image_pdfimage_print

Düşünün ki, əlinizdə i-phone (bu arada hamıya tövsiyyə edirəm) safari-ə girib bir həftədən sonra həyatınızda nə olacağını axtarırsınız… Təxminən belə, axtarış yerinə yazırsız… “Məmməd Məmmədov (guya Sizsiz) 10 gün sonra” axtarış düyməsini basdız… və nəticələr Google Sizə çıxdı. Ağlınız nə kəsir, bu mümkündür?!

Dostlar Sizə tam səmimi deyirəm… bu gələcəkdir!!! Özüdə real gələcək. Bir-az səbr edin və mən konkret faktlarla bunu Sizə deyəcəm. Başlayaq?!

Artıq bunu edən saytlar var

Dünyada bu sahədə ilk addımlar atan şirkətlərdən biri bügün eyni prosesi artıq primitiv formada (primitiv yəni bizim dediklərimizə görə, yoxsa adam dahidir!!!) edir. Internet saytın adı Recorder Futuredir. Məsələ isə çox sadədir, şirkət dünyada olan bütün məlumatları xüsusi soft proqramı vasitəsi ilə skayner edir. Bundan sonra modelləşdirmə edərək yaxın 10 gün üçün proqnozlar verir. Saytda qeydiyyatdan keçin… və Brendinq, Marketinq, Maliyyə və s. biznes istiqamətlər üçün hesabatlara baxın.

Burada əsas məntiq informasiya xaosunu saxlayıb insanlar üçün lazımlı vəziyyətə gətirməkdir. Nəzərinizə çatdırım ki, qlobal internetdə olan məlumatların bir saat skan edilməsi qiyməti… Sizcə nə qədər olar?! Düzdür!!! – 300000 dollar (yox sıfırlarda səhv yoxdur). Bəs Sizcə bu layihəni kim maliyyələşdirir?! Siz bu yazını oxumusuz?! Cavabınız yenədə düzdür. Əlbətdə bu layihənin donuru Google şirkətidir. Hə birdə deyim ki, bugün saytın korporativ müştərilərinin adları açıqlanmır. Yalnız Amerika Fedaral Təhlükəsizlik xidməti barədə məlumatlar var. (Секреты фирмы – jurnalı).

Google falçılıqdan pul qazanacaq?!

Sizə gülməli gəlir?! Amma bu çox ciddi bir biznes istiqamətdir. Düşünün ki, bazarda olacaq yenilikləri bilməyin bügün dəyəri nədir?! Məsələn artıq gələcək haqqında proqnozların qiyməti 140 dollardan başlayır. Bu ilk növbədə maliyyə analitikləri üçün lazımdır. Bugün Google şirkəti artıq gələcəyi axtarmaq üçün 10-la layihələrə ciddi investitsiyalar qoyur. Sizə deyim ki, artıq effektlərdə var! Reallıq fərqli formada olur.

Məsələn, bugün smartfonlarda qeydiyyata düşən məlumatların və KİV-ə gedən xəbərlər arasında bağlılıq qurmaqla insanın yaxın bir həftədə hansı vəziyyətdə olacağını təyin edən gizli sistemlər (proqramlar) var. Konkret kütlənin smartfonunda olan məlumatlar izlənilir.

Bu tendensiyanı qlobal səviyyədə maliyyə təhlilləri ilə aparan saytlardan biridə Prognolic saytıdır. Saytda yazılmış xüsusi proqram yenilənən məlumatları izləyir və hesabatlar hazırlayaraq iqtisadi proqnozlar verir. Ümumi olaraq gələcəyi görmə bazarının internetdə tutumu 2016-cı ildə 24 mlrd. Dolları keçəcəyi təxmin edilir!!! Bu bazarda Google payını təsəvvür etmək əlbətdə ki, çətin deyil… bütün bu saytların donuru Google, SAS, İBM, SAP və ORACLE şirkətləridir ki, burada Google payı 95% çoxdur. İnternet fərqli formada biznes dünyasına çıxa bilər.

Axtarış axtarışlıqdan çıxıb

Bugün Google şirkəti öz səhfəsində edilən axtarış sistemləri əsasında konkret bölgələrdə baş verə biləcək siyasi problemlər baradə artıq hesabatlar verə bilir. Konkret corafi bölgədə verilən axtarış tipləri modelləşdirilir və həmin bölgənin siyasi-iqtisadi əmsalı əsasında təyin edilir ki, gələcək necə ola bilər.

Bu araşdırmaların yanına Twitter və Facebook qoysaq gələcəyimizi görmək bir o qədər çətin deyil. Özünüz düşünün bügün internetdə gələcək haqqında çoxlu məlumat var, sadəcə bunu emal etmək lazımdır. Düzdür?!

NƏTİCƏLƏR (sabah haqqında):

  1. Bir vaxtlar dünya məhsul idarəedilirdisə bugün informasiya ən vacib resursdur. İnformasiyanın dəyəri yoxdur.
  2. İnformasiyanın dəyərli edilməsinin birinci yolu onun düzgün emal edilməsidir. Başqa sözlə desək, quru faktlar heç kimə maraqlı deyil (az maraqlıdır) bügün uğur qazanmaq üçün bu faktları sistemləşdirmək və təkkliflər hazırlamaq lazımdır.
  3. Dünyanın ən rentabelli şirkətləri bunu bizdən “yumşaq desək” yaxşı bilir. Bizim yazdıqlarımızı artıq onlar ediblər. Google bu gələcəyi görmə bazarına böyük investitsiyalar qoyur.
  4. BU DÜNYA HARA GEDİR?! Sonuncu sualın cavabı – HƏR ŞEY YAXŞİ OLACAQ olmalıdır!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close