Monthly Archives Aprel 2013

Dostların bildiyi kimi mən aprel ayının 14-ə qədər Bakıda olmayacam. Buna baxmayaraq urəyimiz daim vətəndədir... (əslində Azərbaycan dünyanın ən gözəl ölkəsidir və belə olması təbiidir). Bugünlərdə isə Bakıda çox yaxşı bir internet müsabiqə keçirilir. Yaxın dostlarınn təkidi ilə Netty milli bloq müsabiqəsində iştirak edirik. Bloqumuz şəxsi səhfə olaraq müsabiqədə iştirak edir. İştirakımın əsas məqsədi gənc bloqçularımızında bu müsabiqədə iştirakını təşviq…

Dostlar axır ki, kompyuterin qarşısında otura bildim. 2 gündür demək olar ki, hava limanında “qalırdım” və bugün artıq Moskvaya gəlmişəm. Məni tanıyanlar bilir ki, mən bu şəhəri çox sevirəm. Əslində ilk baxışdan seviləsi bir şey yoxdur… amma mən bu şəhərdə olan işləmə həvəsini heç harda görə bilmirəm. İşləmək demişkən bugün Sizlərə brend idarəetmədə yeni inkişaf istiqaməti hesab etdiyim maraqlı bir tendensiyadan söhbət edəcəm. Beləliklə keçirik əsas məsələyə!!!

Sahibkar üçün inadkarlıq ən vacib xüsusiyyətlərdəndir. Məhz inadkarlıq hesabına biznesmen uğur qazanır, məhz inadkarlıq hesabına idmançı yarışlarda qalib olur və məhz inadkarlıq nəticəsində insan həyatda öz yolunu tapa bilir. Mən bu yazıda Sizinlə inadkarlığın biznesdə nə qədər faydalı olduğundan danışacam. Daha doğrusu real biznesdən misallar verəcəm. Başlayaq?!

Çox vaxt dostlarla görüşüb söhbət etdikdə kreativ düşüncə, kreativlik haqqında müzakirələr edirik. Mən hesab edirəm ki, həyatda əzmkarlıq nəticəsində istənilən hədəfə, istənilən zirvəyə çatmaq olar. O cumlədən – kreativlikdə, zəhmətlə yaranan bir şeydir. Bu yazıda mən kreativ insan kimi formalaşmanın 4 yolu barədə söhbət açacam.

Çox zaman biz hansısa yenilik və ya bazarda fərqli nələrisə görüb… elə başa düşürük ki, eyni tendensiya davam edəcək. Əslində isə bu sadəcə qısa müddətli bir “qığılcım” roluna daşıyır. Uğurlu marketoloq (yaxşı biznesmen) qısa müddətli tendensiya ilə, qlobal trendlər arasında fərq qoymağı bacarmalıdır. Yaxşı marketoloq: “Hə düzdür, amma…” deyə bilməlidir. Mən bu yazıda Sizə bir neçə belə AMMA-ar deyəcəm. Başlayaq?!

12
Close