image_pdfimage_print

Bugünlərdə Moskvada Top of Marketing konfransında iştirak edirdim. Mən burada ardıcıl olaraq iştirak edirəm, bu il 5-ci ilim edi! Hər dəfədə buradan çox şey öyrənirəm (öyrənməyə çalışıram). İnanıram bu dəfədə belə olacaq. Amma mən indi Sizinlə bir-az başqa mövzuda danışmaq istəyirəm. Dünyada baş verən yeniliklərdən xəbərimiz varmı? Bu dünya hara gedir?

Sizə səmimi deyim, mən bilmirəm bu dəyişikliklərə sevinim… və ya kədərlənim, amma həmeşə olduğu kimi pozitiv yanaşıram. Rafiqin sözü olmasın – Yaxşı Olacaq. Olacaq-olacaq… olsun eee, amma mən istəyirəm ki, bir neçə dəyişikliklər barədə Sizinlə bölüşəm.

Dünya mobilləşir – necə məsləhətdi… Dünya kiçilə-kiçilə gəlib bizim cibimizə yerləşəcək qədər balaca olub. Düşünün ki, hamının əlində bir “qutu” var və işlərini bu “qutu” ilə edir (biz bu qutuya telefon, smartfon… ne bilim nə fon deyirik).

O gün Kievdə edim… və təcili olaraq başqa bir şəhərə getməli oldun… dostlar inanırsız cibimdəki balaca “qutunu” çıxardım və… həm təyyarə bileti aldım, həm Hotel rezervasiya etdim, həmdə məni hava limanından Hotelə aparmaq üçün taksi sifariş verdim… Hələ bir SMS-ə aldım ki, hər şey OK!!! Deyirəm gözəl dünyada yaşayırıq.

Yaşamaq demişkən Facebook-a yerində dayanmır… Facebook Home ilə əməlli başlı həyatımıza girir… həyatımıza girir?! Əziz oxucu bağışlayın məni… səhv yazdım, həyatımıza Facebook çoooxtan girib, son məhsulu artıq həyatımızı idarə edir. Aşağıdakı videonu qoyuram, ingiliscə bilənlər baxsın… rus dilində yox edi!

Rus dedim yadıma Google düşdü… bu adamlar falçılıq biznesi əməlli-başlı investitsiya qoymaları bir yana, hələ bir eynəkdə çıxarıblar (2013 sonu satışda olacaq). Düşünün ki, artıq bu eynəklə göz baxışına görə, obyektin içində nə olacağı bilinəcək. Düşünə bilirsiz mağazaçılıq, restoran… ümumiyyətlə biznes necə dəyişəcək. Artıq İlkinin “qutusuna” ehtiyyac qalmayacaq. Bir göz vurmagla, həm təyyarə bileti alınacaq, həm Hotel, həmdə taksi… deyirsiz yaxşı olacaq?!

Bəs gələcəyin müştərisi, ticarəti necə olacaq?! Təxminən Delites müştərilərisi kimi olmayacaq, görəsən? Bilirsiz bugün artıq biznes, rasional amillərlə deyil, məhz emosioyaların üzərində qurulub. Neysə… bu haqda gələn yazılarda hələlik isə video baxın. Maraqlıdır!

Deyirsiz yenədə yaxşı olacaq?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Bu reallıqdır. Mence bunun pis xüsusiyyeti o deyil ki,texnologiya bize daha rahat imkanlar verib. Mence mühüm olan odur ki, biz bundan ne kimi istifade edirik? Tutaq ki genclerimiz seher ac qarnına facebooka girir,yoxsa İ.Manafovun blok yazılarını oxuyur? Ya da ki, insanımız Smartfonlordan ancaq maqnitafon kimi istifade edir,yoxsa gezdiyi yad şeherde Naviqatordan istifade edir? Ya da ki planşetle bütün günü “angry birds” oynuyur,yoxsa arada qezetleri nezerden keçirir? Ve yaxud da internetde – facebookda likeçilikle meşğul olur, yoxsa Facemarkda olan güncel xeberler onu maraqlandırır? … Ve.s mence bu gün üçün biraz da olsa narahat olmamız gereken mehz bu tipli suallardır.;

    • Elbetde dogrudur… Cox duzgun tesbitleriniz var. Buna baxmayaraq bugun internet bizim heyatimizdan emosioyalari cixarmag uzredir. Etrafa baxag… internet ruhsuz bedenler yaratma uzre avadanliga cevrilib. Gündən-günə mehribançılıq azalır və s… Əlbətdə müsbət cəhətləridə var… AMMA!!!

  2. Dünya həmişə dəyişib, və həmişə insanlar buna görə narahat olublar. Dünya öz axarı ilə gedir. Əsas, Siz dediyiniz kimi, insanlarda iman, menhribançılıq, insanlıq azalmasın, daha da artsın. İnsan istəsə hər bir şəraitdə buna nail ola bilər. Həm də ki, hər bir işdə xeyir var. Bu prizmadan dünyaya baxsaq bir çox problemlərin kiçik bir problem olduğunu görərik. Yazıya görə çox sağolun. Hörmətlə.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close