7 oyundan 5,5 xalım var edi. Yarış mənim şahmat karyeram üçün vacib edi. Mən bu yarışa 7 ay hazırlaşmışdım. 8-ci turda mən yunan şahmatçı ilə oynayırdım. Oyun bugünə qədər yadımdadır, çünki 34-cü gedişdən sonra mən bir fiqur üstün edin!!! Başqa sözlə desək 2-3 gedişi rəqibim təslim olmağa hazırlaşırdı. Bundan sonra isə… “əsas məsələ başladı!”

Rəqibim artıq hər şey bitib jestlərə verərək heç düşünmədən oynamağa başladı. Mən isə sırf psixolohi təsirə düşərək eyni tempi saxladım. Bu tempdə gedə-gedə öz vəzirimi bir başa olaraq atın altına qoydum və rəqibim heçnəyə baxçadım vəziri vurdu. Cəmi 1 gediş sonra mən saatı saxladım və oyunu uduzdum.

Nəticə 1. Heç vaxt tələsməyən, əgər görürsünüzsə ki hansısa məsələdə tam uğur qazanmısınız… yenədə düşünün. Çalışın bir anlığına məsələdən tam ayrılın, başqa nəyəsə fokus edin. Bundan sonra ikinci dəfə eyni məsələni düşünün və atacağınız addımın doğruluğundan əminsinizsə, icra edin.

Bir gün ezamiyyə olduğum vaxt çox hirsli edim. İşdə çoxlu problemlər var edi. Məsələ burasında ediki, struktur rəhbəri işdən olmadığı üçün mənim suallarıma cavab verən adam yox edi. Bütün günü işdə oldum. Axşam isə Oteldən çox böyük bir məktub yazdım. Dediyim kimi, çox hirsli edim və mənə elə gəlirdi ki, vəziyyət çox pisdir. Təbii ki, eyni düşüncə yazdığım hər bir cümlədə emosional səviyyədə hiss edilirdi. İrəli qaçaraq Sizə deyim ki, məktub çox aqressiv yazılmışdı. Amma nə yaxşı ki, mən şahmat yarışlarında tələsməmək öyrənmişdim. Bu yolla biz uğur qazana bilməyəcəkdik.

Buna əsasən e-mail yazdıqdan sonra bunu yaxın dostuma gəndərdim. O maili soyuq başla oxuyub sadə məsləhət verdi: “Sabah ezamiyyedə olduğun ofis rəhbəri ilə görüş. Ona fikirlərini de və onu dinlə”. Mən məsləhətə qulaq asdım və maili göndərmədim.

Sabah işçimizlə görüşdükdə məsələyə yanaşmam tamamiylə fərqləndi. Məlum oldu ki, dediklərim məsələlərin hər biri üzərində ciddi iş gedir. Tezliklə məsələlər həll edildi. Mən e-mail yazmamaqla bir çox düzgün etdim. Həm işçimizlə münasibətləri pozmadın, həmdə şirkətimizin işləri daha düzgün həyata keçdi.

Nəticə 2. Heç vaxt hirsli olanda məktub yazmayın. Çalışın problemləri soyuq başlı və real ortamda edin. Onlayn yolu ilə problem həll etmək demək olar ki, mümkün deyil. Bu baxımdan mütləq yazdığınız yazını bir neçə dəfə oxuyun.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Sade dille yazilan ela yazidir. Heyatda bele seyler cox olur, telesen tendire duser.
    Bloqunuzu artig bir aya yaxindir oxuyuram. her gun nese oyrenirem, megale sayinizda masallah gurtarmag bilmir. sizin kimi adamlari tanimag xoshdur. sizinle real tanis olmagda cox yaxsi olardi. Ilkin muellim bir daha bele gozel blog ucun sag olun

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close