image_pdfimage_print

Çox vaxt dostlarla görüşüb söhbət etdikdə kreativ düşüncə, kreativlik haqqında müzakirələr edirik. Mən hesab edirəm ki, həyatda əzmkarlıq nəticəsində istənilən hədəfə, istənilən zirvəyə çatmaq olar. O cumlədən – kreativlikdə, zəhmətlə yaranan bir şeydir. Bu yazıda mən kreativ insan kimi formalaşmanın 4 yolu barədə söhbət açacam.

Söhbətə keçməzdən əvvəl muasir biznesdə kreativliyin əhəmiyyəti barədə qısaca xatırlama etmək istəyirəm.

Birincisi hamımıza məlumdur ki, bügün müştəri bazarda yenilik axtarır. Yeni məhsul (xidmət, dəyər və s.) yaradılmasının yeganə yolu digərlərinin görə bilmədiyi tendensiyaları görmək və bu tendensiyalarla üzərinə təkliflər yaratmaqdır. Bunun üçün kreativ düşüncə şərtdir. Siz fərqli olmalısınız ki, bazarda fərqli məhsul yarada biləsiniz.

İkincisi Djek Trautun dediyi kimi bazarda biznesin 2 yolu var: fərqlənmək və ya ölmək! Nəzərə alsaq ki, heç bir biznesmen öz biznesini öldürmək istəmir deməli yeganə yol fərqlənməkdədir. Bu fərqlilik isə təbii ki, biznesə fərqli yanaşmalar tələb edir. Artıq mənim fabrikim daha böyükdür, mənim maşınların daha çoxdur və ya mənim məhsulum daha keyfiyyətlidir dövrü bitib. Bu hamıda var. Bugün fərqləmək üçün biznesdən kreativ düşüncə tələb edilir.

Üçüncüsu hər birimizin iş fəaliyyəti rutinə gedə bilər. Araşdırmalar göstərir ki, menecerin faydalı iş əmsalına təsir edən əsas göstəricilərdən biridə eyni işi defələrlə görməsidir. Bu nöqtədə təbii ki, yenədə kreativlik yada düşür. Bizim özümüz üçündə fərqlənmək, eyni şeylərə daha fərqli formada etmək lazımdır. Bu olmasa bizim faydalı iş əmsalımız düşəcək. İşdən həzz almağın yolu, fərqli işlər görməkdir. Dolayısı ilə kreativ həmdə daxili inkişaf, motivasiya üçün lazımlıdır.

Bəs Sizcə kreativ düşüncə necə yaranır və kreativ olmaq üçün nə etmək lazımdır. Mən ümumi olaraq hesab edirəm ki, kreativlik mənbəyi kimi 4 əsas istiqaməti nəzərdən keçirmək olar.

  1. İnformasiya qəbul edin. Mən ilk olaraq bu istiqamətdən başlamağım təsadüfi deyil. Məlumat – kreativliyin urəyidir. Məlumat olmadan heç bir kreativlikdən söhbət gedə bilməz, çünki nəyisə fərqli etmək üçün daha əvvəl bunun necə edildiyini bilməlisiniz. Bunun üçünsə əlbətdə məlumatın emalı və təkrak emalı prosesinin öz “beyin fabrikizdə” düzgün təşkil etməlisiniz. Çoxlu oxumaq, çoxlu danışmaq, çoxlu gəzmək lazımdır!
  2. Ətrafda baş verənlərə fikir verin. Dünyada mövcud olan iradların hər biri, ətrafımızda olan proseslərə diqqət yetirmək, onları müşahidə etmək yolu ilə olmuşdur. Çox zaman uğur qazanmaq üçün Sibirə getmək lazım deyil. Kreativ düşünmək üçün Siz ətrafınızda ilk baxışdan aydın görünən işlərə diqqət yetirməlisiniz. Yaponların etdiyi “5 niyə” metodu haqqında düşünün. Hər bir işin səbəbini başa düşməyə çalışın. Aydınlaşdırdığınız hər bir “səbəb” Sizin kreativ düşüncəniz üçün “fundament” roluna oynayacaq. Unutmayın Siz fərqlənməlisiniz. Kreativ yanaşma olmadan fərqlənməyiniz mümkün deyil.
  3. Öz peşənizdən olmayan adamlarla söhbət edin. Mən ezamiyyədə olduğum hər bir şəhərə gələndə mütləq taksi ilə gedirəm və surücü ilə söhbət etməyə çalışıram. İnanırsız, onun verdiyi məlumatı heç bir hesabat verə bilməz. Hansısa həkimin verdiyi ideya sərgiləmədə yeni standartlar yarada bilər və ya hansısa sürücünun dediklərindən kosmik gəmi yaratmaq olar… bu Sizə gülməli gəlməsin. Kreativ düşüncə bizim ətrafımızda, çox yaxında yerləşir. Sadəcə biz bunu görmürük (görmək istəmirik).
  4. Sadə, sadə və bir daha sadə olun. İnsanlar ətrafdakı proseslərə nə qədər sadə yanaşırlarsa, bu proseslər onlar tərəfindən bir o qədər sadə mənimsənilir və tam əksinə. Məsələri mürəkkəbləşdirməyin. Sadəlışdirmənin özü bir kreativlikdir. Hər zaman hədəfə doğru hərəkət etmək, imkanların üzərində işləmək lazımdır. Uğur belə addımlarda olur. Mən çoxlu adamlar tanıyıram, onlar hədəflərinə çatmaq yerinə hansısa prosesin üzərində “baş sındırırlar”. Əlbətdə tezliklə bu onlar üçün maraqsız olur, çünki istənilən prosesdə mütləq sadə başa düşülən hədəf olmalıdır. Kreativ düşüncə sadə və hamı üçün aydın olan hədəflərin qoyulmasından başlayır.

Hesab edirəm ki, sadaladığım məsələri yerinə yetirən adamlarda kreativ düşüncə daha tez formalaşacaq. Hamınız vitaerk düşüncə arzusu ilə!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN

şərhlər

şərhlər

3 Comments

  1. Xüsüsen de informasiya meselesi. Mence de kitablar,qezetler ya da nese oxumayan bir beyin nece düşüne biler axı. Hele qalmışdı ferqli düşünsün.

    • Bu yaxindan bir nefer mene deyir ki, “Kitab oxumag, oz fikirlerinin olmasina mane olur…” Buna dair fikirleriniz nedir?!)

  2. Mence ele fikirleri de formalaşdıran kitablardır. Ümumiyyetle insanlar nelwreenwe daim tesirlenerler. Kimisi mahnıdan,kimisi şeirden,kimisi de kitabdan… Menim o yoldaşa bir sualım var:OXUMADINIZ,DİNLEMEDİNİZ SİZ NELERDEN İLHAMLANDINIZ Kİ,FİKİRLEŞDİRDİNİZ VE FİKR SAHİBİ OLDUNUZ? ))

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close