image_pdfimage_print

Hərdən mən bizim muasir gənclərimiz qarşısında açılan imkanları gördükdə, yaxşı mənada “paxıllıq” edirəm. Bugün öz gələcəyini düşünən və təşəbbüskar gənclərimiz üçün imkanlarını reallaşdırmaq daha asanddır. Bu imkanları bizim gənclərimiz üçün yaradanlar isə əlbətdə ki, elə bizim gənclərimizin özləridir. Mən bugün Sizə İB Club haqqında danışacam.

Sizə açıq deyim, mənim ətrafımda muasir biznesi düzgün başa düşən, daim öz üzərlərində işləyən və daim yeniliklərə açıq olan gəncləri görmək çox xoşdur. Bu gənclərin bir çoxu ilə mən İB Club vasitəsi ilə tanış olmuşam. Yadıma gəlir ilk dəfə bu gənclər klubu məni təlimə dəvət etdiyi zaman çox təəcübləndim. Düşündüm: “Yəni tələbələr bugün Marketinqə ehtiyyacı başa düşür?!”. Təlimdən sonra əmin oldum ki, bu sualın cavabı müsbətdir.  İB Club gənclər üçün hansı dəyərlər yaradır?!

  • İB Club gənclərə ziyalı mühit verir. İstənilən gəncin formalaşması üçün ilk əvvəl onu düşünməyə vadar etmək lazımdır. Bu yalnız ətrafından düşünən gənclər olduğu zaman olur. İB Club Azərbaycanda gələcəyini düşünən gəncləri bir araya yığaraq bu şəraiti yaradır. Bu əladır!!!
  • İB Club gənclərə elə öz təcrübələri ilə nümunədir. Düşünün ki, İB Clubun təsisçiləri olan bir qrup gəncin hekayəsini öyrənərək əmin olursan ki, həyatda hər şey insanın özündən asılıdır. Daim çalışmaq, daim təkmilləşdirmək uğurun açarıdır.
  • İB Clubun pozitiv düşüncə yaradır. Sizə səmimi deyim, mən hər dəfə İB Clubun ofisində olanda məsələrərə daha pozitiv daha əzmkar baxiram. Bunun səbəbi İB Clubun özünə məxsus aurasıdır. Mütləq bu gənclərin ofisində olun. Sizə söz verirəm bu “sehrli” auranı Sizdə hiss edəcəksiniz!!!
  • İB Club gənclərə əsl gənclik öyrədir. Mən yazının əvvəlində “paxıllığım” tutur sözünü elə-belə yazmadım. Bugün İB Club gənclərimiz üçün yaxşı təcrübə,  yaxşı dostluq,  yaxşı bilik aşılayıq.

Mən bu yazıda İB məclislərdən, İB təlimlərdən, bölgə turlarında və ya digər aktivliklər barədə danışmadım. Lakin əminəm ki, belə gənclər təşkilatları bizim gələcəyimizi daha yaxşı olması üçün mükəmməl bir fundament rolunu oynayır.

Sonda qeyd etmək istəyirəm ki, mən Azərbaycanda fəaliyyət göstərən və məqsədləri gəncliyimizin inkişafı olan butün qurumlara minnətdarlıq edirəm. Mən hesab edirəm ki, sosial sahədə heç bir şəkildə rəqabət ola bilməz. Necə ki, biz Marketoloqlar birləşərək Azərbaycanda marketinqi gücləndirmək istəyirik, eləcədə butün gənclər təşkilatları bu amalla birləşməlidirlər.

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close